Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib (FOTO)

Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib (FOTO)Qaradağ rayonu, Qızıldaş şəhər tipli qəsəbədə yerləşən Qızıldaş Mədəniyyət Mərkəzində uşaq bağçası təşkil olunub.

Yurd.Media-ya baxçanın fəaliyyəti barədə məlumat verən valideynlərdən biri qeyd edir ki, hər uşaq üçün aylıq ödəniş 50 manat təşkil edir. Saat 08:30-dan 13:30-dək fəaliyyət göstərən bağçada hazırda 30-a yaxın uşaq saxlanılır. Uşaqlara yemək evdən hazır qoyulur. Mədəniyyət mərkəzində çarpayılar mövcud olmadığından yatmaq istəyən azyaşlılar üçün döşəmədə yer salınır.

Məlumata görə, ötən il həmin ünvanda fəaliyyət daha geniş olub - bağça saat 09:00-dan 17:00-dək işləyib, uşaqlara nahar verilib və onlar gün ərzində orada saxlanılıblar. Lakin vətəndaş şikayətindən sonra yemək verilməsi dayandırılıb, iş saatı azaldılıb və aylıq ödəniş 100 manatdan 50 manata endirilib.

Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib (FOTO)İddialara görə, hazırda mərkəzin bədii rəhbəri Gülnar Abbasova direktor səlahiyyətlərini icra etdiyi dövrdə bu fəaliyyət həyata keçirilir.

Mədəniyyət Nazirliyindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində hazırda "İlkin tibbi yardım" və "Rəqs" kursları fəaliyyət göstərir.

"Bundan əlavə, "Eliza School" tədris mərkəzi ilə bağlanmış müqaviləyə əsasən Mərkəzdə "Erkən inkişaf" kursu da təşkil olunub. Kursun məqsədi uşaqların şəxsiyyət kimi formalaşmasına dəstək göstərmək, onların özünü tanıma, müstəqil qərarvermə, özünüidarəetmə və sosial bacarıqlarını inkişaf etdirməkdir. Tədris prosesində nitq inkişafı üzrə məşğələlər, Montessori proqramı və məntiqi oyunlar tətbiq olunur", - məlumatda qeyd olunur.

Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib (FOTO)Qeyd edək ki, Qızıldaş qəsəbəsində dövlət uşaq bağçasının olmaması valideynləri çıxılmaz vəziyyətdə qoyur. Məhz bu səbəbdən sakinlər alternativ olmadığı üçün övladlarını sözügedən mərkəzə verməyə məcbur qalırlar.

Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib (FOTO)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 297
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14.11.2026 429
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.