Enerji vampirləri: Onlardan necə qorunmaq olar?
Enerji vampiri həyat yoldaşınız, ən yaxın dostunuz, iş yoldaşınız və ya qonşunuz da ola bilər. Psixoloqlar xəbərdarlıq edirlər ki, bu cür insanlar onlarla ünsiyyətdən sonra qarşı tərəfi tükənmiş və yorğun vəziyyətdə qoyurlar. Mütəxəssislərin fikrincə, enerji vampiri anlayışı mistika ilə bağlı deyil. Bu termin toksik davranış nümayiş etdirən, başqalarının emosional resursları hesabına özünü yaxşı hiss edən insanlara aiddir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, belə insanlar səmimi münasibətlərdən qidalanır, ətrafındakıları isə emosional olaraq boşalmış və ruhdan düşmüş vəziyyətdə buraxırlar.
Onlar daim öz problemlərini və qayğılarını başqalarının üzərinə yükləyir, diqqət və dəstək axtarışında olurlar.
Onları necə tanımaq olar?
Enerji vampirlərinin əsas əlamətləri arasında həddindən artıq diqqət və öz əhəmiyyətlərinin təsdiqinə olan ehtiyac ön plandadır. Onlar zamanla əhvalınızı poza, ikimənalı sözlər işlədə və ya təzyiq göstərərək hisslərinizi açıq ifadə etməyinizə mane ola bilərlər.
Nyu-Yorkda yerləşən Albert Eynşteyn Tibb Kollecinin psixiatriya və davranış elmləri üzrə dosenti Simon Rego bildirir ki, sağlam münasibətlərdə vermək və almaq arasında tarazlıq olur. Onun sözlərinə görə, belə ünsiyyətdə hər iki tərəf özünü enerjili, gümrah və müsbət hisslərlə dolu hiss edir. Enerji vampirləri isə başqalarının hiss və emosiyalarından istifadə edərək özlərini "enerji ilə doldururlar".
Toksik davranışlı insanlar adətən özünəinamlarını artırmaq üçün davamlı emosional dəstək axtarırlar. Onların hədəfi çox vaxt xoşxasiyyətli, həssas, mərhəmətli və pozitiv enerjiyə malik insanlar olur. Bu vampirlər olduqca israrlı olduqları üçün mehriban insanlar onlara "yox" deməkdə çətinlik çəkir. Üstəlik, məqsədlərinə çatmaq üçün günah hissi yaratmağa və ya açıq ultimatumlar verməyə də meylli olurlar.
Enerji vampirindən necə qorunmaq olar?
Mütəxəssislər bildirirlər ki, enerji vampiri ilə uzunmüddətli ünsiyyət qurbanın səhhətinə ciddi zərər vura bilər. Zamanla artan stress narahatlıq, depressiya, ürək-damar xəstəlikləri və digər problemlərə yol aça bilər.
Əsas tövsiyələr bunlardır: Aydın və sərt sərhədlər müəyyənləşdirin, lazım gələrsə, münasibəti bitirməyə hazır olun, enerji vampirini dəyişdirməyə və ya xilas etməyə çalışmayın.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 844 Tarix: 12 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 297 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 279 Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 139 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 429 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor
00:42 266