Deja vü: Beynin bizə oynadığı sirli oyun - PSİXOLOQDAN AÇIQLAMA

Deja vü: Beynin bizə oynadığı sirli oyun - PSİXOLOQDAN AÇIQLAMABəzən insan elə bir an yaşayır ki, sanki həmin məqamı daha əvvəl görüb, eyni sözləri eşidib, eyni mühitdə eyni hissləri keçirib. Halbuki, məntiq və yaddaş bunun ilk dəfə baş verdiyini deyir. Bu qəribə və izahı çətin görünən psixoloji hal "deja vü" - yəni "artıq görülmüş" hissi adlanır. Deja vü anı çox vaxt bir neçə saniyə davam edir, lakin insanda dərin təəccüb, hətta bəzən narahatlıq yarada bilir. Bu hal yaddaşın və şüurun işləmə mexanizmi ilə bağlı mürəkkəb proses kimi qiymətləndirilir. Beynin informasiyanı qəbul etməsi və onu yaddaşda emal etməsi zamanı yaranan qısa uyğunsuzluq nəticəsində insan hazırkı anı keçmiş xatirə kimi qavraya bilir.

Bəzi yanaşmalara görə, bu hal beynin müxtəlif hissələri arasında informasiya ötürülməsində yaranan ani gecikmə ilə əlaqəli ola bilər. Maraqlıdır ki, deja vü daha çox gənc yaşlarda müşahidə olunur və əksər hallarda təhlükəli hesab edilmir. Bununla belə, tez-tez və intensiv şəkildə təkrarlanması bəzi hallarda nevroloji araşdırma tələb edə bilər. Deja vü fenomeni insan şüurunun hələ də tam öyrənilməmiş tərəflərindən biri kimi elmi maraq doğurmağa davam edir.
Deja vü: Beynin bizə oynadığı sirli oyun - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, Deja vü ilə bağlı, alimlər müxtəlif fikirlər irəli sürüblər. Onun sözlərinə görə, bir qrup alimlər beyində yaddaş və siqnal qarışıqlığı nəticəsində yarandığını deyir: "Digərləri sinir əlaqələrinin gecikməsi və ya yuxu ilə şüurun əlaqəsi kimi çox fərqli fikirlər səsləndirirlər. Mən isə uzun sürən mənəvi və ruhani təcrübələrimdən sonra düşünürəm ki, "Deja vü" nün cavabını tapmışam. Bu və digər fikirlərimi "Hu" və "Oyanış" adlı romanlarımda geniş şəkildə yazmışam. Qısa olaraq onu deyə bilərəm ki, şüur genişlənir. Kainat genişləndiyi kimi, insan şüuru da genişlənə bilir. Bir az dərin fəlsəfi yanaşmadır çalışaram sadə başa salım. İnsanlarda şüur genişlənməsi ani baş verə bilir ki, bu da mikro saniyə içində genişlənib sıxlaşır.

Yəni, əvvəlki vəziyyətə dönür. Bu bir işıq sürəti ilə baş verir. "Deja vü" sözünün fransızcadan mənası - "artıq görüldü" deməkdir. Elə ezoterik baxışdan da, mənası "keçmiş ruhun, indiki sənə salam" deməsidir. Keçmiş "mən" nin, indiki "mən"ə salamıdır. Yəni, keçmişdə ruh yaşadığı eyni halı, təkrar indiki fərqli bədəndə yaşadığı üçün, sanki yada düşmək, xatırlatmaq istəyir. Amma təcrübəni keçmiş ruh yaşayıb, cism deyil. Ona görə insan yada sala bilmir, amma sanki yaşayıb kimi hiss edir. Axı hisslər toplusuna ruh deyilir, həm də yaddaş. Əslində hiss olmasa yadda heç nə qalmır. Buna görə də, ruh həm də yaddaşdır. Burdan da, reinkarnasiya mövzusu ortaya çıxır. Hərçənd ki, elm nə reinkarnasiyanı, nə də ezoterikanı qəbul etmir. Amma məsələ də, burasındadır ki, bütün ixtiraları yaradan fikirlər də, məhz ezoterikadan yəni, keçmiş yaddaşdan gəlir. Burada artıq bir paradoks yaranır. Deməli, elm ezoterikanı insanlardan gizli saxlamaq istəyir. Mən bunun dərinliyinə bir az da gedəndə mənə məlum oldu ki, insanın şüuru qədim yaddaşlara sahibdir. Şüur genişləndikcə qatlar açılır dərin biliklər və keçmiş ruhların yaşadıqları xatırlanmağa başlayır.

Əlbətdə ki, bu artıq xüsusi təcrübələr, praktikalar sayəsində baş tutur ki, keçmişdə bu insanlara peyğəmbər deyilirdi. Peyğəmbər sözünün əsl mənası isə "dərin bilən" deməkdir. Şüurunun dərin qatına enməyi bacaran insan hətta "Ali şüur" la ünsiyyətə girə bilir və daha dərin biliklər əldə edə bilir ki, buna da "Oyanmış"lar da deyilir. Ruh dərin bir yaddaşdır. Yaddaşı isə şüur özündə saxlayır və indiki anla, indiki cisimlə əlaqə qurur. Şüur üçün zaman anlayışı yoxdur. Yaddaş anlayışı var. Şüurun yaddaşını hisslər oyadır. Bəzən insan indiki anda nə isə yaşayır, şüurun qatlarında saxlanılan sonsuz sayda, ruhların yaşadığı hisslər, indi ilə üst üstə düşür və buna "Deja vü" deyilir. Eyni zamanda da qədim yaddaş da demək olar. Kainat və kainatda olan hər şeyin, ta yaradılışdan tək bir şüuru var. Bu şüura Tanrı, Yaradan da demək olar. Maddi elementə keçid edəndə adı şüur olur. Şüur olduğu halda, həm də maddi elementdən kənarda da var olur. Bu zaman adı insanların dili ilə desək Tanrı olur.

Yəni şüur şəklində canlı və cansızlara parçalanaraq, eyni zamanda öz vahidliyini saxlayır. Bu o deməkdir ki, hər bir şüurda sonsuz biliklər, hisslər, yaddaşlar, ruhlar necə istəyirsiz adlandırın, yəni sonsuzluq toplusu mövcuddur. Zaman içərisində Nəsimilər, Rumilər, Bəstanilər, 124 min peyğəmbərlər, Oşolar, Kant, Yunq və sairə ilə saymaqla bitməyən bu kimi şəxslər kimi riyazi, kimisi ədəbi, fizika, dini və fərqli yollarla anlatmağa çalışsalar da, bu hər insan beyni, qavramı üçün deyil. Ələlxüsus müsəlman cəmiyyəti üçün heç uyğun deyil".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1371   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 297
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14.11.2026 429
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.