Qlobal qiymət artımı duru yağ bazarına necə təsir edir?

Qlobal qiymət artımı duru yağ bazarına necə təsir edir?"Azərbaycanda duru yağın faktiki istehsalı demək olar ki, mövcud deyil. Yerli brend adı altında satışa çıxarılan duru yağ məhsullarının yalnız qablaşdırma mərhələsi ölkə daxilində həyata keçirilir. Xammal isə tam şəkildə xaricdən idxal olunur".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib.

O, qeyd edib ki, bunun əsas səbəbi ölkədə geniş miqyaslı qarğıdalı və günəbaxan əkin sahələrinin olmamasıdır. Yerli şirkətlər duru yağı böyük həcmdə xaricdən alaraq, onu öz brendləri altında qablaşdırır və daxili bazara təqdim edirlər. Bu baxımdan, duru yağ Azərbaycana tam idxal əsasında daxil olan məhsul hesab olunur:

"İdxaldan asılılıq isə qlobal bazarlarda baş verən dəyişikliklərin birbaşa ölkə iqtisadiyyatına və daxili qiymətlərə təsir göstərməsinə səbəb olur. Belə ki, ötən illə müqayisədə dünya üzrə əmtəə və ərzaq qiymətləri orta hesabla 17 faiz artıb. Bu artım duru yağ bazarında da özünü göstərib və məhsulun qiyməti ötən ilə nisbətən kəskin bahalaşıb.

Son iki ay ərzində isə günəbaxan yağının dünya bazarında müəyyən ucuzlaşma müşahidə olunur. Lakin bu azalma əhəmiyyətli olmadığı üçün daxili bazarda qiymətlərdə ciddi dəyişiklik hiss edilmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 09 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

10:37 164
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

13:40 163
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

00:33 596
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

00:31 585
.

HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir

Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl

12:55 207
.

İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib

İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə

13:10 157
.

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının milli arzu olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, İ.Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi tədbirində çıxışı zamanı deyib ki, hökumət ərazi bütövlüyünün bərpasın

10:00 155
.

Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı

İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd

11:45 173
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

10:35 164
.