ABŞ Cənubi Qafqaza qayıdır: Vensin Bakı və İrəvan gündəliyi

ABŞ Cənubi Qafqaza qayıdır: Vensin Bakı və İrəvan gündəliyi"ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfəri bir sıra mühüm məqamlarla diqqət çəkir.

İlk növbədə qeyd etmək lazımdır ki, ABŞ-ın regiona son yüksək səviyyəli səfəri 2008-ci ildə dövrün vitse-prezidenti Dik Çeyninin gəlişi olub. Həmin dövrdən sonra Vaşinqton Cənubi Qafqaza birbaşa deyil, daha çox Gürcüstan və Türkiyə üzərindən baxıb, prosesləri dolayısı ilə izləyib. Bu mənada Ceyms Devid Vensin səfəri ABŞ-ın regiona yanaşmasında və maraqlarını təmin etmə üsullarında dəyişiklik baş verdiyini göstərir. Vaşinqton artıq Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda mövqeləri birbaşa təmaslar vasitəsilə öyrənməyə və təsir imkanlarını bərpa etməyə çalışır".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, fikrimcə, səfər bir neçə əsas faktorla bağlıdır. İlk növbədə ABŞ-İran gərginliyinin artması diqqətdən kənarda qalmamalıdır. Vaşinqton mümkün böhran ssenariləri fonunda region ölkələrinin, xüsusilə Azərbaycanın və Ermənistanın hansı mövqe tutacağını, hansı davranış modellərini seçəcəyini aydınlaşdırmağa çalışır. Burada məqsəd konkret hərbi razılaşmalardan daha çox siyasi mövqelərin, qırmızı xətlərin və mümkün reaksiyaların ölçülməsidir:
ABŞ Cənubi Qafqaza qayıdır: Vensin Bakı və İrəvan gündəliyi"Azərbaycan nə İrana qarşı hərbi müdaxilədə, nə də ümumilikdə Tehranın siyasi xaosa sürüklənməsində maraqlıdır. Vaxtaşırı Bakı-Tehran münasibətlərində gərginliklər yaşansa da, Azərbaycan rəhbərliyi İran ətrafında yarana biləcək mümkün böhranın region üçün ağır nəticələr doğuracağını yaxşı anlayır. Xüsusilə miqrant axını, sərhəd təhlükəsizliyi və regional sabitliyin pozulması riskləri Bakı üçün ciddi təhlükə mənbəyi hesab olunur. Bu səbəbdən Azərbaycan mövqeyini əvvəlcədən dəqiq və qəti şəkildə formalaşdırmağa çalışır.

Ermənistana gəlincə, İrəvanın da İranla münasibətlərin kəskin şəkildə pozulmasında maraqlı olmadığı aydın görünür. Bununla belə, Bakıdan fərqli olaraq, Ermənistan üçün ölkə ərazilərinin üçüncü dövlətlər tərəfindən istifadəsi və ya xarici hərbi qüvvələrin yerləşdirilməsi presedentsiz hal deyil. Ancaq mövcud geosiyasi şəraitdə, xüsusilə İran ətrafında risklərin artdığı bir mərhələdə, İrəvanın da kəskin və radikal addımlar atacağı inandırıcı görünmür.

Səfərin ikinci mühüm istiqaməti Ermənistan-Azərbaycan sülh sazişi ilə bağlıdır. Məlum olduğu kimi, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında sülh sazişi paraflanıb, eyni zamanda TRİP dəhlizi ilə bağlı razılıq əldə olunub. Hazırkı mərhələdə Vaşinqton tərəflərin mövqelərini dəqiqləşdirmək, sülh prosesinin gələcək perspektivlərini və yekun nəticələrini qiymətləndirmək niyyətindədir.

Sülh sazişinin imzalanması üçün bir sıra siyasi şərtlərin yerinə yetirilməsi vacibdir. Xüsusilə Ermənistan üçün konstitusiya dəyişiklikləri və seçki prosesinin tamamlanması həlledici amillər sırasındadır. Bu isə göstərir ki, mövcud həssas dövrdə İrəvan üçün sülh sazişinin sürətli şəkildə imzalanması asan proses deyil.

Bununla yanaşı, istisna deyil ki, Bakı da sülh sazişi çərçivəsində müəyyən hüquqi və institusional islahatları nəzərdən keçirsin. Bütün bu parametrlərin dəqiq müəyyən edilməsi və tərəflərin hazırkı mövqelərinin qiymətləndirilməsi baxımından Vaşinqtonun müşahidəçi və koordinasiyaedici rolu xüsusi əhəmiyyət daşıyır. Vensin səfəri bu kontekstdə ABŞ-ın sülh prosesinə real təsir imkanlarını ölçmək məqsədi də daşıyır.

Səfərin üçüncü əsas istiqaməti regional əməkdaşlıq və strateji qarşılıqlı münasibətlərlə bağlıdır. Ermənistan üçün prioritet mövzulardan biri Metsamor Atom Elektrik Stansiyasının yenilənməsi və yeni enerji layihələrinin icrasıdır. Bu layihələr İrəvanın enerji təhlükəsizliyi və iqtisadi potensialı baxımından strateji əhəmiyyətə malikdir.

Azərbaycanla münasibətlərdə isə əsas diqqət hərbi əməkdaşlıq və təhlükəsizlik sahəsinə yönəlib. Bu çərçivədə mövcud mexanizmlərin gücləndirilməsi, birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi kimi məsələlər müzakirə mövzusu ola bilər.

TRİP dəhlizinin açılması isə regional əməkdaşlığın həm iqtisadi, həm də logistika aspektlərini əhatə edən mühüm addım kimi qiymətləndirilir. Dəhlizin fəaliyyətə başlamasından sonra nəqliyyat və ticarət axınlarının idarə olunması, iştirakçı tərəflər arasında koordinasiya mexanizmlərinin necə işləyəcəyi əsas müzakirə mövzularından biri olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 887   Tarix: 09 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 322
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 249
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14.11.2026 311
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.