Ramazanda hansı qidalar yeyilməlidir? - Orucluqla bağlı bilmədiklərimiz

Ramazanda hansı qidalar yeyilməlidir? - Orucluqla bağlı bilmədiklərimizFevralın 19-dan Ramazan ayı daxil olur. Bu ayın əsas məğzlərindən biri ac qalıb, nəfsi tərbiyələndirmək, mənəvi təmizliyə çatmaqdır. Lakin əsas məsələlərdən biri orucluq müddətində orqanizmin yüklənməsi, mədə və baş ağrıları, eləcə də halsızlığın olmamasıdır.

Bəs görəsən, oruc tutanlar hansı qidaları qəbul etməlidirlər? Kimlərə oruc tutmaq tövsiyə olunmur?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, orucu kilo vermək, ac qalmaq üçün tutmaq olmaz:

"Oruc tutan insanlar Ramazan ayının mənəvi tərəfləri ilə bağlı geniş və dərin fikirlərə malik olmalıdırlar. Çünki əksər hallarda, xüsusən də son dövlərdə insanlar orucu öz gerçək mənasından uzaqlaşdırıb, kilo vermək, uzun müddət ac qalmaq kimi anlayışlarla qarışdırırlar. Halbuki, Ramazan ayı nəfsə, tamaha nəzarət etmək, Allaha yaxınlaşmaq və ibadət etmək üçün mövcuddur. Oruc tutmaq nəfsin tərbiyəsidir. İnsanlar bu ayda öz tamahını qorumaq, aza qane olmaq və şükür etmək üçün oruc tuturlar.

Hansı insanlar oruc tutmaya bilərlər?

Xroniki xəstəlikləri olan, hansısa dərman vasitələri ilə davamlı müalicə almağa məcbur qalan, hamilə və südverən qadınlar, səfərdə olan şəxslər, yeniyetmələr, eləcə də uşaqlar oruc tutmaya bilərlər".

Mütəxəssis imsaqda və iftarda qəbul edilməsi vacib olan qidalardan danışıb:

"Diqqət edəcəyimiz əsas məqam imsaqda və iftarda balanslı, həmçinin doğru qidaların seçilməsidir. Xüsusilə imsaqda gün ərzində uzun müddət tox tuta biləcək qidalar yeyilməlidir. Heyvan mənşəli qidalardan yumurta, süd və süd məhsullarından duzlu yaxud az duzlu pendir qəbul olunması tövsiyə edilir. Tam buğda unundan hazırlanmış çörək, yulaf və tərkibində digər paxlalılardan olan qidalar gün ərzində daha doyumlu tutacaq. Çünki onlar yavaş həzm olunur və uzun müddət mədədə toxluq hissi yaradır.

Oruc tutacaq şəxslər mütləq 1 ovucdan çox olmamaq şərtilə çərəzlərdən, xüsusən badam, fındıq və qoz yesinlər. Onların duzlanmış, qovrulmuş olmamasına fikir vermək lazımdır. Əks halda gün boyu susuzluq yarana bilər.

İmsaqda çayla yanaşı suyu da yetəri qədər içmək lazımdır. Bəzən doğru miqdarda maye qəbul etməyənlər baş ağrısından və orqanizmin maye çatışmazlığından, yorğunluqdan və enerji çatışmazlığından əziyyət çəkirlər. Maye tələbatı dedikdə, şirin və qazlı içkilərin qəbulu nəzərdə tutulmur.

İftarda orucu su ilə açdıqdan sonra bir müddət ara verib, meyvə şirəsi və yaxud yüngül, tez həzm olunan şorba içmək lazımdır. Bu cür yüngül qidalar uzun müddət ac qalmış orqanizmdə mədə şirəsinin doğru şəkildə ifraz olunmasına və həzm prosesinin ağırlaşmamasına kömək edir. Eyni zamanda iftarda çox qızardılmamış, tez həzm olunan, aşağı kalorili və bir növ isti yeməyin qəbulu daha faydalıdır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, yeməklərin arasında bir qədər fasilə olsun. Yalnız qidalanmadan ən az 40-45 dəqiqə sonra şirniyyat və çay içmək olar.

Qidanı qəbul edərkən çoxlu çeynəmək, tələsməmək, yavaş-yavaş yemək lazımdır. Həm imsaqda, həm də iftarda mütləq mövsümi, yerli tərəvəzlərdən istifadə etmək lazımdır. Tərəvəzlər vitamin-mineral balansını təmin etməklə yanaşı, lifli qida olduğu üçün bağırsaqların funksiyasını normal yerinə yetirməsinə kömək edir. Uzun müddət ac qalan, xüsusən də yetəri qədər qida qəbnul etməyən insanlar orucluq zamanı qəbizlikdən şikayət edirlər. Məhz tərəvəz qəbulu bu problemin həllində faydalı rol oynayır. Gün ərzində daha rahat olmaq üçün şəkərli, şirin, eyni zamanda duzlu, yağlı qidalardan və turşulardan uzaq durmaq tövsiyə olunur".

Gün ərzində, iftara qədər yatmağın fəsadları

M.Hüseynova vurğulayıb ki, oruc tutan şəxslər fiziki aktivlikdən geri qalmamalıdırlar:

"Qidalanma ilə yanaşı fiziki aktivlik də nəzarətdə saxlanılmalıdır. Bəzən oruc tutan insanlar günün çox hissəsini yataraq keçirirlər. Bu isə orqanizmin tənbəlləşməsinə, daxili orqanların funksiyasının pozulmasına gətirib, çıxarır. Bir çox hallarda insanlar iftardan imsaqa qədərki müddətdə yuxusuz qalırlar. Bu isə sağlamlıq üçün ciddi problemlər yarada bilər. Tövsiyə olunur ki, iftardan imsaqa qədərki müdətdə yatıb, yuxu alsınlar.

Orucluğun ilk 3 günündə müxtəlif orqanizmlərdə sağlamlıq problemləri, ağrılar, iftardan sonra mədədə ağrılıq, şişkinlik ola bilər. Qidalar doğru və balanslı seçilibsə, orqanizmin öyrəşməyi normallaşacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 853   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.