Bakı yeni diplomatik mərhələyə keçir: Papadan Trampa uzanan xətt
"2026-cı ilin fevral ayı indidən Azərbaycan diplomatiyası və xarici siyasəti baxımından məhsuldar dövr kimi qiymətləndirilə bilər. Cəmi bir gün fərqlə baş tutan iki mühüm səfər Bakının çoxvektorlu və balanslaşdırılmış xarici siyasət xəttinin növbəti təsdiqidir.
Fevralın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edərək Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leo ilə görüşüb. Artıq fevralın 10-da isə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana rəsmi səfər edib".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirirb.
O, qeyd edib ki, zahirən fərqli istiqamətləri əhatə edən bu iki səfər Bakının strateji baxışında ortaq xəttin davamı kimi qiymətləndirilə bilər. Söhbət Roma Papası XIV Leo və ABŞ Prezidenti Donald Trampın Azərbaycana mümkün səfəri üçün zəminin formalaşdırılmasından gedir:
"Roma Papasının Azərbaycana səfəri daha real və yaxın perspektiv kimi görünür. Azərbaycan-Vatikan münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu xətt sonrakı dövrdə də ardıcıl şəkildə davam etdirilib. Papa II İohann Pavelin 2002-ci ildə, Papa Fransiskin isə 2016-cı ildə Azərbaycana səfəri bu münasibətlərin yüksək səviyyəsini göstərir.
Hazırda isə yeni mərhələ formalaşır. Prezident İlham Əliyevin 1 may 2024-cü il tarixli sərəncamına əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda II İohann Pavelə həsr olunmuş Katolik Kilsəsi tikilir. Bu fakt Roma Papası XIV Leonun Azərbaycana səfəri üçün real və məntiqi əsas yaradır. Papanın kilsənin açılış mərasimində iştirakı mümkün və ən rasional ssenari kimi görünür.
Bundan əlavə, Roma Papası XIV Leonun ABŞ-dan seçilən ilk Papa olması xüsusi geosiyasi kontekst yaradır. Onun seçilməsində ABŞ Prezidenti Donald Trampın dəstəyinin rolu barədə fikirlər də mövcuddur. Bu baxımdan Papaya mümkün səfər ABŞ rəhbərliyinin də Azərbaycana diqqətini artıran amilə çevrilə bilər.
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri də məhz bu kontekstdə dəyərləndirilə bilər. Bu, həm ikitərəfli münasibətlərin inkişafı, həm də daha yüksək səviyyəli mümkün səfərlər öncəsi siyasi və diplomatik zəminin yoxlanılması kimi şərh oluna bilər.
Donald Trampın prezidentlik müddətində Azərbaycana səfər etməsi istisna deyil. Xüsusilə yekun sülh sazişinin imzalanmasından sonra Bakının regionda sabitliyin mərkəzi kimi təqdim olunması fonunda belə bir səfər real perspektiv kimi qiymətləndirilə bilər.
Beləliklə, fevral ayında baş tutan iki səfər təsadüfi deyil. Bu hadisələr Bakının beynəlxalq siyasi arxitekturada artan rolunun və strateji planlaşdırmasının göstəricisi kimi çıxış edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 750 Tarix: 11 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 ABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 130 Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 139 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 258 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
13:40 0