Yurik Qasımovun lombardda batan 1 kilo qızılının aqibəti necə oldu? - POLİSDƏN AÇIQLAMA

Yurik Qasımovun lombardda batan 1 kilo qızılının aqibəti necə oldu? - POLİSDƏN AÇIQLAMASosial şəbəkə seqmentlərində Goranboy rayonu sakini Yurik Qasımov video müraciətlər paylaşaraq 2019-cu ildə lombarda 1 kiloqrama yaxın qızıl zinət əşyası qoyaraq 24.300 manat pul götürməsini, pulu ödəməsinə baxmayaraq ona aid dəyərli əşyaların mənimsənilməsini və təqsirkarların həbs edilməməsini səsləndirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılıb, o, dəfələrlə qəbul edilərək araşdırmanın nəticələri barədə ətraflı məlumatlandırılıb.

Y.Qasımovun qızıl-zinət əşyalarının və 30.000 manat pulunun "Sell Credit Lombard" MMC-nin rəhbər şəxsləri Şirxan Əliyev və Sərxan Əliyev tərəfindən ələ keçirilməsi barədə müraciəti üzrə Gəncə Şəhər Baş Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı Y.Qasımov zərərçəkmiş şəxs qismində tanınıb, ifadəsi alınıb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Zərərçəkmiş şəxs ifadəsində 2019-cu ildə oğlu Xaliq Qasımovun adına 508,2 qram qızılı girov qoyaraq 24.300 manat kredit götürüldüyünü, sonradan borcun ödənilməsinə baxmayaraq qızıl-zinət əşyalarının qaytarılmadığını, həmin əşyaların geri alınması məqsədilə lombard rəhbərliyinə 30.000 manat verdiyini və həmin pulun da mənimsənildiyini iddia edib.

Sərxan Əliyev isə ifadəsində kredit öhdəliyinin vaxtında icra edilmədiyini, bu səbəbdən girov predmetinin müqavilə şərtlərinə uyğun olaraq hərrac yolu ilə realizə edildiyini bildirib.

İstintaq zamanı S.Əliyev tərəfindən 30.000 manat məbləğində vəsait Y.Qasımova ödənilib. Y.Qasımov ərizə ilə müraciət edərək şikayətinin olmadığını bildirib, habelə qızıl-zinət əşyalarının qaytarılması məsələsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olduğunu qeyd edib.

Toplanmış materiallar əsasında zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışığın əldə olunması və dəymiş ziyanın ödənilməsi nəzərə alınaraq Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 689   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.