Azərbaycandan Ermənistana kimlər gedib? - Adlar açıqlandı

Azərbaycandan Ermənistana kimlər gedib? - Adlar açıqlandı13-14 fevral 2026cı il tarixlərində Ermənistanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsindəAzərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəflidəyirmi masa keçiriləcək.

Trend xəbər verir ki, "Sülh Körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, dəyirmi masada hər iki tərəfdən dahageniş iştirakçı qrupu da təmsil olunacaq.

Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurlardan keçərək delimitasiya vədemarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistan ərazisinə daxil olmuşdur. Bu, iki ölkəarasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktiki addım olmuşdur.

Müzakirələr zamanı Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust2025-ci il tarixində Vaşinqton Sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələnprosesləri müzakirə edəcəklər.

Ayrı-ayrı sessiyalar formalaşmaqda olan regional təhlükəsizlik arxitekturasına, sülhünüstünlüklərinə, iki cəmiyyətdə cəmiyyətlərarası münasibətlər qurulmasının ictimai qavrayışına, iqtisadi əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı anlaşma və etimadın təşviqində vətəndaşcəmiyyətinin roluna həsr olunacaq.

Ermənistan tərəfdən iştirakçılar:

1.​Areq Koçinyan - Koordinator, Ermənistan Şurasının prezidenti.
2.​Boris Navasardyan - Yerevan Press Klubunun fəxri prezidenti.
3.​Naira Sultanyan - Demokratiyanın İnkişafı Fondunun direktoru.
4.​Narek Minasyan - Ermənistan Şurasının eksperti.
5.​Samvel Meliksetyan - Ermənistan Şurasının eksperti.
6.​Stepan Qriqoryan - Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin İdarəHeyətinin sədri.
7.​Edqar Vardanyan - Ermənistan Şurasının eksperti.
8.​Robert Qevondyan - Ermənistan Şurasının eksperti.
9.​Lusine Xaratyan - Yazıçı və mədəni antropoloq.
10.​Nelli Minasyan - Tarix üzrə fəlsəfə doktoru, dosent, türkoloq.
11.​Davit Stepanyan - 1in.am-da siyasi şərhçi, Ermənistan Beynəlxalq Təhlükəsizlik vəMünasibətlər İnstitutunun eksperti.
12.​Ruben Babayan - Yerevan Kukla Teatrının bədii rəhbəri.
13.​Eleonora Sarqsyan - Sülh və gender üzrə ekspert, gənclərlə iş üzrə mütəxəssis.
14.​Naira Martikyan - Redaktor, JAMnews-un (Ermənistan) ölkə direktoru.
15.​Vazgen Karapetyan - Avrasiya Tərəfdaşlıq Fondunun direktoru.
16.​Tatev Danielyan - Ermənistan İctimai Televiziyasının siyasi proqramlar üzrə baş redaktoru vəaparıcısı.
17.​Armen Petrosyan - Regional siyasət üzrə ekspert, Orbeli Mərkəzi.
18.​Alen Amirkhanyan - AUA Akopyan Ətraf Mühit Mərkəzinin direktoru.
19.​Nelli Rafayelyan - Jurnalist, Media Təşəbbüsləri Mərkəzi.
20.​Jirayr Habetiyan - Operator, Ermənistan İctimai Televiziyası.

Azərbaycan tərəfdən iştirakçılar:

1. Fərhad Məmmədov - Koordinator, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru
2. Rusif Hüseynov - Topçubaşov Mərkəzinin həmtəsisçisi, direktoru
3. Kəmalə Məmmədova - 1news.az internet portalının baş redaktoru
4. Ramil İskəndərli - Milli QHT Forumu İdarə Heyətinin sədri
5. Fuad Abdullayev - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
6. Könül Bədəlova - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
7. Zaur Şiriyev - Karneqi Rusiya Avrasiya Mərkəzinin qeyri-rezident eksperti
8. Murad Muradov - Topçubaşov Mərkəzinin həmtəsisçisi, direktor müavini
9. Aytən Qəhrəman - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri
10. Rauf Ağamirzəyev - Nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında İctimai Şuranın üzvü
11. Gülbəniz Qənbərova - Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyinin sədri
12. Nəzrin Əliyeva - İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyi
13. Eldar Həmzəli - tədqiqatçı
14. Sənan Rzayev - CBC televiziya kanalının aparıcısı
15. Gülşən Axundova - Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri
16. Emin Əliyev - Trend BİA-nın baş redaktoru
17. Orxan Babayev - Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
18. İlyas Hüseynov - Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri
19. Fuad Ağamalıyev - CBC mühəndis-texniki departamentinin direktoru

Azərbaycandan Ermənistana kimlər gedib? - Adlar açıqlandıAzərbaycandan Ermənistana kimlər gedib? - Adlar açıqlandı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 888   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 297
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14.11.2026 429
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.