Vaşinqtonda imzalanmışdı, Bakıda möhürləndi

Vaşinqtonda imzalanmışdı, Bakıda möhürləndiMəlum olduğu kimi, ABŞ-nin Vitse-prezidenti Jey Di Vens ölkəmizə 10 fevral tarixli səfəri çərçivəsində Prezident İlham Əliyev ilə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya" imzalanıb.

"Qafqazinfo"nun məlumatına görə, Prezident İlham Əliyevin də bildirdiyi kimi, bununla iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Qeyd etmək lazımdır ki, sözügedən sənəd Prezident İlham Əliyev və Prezident Donald Tramp tərəfindən avqustun 8-i Vaşinqtonda imzalanmış "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu"na uyğun olaraq hazırlanıb.

Məhz buna görə Xartiya iki ölkə arasında tərəfdaşlığın institusional çərçivəsinin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Burada qeyd olunan ilk müddəada tərəflər münasibətlərin fundamental əsası kimi bir-birinin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləyir.

Xartiya, həmçinin, enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; Süni İntellekt (AI) və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir.

Sənədin regional bağlantılar bölməsində Azərbaycanın əsas hissəsi və onun Naxçıvanla arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını açacaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyəti, eləcə Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) xüsusi olaraq vurğulanıb.

Quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantıları; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq niyyəti Xartiyada qeyd olunub.

Bu çərçivədə, həmçinin enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb olunması, mülki nüvə sahəsində, eləcə də nadir mineralların qlobal bazarlara tranziti sahəsində əməkdaşlıq kimi məsələlər yer alıb.

Sənəddə Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti qeyd edilir.

Strateji Tərəfdaşlıq Xartiyasının Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur daxil olmaqla İqtisadi Sərmayələr bölməsində ölkəmizin bölgədə enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsi kimi mövqeyini gücləndirmək səyləri alqışlanır, ikitərəfli ticarət və sərmayələri artırmaq niyyəti diqqətə çatdırılır.

Süni İntellekt (AI) və kosmik sənaye sayəsində əməkdaşlıq, rəqəmsal infrastrukturda sərmayələr, o cümlədən ölkəmizdə AI data mərkəzlərinin inkişafı mühüm istiqamətlər kimi müəyyən olunub. Kibertəhlükəsizlik və AI sahəsində birgə Tədqiqat və İnkişaf dəstək alətləri və innovasiya platformaları kimi mexanizmlərin yaradılması istiqamətində əməkdaşlıq da Xartiyada əks olunub.

Azərbaycan və ABŞ inkişafda olan texnologiyalar, platformalar və biznes təcrübələri sahəsində mübadilə aparmaq və texniki yardım göstərmək, Azərbaycan Respublikasında istedadlı şəxslərin inkişafı və bacarıqlı işçi qüvvəsinin artımı üçün tərəfdaşlığı gücləndirmək niyyətlərini ifadə ediblər.

Xartiyanın üçüncü bölməsində təhlükəsizlik əməkdaşlığının hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verdiyi xüsusi vurğulanıb.

Ölkəmizin beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirilib. Müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin, o cümlədən müdafiə məhsullarının satışlarının, terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamət kimi müəyyən edilib.

Bununla yanaşı, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi kimi istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi sənəddə öz əksini tapıb.

Xartiyada Azərbaycanın üzləşdiyi mina təhlükəsi və xüsusilə maliyyə dəstəyi və texnologiyaların ötürülməsi vasitəsilə Azərbaycanda humanitar minatəmizləmə sahəsində bacarıqların inkişafı sahəsində əməkdaşlıq niyyəti vurğulanıb.

Ümumilikdə, strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsi nəzərdə tutulur.

Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində qeyd edilən istiqamətlərdə layihələrin siyahısının və onların həyata keçirilməsi üçün yol xəritələrinin hazırlanması məqsədilə İşçi Qruplarının yaradılması planlaşdırılır.

Həmçinin, sənəd iki ölkə arasında strateji tərəfdaşlığın icrası məqsədilə iqtisadi və ticarət sahələri də daxil olmaqla, müntəzəm dialoq mexanizmləri və platformaların yaradılmasını görüşlərin keçirilməsini nəzərdə tutur.

Strateji baxışın simvolu olan bu tarixi sənəd, Azərbaycanla ABŞ-ın qarşılıqlı maraq və ortaq məqsədlər əsasında dayanıqlı və strateji tərəfdaşlıq qurmaq əzmini nümayiş etdirir, beynəlxalq səviyyədə qlobal çağırışlara birgə cavab vermək və davamlı sülhün təmininə töhfə vermək öhdəliklərini təsdiqləyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 615   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.