Azərbaycanın coğrafi vəziyyəti onun əsas üstünlüklərindən biridir

Azərbaycanın coğrafi vəziyyəti onun əsas üstünlüklərindən biridirHazırda dünyada bütün istiqamətlərdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində bir sira tədbirlər həyata keçirilir.
Qeyd edilməlidir ki, ölkəmizin neft-qaz, bağlantılar, beynəlxalq şirkətlərlə əlaqələr sahələrində böyük təcrübəsi vardır. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra edib, bu sahədə həm təcrübə əldə edib. Həyata keçirilən tədbirlər nəticəsində ölkənin nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir.
Təssüf ki, bəzi istiqamətlər bugünkü tələblərə cavab vermir. Bununla əlaqədar rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində bu gün və yaxın həyata keçirilən tədbirlər gələcəkdə ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir.
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısı çıxış edərək ilk növbədə rəqəmsal inkişafla bağlı olan məsələlərin müzakirəsinə geniş yer ayırıb, dünyanın aparıcı dövlələrindən olan ABŞ və Çin ilə genişlənən əlaqələrə, bir sıra digər məsələlərə toxunub, müvafiq tapşırıqlarını verib.
Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycanın digər dövlətlərlə müqayisədə bir çox üstünlükləri vardır, ki, onlardan biri ölkənin cöğrafi vəziyyətidir. Azərbaycanın Asiya ilə Avropa arasında, Şimal-Cənub dəhlizi üzərində yerləşməsi, və yaradılmış mövcud infrastruktur bu üstünlüyü təmin edir.
Daha bir üstünlük müsbət investisiya iqliminin olmasıdır. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox həm xarici, həm də yerli sərmayə qoyulub. əldə edilən təcrübə imkan verib ki, 30 ildən çox davam edən neft-qaz layihələri bu gün də uğurla icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.
Digər üstünlük - son illər ərzində aparılan işlər nəticəsində Azərbaycanın öz enerji generasiya gücünü böyük dərəcədə artıra bilməsidir. Belə ki, son 20 il ərzində ölkənin generasiya gücü təxminən iki dəfəyə yaxın artaraq bu gün 10 min meqavata çatıb. Son illər ərzində bir çox yeni elektrik stansiyaları tikilərək istifadəyə verilib. Hazırda isə ölkəmizin ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü vardır ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir.
Müşavirədəki çıxışında cənab Prezident bildirib ki, bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. "Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq", - deyə dövlətimizin başçısı əlavə edib.
Bu gün Azərbaycan bir sıra xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalayıb və ölkəmiz elektrik enerjisinin bir qismini ixrac edəcəkdir.
Hazırda ölkəmizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir. Cari ildə başa çatacaq bu işlər Şərqə doğru bağlantıları təmin edəcəkdir. Qərbə doğru yeni bağlantıların yaradılması hazırda ölkə qarşısında duran əsas məqsədlərdəndir. Artıq bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar qurulub. Dünyanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əlaqələr yaradılıb.
Qeyd edilməlidir ki, bu gün rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, da öz növbəsində daha bir üstünlük sayılmalıdır. Prezident İlham Əliyev fevralın 11-də ABŞ-ın Vitse-prezidenti Cey. Di. Venslə Bakı şəhərində keçirilən yüksəksəviyyəli görüş zamanı Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması yüksək qiymətləndirərək bu Xartiyanın tarixi bir sənəd olduğunu bildirib. Bu sənədin artıq mətbuatda da dərc edildiyini bildirən dövlətimizin başçısı qeyd edib: "Hər kəs görə bilər nədən ibarətdir, o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür".
Qeyd edilməlidir ki Azərbaycan Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb və bu ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq edir. Ötən il həm də Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalanıb və burada Azərbaycana olan marağı nəzərə alaraq müxtəlif sahələrdə əlaqələrin daha da genişlənməsinə əminlik artıq.
Ölkə başçısı çıxışı zamanı bir sıra mühüm tapşırıqlar verib. Belə ki, dövlət qurumlarına dövlət xidmətlərinin vahid mərkəzdən - yəni, "mygov" üzərindən həyata keçirilməsini tapşırıb. Dövlətimizin başçısı deyib ki, hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.
Cənab Prezident həmçinin bildirib ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. "Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir", - deyə dövlətimizin başçısı qeyd edib.
Rəqəmsallaşdırma prossesi paralel olaraq yeni risklər də yaradır. Bu baxımdan kibertəhlükəsizlik məsələləri yeni rəqəmsal arxitekturanın ayrılmaz hissəsidir. Dövlətin rəqəmsal infrastrukturu nə qədər inkişaf edirsə, onun müdafiəsi də biro qədər strateji xarakter alır.
Ölkəmizin bu sahədə qarşısında duran əsas vəzifələr milli kibertəhlükəsizlik strategiyasının gücləndirilməsi,dövlət və özəl sektor arasında koordinasiyaların artırılması, kritik informasiya infrastrukturlarının qorunması, yerli texnoloji həllərin inkişafı kimi əsas məsələlərdir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 725   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 297
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14.11.2026 429
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.