Rusiya Trampı "Bidenizm"də ittiham edir: Alaska razılaşmasından sonra Vaşinqtona sərt tənqid
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampı Rusiya Prezidenti Vladimir Putinlə Alaska ştatında keçirilmiş görüşdə əldə olunan razılaşmalara əməl etməməkdə ittiham edib. Bu barədə Newsweek nəşri yazır.
Lavrov bildirib ki, Tramp administrasiyası Rusiyaya qarşı tətbiq olunan sanksiyaları davam etdirir və bu siyasət əvvəlki ABŞ prezidenti Co Baydenin xəttini xatırladır. Onun sözlərinə görə, Moskva bu yanaşmanı "Bidenizm" adlandırır.
"Biz bunu Bidenizmin davamı hesab edirik. Tramp və komandası bu yanaşmanı qəbul etmədiklərini desələr də, sanksiyalar uzadılıb və qüvvədə qalır", - deyə Lavrov vurğulayıb.
BİG.AZ Newsweek-ə istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri xatırladıb ki, 2025-ci ilin avqustunda Alaska, Anchorage şəhərində keçirilən görüşdə tərəflər Ukrayna müharibəsinin həlli ilə bağlı birbaşa və qarşılıqlı razılaşma formatında irəliləmək barədə razılığa gəlmişdilər.
"Tramp Ukrayna münaqişəsinin həllinə dair təklif irəli sürdü və biz bunu qəbul etdik. Razılaşma ‘üz-üzə’ formatda aparılmalı idi", - deyə Lavrov bildirib.
Lakin onun sözlərinə görə, real vəziyyət fərqlidir. Lavrov iddia edib ki, ABŞ yeni sanksiyalar tətbiq edir, Rusiya neftinin daşınmasına maneələr yaradır və bəzi ölkələrə Moskva ilə enerji əməkdaşlığından çəkinmək üçün təzyiq göstərir.
Lavrov əlavə edib ki, Rusiya üçün əsas əhəmiyyət daşıyan məqam ABŞ-ın mövqeyidir, Avropa ölkələrinin və Ukraynanın yanaşması isə ikinci plandadır.
Məqalədə qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski Tramp administrasiyasının iyun ayına qədər sülh razılaşmasına nail olmaq istədiyini açıqlayıb. Zelenskinin sözlərinə görə, razılıq əldə olunmasa, ABŞ hər iki tərəfə təzyiq mexanizmlərini gücləndirə bilər.
Xəbərdə bildirilir ki, növbəti danışıqların ABŞ-da, ehtimal ki, Mayami şəhərində keçirilməsi planlaşdırılır və Ukrayna bu prosesdə iştirak etməyə hazırdır.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 799 Tarix: 09 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 322 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 249 ABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 130 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 258 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 311 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
13:20 27 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 131