Sinif otağında alçaldılma: Şagird hüquqları pozulurmu? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəb yalnız bilik verilən məkan deyil, eyni zamanda uşağın şəxsiyyət kimi formalaşdığı sosial mühitdir. Lakin bəzi hallarda şagirdlərin müəllim tərəfindən sinif yoldaşlarının qarşısında alçaldılması, təhqiramiz ifadələrə məruz qalması və ya psixoloji təzyiq görməsi ilə bağlı iddialar gündəmə gəlir. Bu cür davranışlar təkcə bir anlıq inciklik yaratmır, uşağın özünə inamına, psixoloji vəziyyətinə və gələcək inkişafına ciddi təsir göstərə bilər. Təhsil mühitində nizam-intizamın qorunması vacib olsa da, bunun alçaldıcı və ya aqressiv üsullarla həyata keçirilməsi qəbulolunan hesab edilmir.
Şagirdin səhvini düzəltmək ilə onun şəxsiyyətini zədələmək arasında incə, lakin mühüm fərq var. Xüsusilə yeniyetmə yaş dövründə ictimai şəkildə alçaldılma uşaqlarda qorxu, utanc və məktəbə qarşı mənfi münasibət formalaşdıra bilər. Bu məsələ cəmiyyət qarşısında mühüm sual yaradır: pedaqoji yanaşma hansı sərhədlər çərçivəsində olmalıdır və şagirdlərin hüquqları necə qorunmalıdır? Təhsil sistemində sağlam psixoloji mühitin yaradılması həm müəllimlərin, həm valideynlərin, həm də müvafiq qurumların diqqət mərkəzində olmalıdır.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, valideynlərin şikayətinin heç bir əsası yoxdur. Çoxillik təcrübəm deyir ki, bu söz-söhbət bekarçılıqdan qaynaqlanır. Onun sözlərinə görə, bəzi valideynlərin belə söhbətlər, statuslar yazması tam bir maniya halına gəlib: "Sanki bununla gündəmi öz əllərində saxlamaq istəyirlər. Araşdırılanda məlum olur ki, onların uşaqları heç məktəbli deyil. yaxud heç vaxt məktəbdə hər hansı təzyiqə məruz qalmayıblar. Bu məsələnin birinci tərəfidir. ikinci tərəfinə gəldikdə müəllim bu gün özünü zorla müdafiə edir. Onu artıq elə vəziyyətə salıblar ki, nəinki uşağı cəzalandılrmaq, heç söz demək səlahiyyəti yoxdur. Hər hansı müəllim dözməyib bu qadağanı pozduğu halda isə ciddi şəkildə cəzalandırılır. Həftənin sonu gələndə müəllimlər həftəni sağ-salamat başa vurduqlarına, şantaja məruz qalmadıqlarına görə Allaha şükr edirlər. Bax, əsil mənzərə belədir. Buna görə də məktəblərdə bullinq hallarının sayı sürətlə artmaqda davam edir.
Çünki şagirdlər tam bir cəzasızlıq mühitinə düşüblər və kim nə istəyir, onu da eləyir. Qaldı "İdark" liseyində baş verən hadisəyə, orada müəllim tərəfindən şagirdə qarşı hər hansı təzyiq istisnadır. Müəllimi xarakterizə edən hər kəs onun savadlı, işgüzar və tələbkar olmasından danışır. Ola bilər, müəllimin tələbkarlığı oluib. Bu da şagirdin, xüsusən o yaşda birinin xoşuna gəlməyə bilər. lakin müəyyən açıqlamalardan belə məlum olur ki, uşaq tamamilə başqa təsirlər altında olub. Ən əsası bu gün bizim peyğımbərlik eləməyimiz də etik cəhətdən doğru deyil. Çünki arada bir uşaq və gənc bir müəllim var. Hər ikisi haqqında danışanda ehtiyatlı olmalı, hər deyilənə sözə inanmamalıyıq. Ən yaxşısı istintaqın nəticəsini gözləməkdir. onda konkret fikir bildimək mümkün olacaqdır. Son olaraq qeyd edim ki, bu gün ən çox müdafiəyə ehtiyacı olan bir zümrə varsa, o da müəllimdir!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 830 Tarix: 12 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 297 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 279 Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 139 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 429 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor
00:42 266