Boy uzadan qida əlavələri - Faydadan çox ziyanı var

Boy uzadan qida əlavələri - Faydadan çox ziyanı varİllər keçdikcə, yeni doğulan uşaqlarda boy daha da qısalmağa doğru gedir. Bəziləri bunu genetika ilə, bəziləri isə qidalanmayla əlaqələndirir. Hətta bir çox valideynlər özlərinin boyu uzun olmasına baxmayaraq, uşağının hündür boylu olması üçün müəyyən bitki tərkibli dərman pereparatları istifadə edir.

Bəs görəsən, boy artımı yalnız genetik faktorlarla əlaqəlidir? Qida əlavələrinin istifadəsi tövsiyə olunurmu?

Həkim-pediatr Şəlalə Poluxova Lent.az-a açıqlamasında bildirib ki, uşaqların boyunun uzunluğunda genetik faktorlar əsas rol oynayır:

"Valideynlərin hündürlüyü uşağın potensial genetik hədəf boyunu təyin edən önəmli faktordur. Lakin boyun uzunluq və qısalığında tək səbəbin genetika olduğunu iddia edə bilmərik. Hormonal balans, düzgün qidalanma, ətraf-mühit amilləri, keçirilmiş müxtəlif xəstəliklər də boy artımına təsir edir.

Düzgün qidalanma boyun uzanmasına dəstək olur. Sağlam uşağın gündəlik qidalanma rasionunda yetərli miqdarda zülal - süd və ət məhsulları, balıq, yumurta, paxlalı bitkilər olmalıdır. Həmçinin kalsium, vitamin D və sink kimi mineralların boy artımında çox böyük rolu var.

Qısa boylu uşaqlar üzərində aparılan araşdırmalara görə, sink əlavəsinin boyu uzatdığı bildirilir. Lakin bu, o halda təsirli ola bilər ki, qanda ciddi defisit olsun və həmin qida əlavəsi çatışmayan mineralı kompensasiya etsin".

Pediatr boy uzatdığı söylənən qida əlavələrini tövsiyə etmədiyini vurğulayıb:

"Tez-tez reklam olunan, sürətlə boy uzatdığı iddia olunan qida əlavələri, bitki qarışımlarına dair etibarlı, yetərli elmi sübutlar olmadığından onları tibbi olaraq tövsiyə etmirik. Əksinə, tərkibində mənşəyi naməlum olan bitkilərin yer aldığı dərmanların qəbulu allergik reaksiyalara səbəb ola bilər. Ona görə də etibarlı tibbi sübut olmadığı müddətdə bu kimi dərmanların istifadəsini qətiyyən tövsiyə etmirik.

Yalnız uşağın qanında konkret hansısa çatışmazlıq varsa, məsələn o, D vitamini defisiti yaşayırsa, həkim tərəfindən, müəyyən dozada, nəzarət altında qida əlavələri qəbul edilə bilər.

Təəssüf ki, bir çox hallarda genetik potensialı aşmaq mümkün deyil. Sadaladığımız qida əlavələri, minerallar hansısa defisiti əvəz edir. Lakin boy artımında təkcə qidalanma yox, fiziki aktivlik, həyat tərzi də önəmli rol oynayır".

Ş.Poluxova boyun uzandığı iki yaş dövrünü qeyd edib:

"Doğumdan etibarən uşağın qidalanmasına fikir vermək lazımdır. Xüsusən ilk 2 il çox kritik dövr hesab olunur. 2 yaşına qədər uşağın qidalanmasında maksimum təbii tərkibli məhsullardan istifadə etmək lazımdır. Çünki bu dövrdəki hansısa bir çatışmazlıq təkcə boy artımına yox, nevroloji sistemə də böyük fəsadlar vura bilir.

Yeniyetməlik dövründə uşaqlarda boy artımı sürətlə gedir. Həmin yaş dövründə həm qidalanmaya, həm də fiziki aktivlikliyə diqqət edilməlidir. Boy artımında doğumdan sonrakı 2 il və yeniyetməlik dövrü boy artımı üçün kritik dönəmdir.

Həkimlər uşağın boy və çəkisini persentil cədvəlinə əsasən izləyə bilirlər. Əgər boy xəttində və ya çəkidə geriləmə varsa, həkim məsləhətinə əsasən, cinsi yetkinlik dövrünə çatmadan həkim-endokrinoloqla konsultasiya aparılmalı və ehtiyac yarandığı halda müdaxilə edilməlidir. Cinsi inkişaf başladıqdan, böyümə nöqtələri bağlandıqdan sonra təəssüf ki, boy üçün edilən müdaxilələr faydalı olmur. Ona görə də tövsiyə edirik ki, uşaqlar ildə ən az 1-2 dəfə həkim müayinəsində olsunlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 804   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 297
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14.11.2026 429
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.