Qaradağda yaşayış binasında yanğın - Təxliyə olunanlar var+Video

Qaradağda yaşayış binasında yanğın - Təxliyə olunanlar var+VideoFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

"Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar yanıb.

Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 118   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vitrində başqa, kassada başqa: Alıcıların cibindən 500 milyon manat çıxır

Bəzi dükanlarda istehlakçılar vitrində göstərilən qiymətlə kassada tətbiq olunan qiymət arasında uyğunsuzluqla qarşılaşırlar. Belə hallar alıcı narazılığına səbəb olur və mövcud qaydalara zidd sayılır. Mövcud normalara əsasən, məhsul alıcıya üzərində və ya vitrində qeyd edilən qiymətlə satılmalıdır

20:30 93
.

Yeşilçayın serialı təxirə salındı

"NOW"un 2026-cı il mövsümündə çəkilməsi planlaşdırılan "Ömür Usta" serialı yenidən təxirə salınıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın reklam gəlirlərinin azalması səbəbindən çəkilişlər yanvar ayının sonuna müəyyən olunmuşdu. Hilal Saralın rejissorluğu ilə Nurgü

22:00 1
.

Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun məlumatına görə, haki

21:06 0
.

İsa Həbibbəyli məzuniyyətə getdi: Mehdiyev məsələsinə o, qayıdanda baxılacaq

Dövlət Təhlükəsizliyi Xidmətinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət əməlləri ilə bağlı rəsmi məlumat yaymasından sonra onun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən xaric edilməsi məsələsi yenidən gündəmə gəlib. Mövzu ilə bağlı "Yeni Sabah"ı

15:40 300
.

İDDİA: Bilal Ərdoğan AKP-nin sədri olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri olacaq. Bakıvaxtı.az xəbər verir ki, bu barədə "BirGün" qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Ərdoğan müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr

21:45 3
.

Bir ay heç kimlə görüşməyəcək - Qadağa qoydu

Əməkdar artist Könül Kərimova hazırlaşdığı solo konsertindən danışıb. Axşam.az xəbər verir ki, müğənni "Günə bax" proqramında bunun üçün həyat tərzini dəyişdiyini deyib. O bildirib ki, prodüser Asif Kərimli ona qadağalar qoyub:. "Rahatam, çox yaxşıyam. Yanımda yaxşı insanlar var. Biliri

15:07 310
.

Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Nizami rayonu, C.Naxçıvani küçəsində qeydə alınıb. 78 yaşlı Vera Pavlovna Kirilovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun nədən öldüyü bilinmir. Araşdırma aparılır

18:45 162
.

NATO Arktikada "Arctic Sentry" missiyasını işə saldı

NATO fevralın 11-də Şimal Qütbündə təhlükəsizliyi gücləndirmək məqsədilə "Arctic Sentry" adlı yeni missiyasını işə salıb. BİG.AZ Politico-ya istinadən xəbər verir ki, rəsmi olaraq bu fəaliyyət simvolik xarakter daşıyır və alyans üzv ölkələrinin Arktik regionda hərbi koordinasiyasını artırma

15:21 213
.

Boy uzadan qida əlavələri - Faydadan çox ziyanı var

İllər keçdikcə, yeni doğulan uşaqlarda boy daha da qısalmağa doğru gedir. Bəziləri bunu genetika ilə, bəziləri isə qidalanmayla əlaqələndirir. Hətta bir çox valideynlər özlərinin boyu uzun olmasına baxmayaraq, uşağının hündür boylu olması üçün müəyyən bitki tərkibli dərman pereparatları istifadə edir

19:15 129
.

TOP MP3