Həkimlər ağciyərsiz kişini 48 saat sağ saxladı, əməliyyat etdilər - 2 ildir yaşayır
ABŞ-ın klinikalarından birində elmi-fantastik hadisə baş verib. Bir qrup cərrah pasiyentin ağciyərləri tamamilə çıxarıldıqdan sonra onu iki sutka ərzində həyatda saxlamağa nail olublar. Bu kritik zaman aralığı donor orqanların uğurlu transplantasiyasına aparan körpü rolunu oynayıb. B
Lent.az xarici mediaya istinadən xəbər verir ki, həmin pasiyent hələ də yaşayır və iki il keçməsinə baxmayaraq, ağciyərləri tam funksional şəkildə işləyir.
Pasiyent 2023-cü ildə mövsümi qrip keçirən 33 yaşlı kişidir. Xəstəlik qısa müddətdə ağır tənəffüs çatışmazlığına çevrilib və ikitərəfli pnevmoniya, sepsis və kəskin respirator distres sindromu ilə ağırlaşıb.
Ağciyərləri bürüyən infeksiya müalicəyə tabe olmayıb və tənəffüs orqanları bütün orqanizmi zəhərləyən ölümcül ocağa çevrilib. Həkimlər çıxılmaz bir dilemma ilə üz-üzə qalıblar. Ağciyərlər çıxarılmasa ölüm qaçılmaz olub, lakin onların tam çıxarılması da hökm kimi görünüb, çünki insan ağciyərsiz yaşaya bilməz.
Xilasın açarı ABŞ-ın Şimal-Qərb Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan, TAL kimi tanınan tam süni ağciyər sistemi olub. Bu texnologiya qaz mübadiləsi funksiyasını öz üzərinə götürərək qanın oksigenlə zənginləşdirilməsini və karbon qazının xaric edilməsini təmin edib, eyni zamanda qan dövranını tənzimləyərək ürəyin üzərindəki ölümcül yükü azaldıb.
Məhz bu sistem cərrahlara hər iki zədələnmiş ağciyəri radikal şəkildə çıxarmağa və uyğun donor orqan tapmaq üçün saatlar qazanmağa imkan verən süni boşluq rolunu oynayıb.
48 saat ərzində pasiyent əvvəllər həyat üçün mümkünsüz sayılan bir vəziyyətdə olub. Onun qanı bədən xaricində oksigenlə zənginləşdirilib, həkimlər isə gələcəyi uğrunda mübarizə aparıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 888 Tarix: 09 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
12:00 166 İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
13:10 157 Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
00:33 596 Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
19:40 80 Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
17:50 135 Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
00:29 743 Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
11:45 173 ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
17:10 133 Azərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
15:10 149