Azərbaycan mətbuatında köşə yazıları və araşdırma məqalələrinin sayı azalır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycan mətbuatında köşə yazıları və araşdırma məqalələrinin sayı azalır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMASon dövrlərdə Azərbaycanda xəbər saytlarında və qəzetlərdə köşə yazıları, araşdırma məqalələri və dərin reportajların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Əvvəllər oxucular gündəlik xəbərlərlə yanaşı, uzunmüddətli araşdırmalar, analitik yazılar və fərqli mövzularda köşə yazıları ilə daha geniş məlumat alırdılar. Hazırda isə media məkanında daha çox qısa xəbərlər və informasiya tipli materiallar üstünlük təşkil edir. Bu tendensiya oxucuların informasiya alma vərdişlərinə də təsir göstərir və jurnalistikada müxtəlif mövzularda dərin təhlil imkanlarını məhdudlaşdırır.
Azərbaycan mətbuatında köşə yazıları və araşdırma məqalələrinin sayı azalır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, bu sual məni də düşündürür və açığı, cavabı bir cümləlik deyil. Onun sözlərinə görə, son dövrlər Azərbaycan mediasında köşə yazılarının azalması təsadüfi proses deyil, bu, media mühitinin ümumi transformasiyasının nəticəsidir: "Əvvəllər köşə yazısı redaksiyanın "ürəyi" idi. Oxucu xəbəri hər yerdən tapa bilərdi, amma mövqeni, şərhi, hadisələrin arxa planını məhz köşə yazısından oxuyurdu. Bu gün isə media daha çox operativliyə köklənib. Xəbəri birinci vermək, klik toplamaq, sosial şəbəkədə paylaşılmaq əsas hədəfə çevrilib. Köşə yazısı isə vaxt istəyir, düşüncə istəyir, məsuliyyət tələb edir. Bu tempdə redaksiyalar çox vaxt belə mətnlərə resurs ayırmırlar.

Digər tərəfdən, köşə yazısı jurnalistin şəxsi mövqeyidir. Şəxsi mövqe isə həmişə riskdir. Rezonans yarada bilər, narazılıq doğura bilər, müzakirə açar. Bir çox media qurumu bu riskləri gözə almaqdansa, rəsmi, neytral, şərhsiz informasiyanı seçir. Nəticədə media təhlükəsiz, amma bir qədər də ruhsuz görünməyə başlayır.

Bir məsələ də var ki, köşə yazarı institutu zəifləyib. Vaxtilə oxucu qəzet və saytı müəllifinə görə açırdı. Bu gün jurnalist brendi formalaşmır, gənc jurnalistlər əsasən xəbər yazmağa yönləndirilir, fikir yazısı üçün nə stimul var, nə də ciddi redaksiya dəstəyi. Üstəlik, bir çox jurnalist öz mövqeyini artıq mediada yox, sosial şəbəkələrdə paylaşmağa üstünlük verir. Facebook statusu, Telegram postu köşə yazısını əvəz edir, amma peşəkar redaktəsiz və məsuliyyətsiz formada.

Oxucu davranışı da dəyişib. Uzun, düşüncəli mətn oxumağa səbr azalıb. Halbuki köşə yazısı məhz düşünmək, sual vermək, mövqe formalaşdırmaq üçündür. Bu janr tələskən oxucu üçün yox, düşünən cəmiyyət üçündür.

Bütün bunlara baxmayaraq, mən hesab edirəm ki, köşə yazısı jurnalistikanın ən vacib janrlarından biri olaraq qalır. Xəbər informasiyadır, köşə yazısı isə mənadır. Media yalnız nə baş verdiyini deməklə kifayətlənməməlidir, niyə baş verdiyini və bunun cəmiyyət üçün nə demək olduğunu da izah etməlidir. Bu funksiyanı köşə yazısı yerinə yetirir.

Köşə yazıları yoxdursa, media sadəcə informasiya ötürücüsünə çevrilir. Köşə yazısı olan media isə düşünən, sorğulayan, ictimai rəyə təsir edən mediadır. Ona görə də bu janrın azalması media üçün yoxsullaşma deməkdir və gec-tez peşəkar jurnalistika bu boşluğu yenidən doldurmaq məcburiyyətində qalacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 774   Tarix: 09 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 322
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 249
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14.11.2026 311
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.