Dubay şahzadəsiyəm deyib qadın biznesmenin milyonlarla dollarını ələ keçirdi

Dubay şahzadəsiyəm deyib qadın biznesmenin milyonlarla dollarını ələ keçirdiNigeriya sakini özünü Dubayın vəliəhd şahzadəsi kimi təqdim edərək rumıniyalı sahibkarın 2,5 milyon dollar pulunu mənimsəyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, dələduz Nzube Henri Ikedji Rumıniyadan olan Laura adlı qadınla peşəkar əlaqələr üçün nəzərdə tutulmuş LinkedIn sosial şəbəkəsi vasitəsilə tanış olub. Nigeriyalı özünü Dubayın vəliəhd şahzadəsi Həməd ibn Məhəmməd Əl Məktum kimi qələmə verərək ona humanitar layihədə iştirak etməyi təklif edib.

Bir müddət sonra onların ünsiyyəti virtual romantik münasibətə çevrilib. Ikedji Lauranı layihəyə investisiya yatırmağa razı salıb və investisiyaların rəsmiləşdirilməsi üçün onu Londonda yerləşən "maliyyə idarəçisi" ilə tanış edib. Lauraya guya üzərinə 200 min funt sterlinq köçürülmüş saxta bank hesabına giriş imkanı verilib. Qadın vəsaiti çıxarmağa cəhd etdikdə ondan komissiya haqqı tələb olunub və nəticədə o, aldadıldığını anlayana qədər dələduzlara ümumilikdə 2,5 milyon dollardan çox pul köçürüb.

Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Layihəsinin apardığı araşdırma göstərib ki, pulların bir hissəsi Ikedjinin Böyük Britaniyadakı şərikinin hesabından onun Nigeriyadakı şəxsi hesabına köçürülüb. Sosial şəbəkələrdə şəxsi hesablarında dəbdəbəli həyat tərzini və videoları nümayiş etdirən dələduz Lauranın aldadılmasında iştirakını inkar edib.

Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Layihəsi Ikedjinin törətdiyi cinayət barədə sənədli film hazırlayıb və yayımlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.