Bu məlumatları yayanlar məsuliyyət daşıyacaq

Bu məlumatları yayanlar məsuliyyət daşıyacaqAli Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" yeni Plenum qərarı qəbul edib və məhkəmə təcrübəsinə bir sıra yeniliklər gətirib.

BiG.AZ xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürülüb, məlumatın həqiqi olduğu ortaya çıxdıqda isə iddialar təmin olunmayıb. Halbuki, şəxsin barəsində doğru məlumatların öz razılığı olmadan yayılması da qanun pozuntusudur.

Bu hal konstitusion səviyyədə qorunan şəxsi toxunulmazlıq hüququna müdaxilədir və bu hüququ pozulan hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola, həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini, belə məlumatların çıxarılmasını (ləğv edilməsi), ona dəymiş mənəvi zərərin ödənilməsini və s. tələb edə bilər.

Ali Məhkəmə yeni qərarı ilə bu hüququ şərəf və ləyaqətin müdafiəsi hüququndan fərqləndirib və xüsusi olaraq qeyd edib ki, şəxsi toxunulmazlıq hüququ konstitusion mənada şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını nəzərdə tutmaqla, hər bir şəxsin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir.

Ali Məhkəmə qərarında şəxsi toxunulmazlıq hüququnun mühüm institutu olan, lakin bu vaxtadək məhkəmə mübahisələrinin içində digərlərinə nisbətən müdafiədən kənarda qalan şəxsi və ailə həyatına hörmət hüququnu geniş şərh edərək ön plana çıxarıb.

Şəxsi və ailə həyatına hörmət hüququ - şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından mühafizə olunmaq hüququdur. Şəxs öldükdə belə bu hüquq vərəsələri tərəfindən müdafiə oluna bilər.

Qanun təkcə şəxsi və ailə həyatına dair məlumatları qorumaqla kifayətlənmir, şəxsin mənzili, avtomobili, xidməti otağı, ləvazimatları, habelə şəxsi xüsusiyyətə malik digər əşyaları, ona məxsus heyvanları, bitkiləri və digər obyektləri də qoruyur.

Şəxs barəsində tibbi məlumatlar, maliyyə və əmlak vəziyyəti ilə bağlı məlumatlar, şəxsi yazışmaları, keçmişi ilə bağlı və digər şəxsi sirr təşkil edən məlumatlar, ünvanı, ailə vəziyyəti, boyu, yaşı, cinsi, ər-arvad arasındakı şəxsi münasibətləri (emosional, cinsi və s.), ailədaxili davranışlar, boşanma səbəbləri, uşaqların mənşəyi və sağlamlıq vəziyyətləri, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatların şəxsin öz razılığı və ya heç bir qanuni əsas olmadan toplanması, saxlanması, istifadəsi və yayılması, pis niyyətlə şəxsin özünə bildirilməsi qadağandır və mülki məsuliyyətə səbəb olur.

Məqsədli şəkildə və aktiv hərəkətlərlə, heç bir qanuni əsas olmadan, özbaşına kiminsə barəsində məlumat toplamaq qadağandır.

Məsələn, bir şəxs öz maraqları naminə digər şəxs barədə məlumat əldə etmək üçün məxfi məlumatların saxlandığı informasiya bazasına daxil olaraq həmin şəxsə aid fərdi məlumatları toplayırsa bu hərəkət qanunsuz sayılır və mülki məsuliyyətə səbəb olur. Lakin məlumatlar şəxsə özü istəmədən, təsadüfən məlum olarsa, qanunsuz hesab olunmayacaq, bu şərtlə ki, onu aid olduğu şəxsin əleyhinə istifadə etməsin, yaymasın. Məsələn, eyni modeldən olan mobil telefonların dəyişik düşməsi nəticəsində telefonu səhvən əldə edən şəxs onu açarkən təsadüfən şəxsi sirr təşkil edən fotoşəkil və ya yazışmanı görür, bu şəxs gördüklərini istifadə etməsə və ya yaymasa heç bir məsuliyyət daşımayacaq.

Şəxsi və ailə sirri məlumatları aid olduğu şəxslərin razılığı olmadan yaymaq qadağandır. Xüsusilə televiziya və ya radio proqramlarında, sosial şəbəkələrdə və s. kütləvi üsullarla bildirilməsi yayılmanın kütləviliyi baxımından daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər. Yayılma audio-videoyazı yolu ilə edilmişsə, onu yayan şəxslə yanaşı media subyekti birmənalı olaraq şəxsi və ailə həyatına hörmət hüququnun pozulması ilə bağlı məsuliyyət daşıyacaq.

Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı halda, mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarda media subyektləri canlı efirə çıxacaq şəxsləri səsləndirdikləri məlumatlara və davranışlara görə insanların şəxsi və ailə həyatına hörmət hüququnun pozulması baxımından məsuliyyət daşıyacaqları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etməlidirlər, əks halda baş vermiş pozuntulara görə media orqanı özü də məsuliyyət daşıyacaq.

Şəxs əldə etdiyi məlumatı təkbətək şəkildə ona aid olan şəxsə ələ salaraq, lağ edərək, alçaldaraq, nüfuzdan salaraq və s. bu kimi aşağılayıcı məqsədlərlə, pis niyyətlərlə bildirərsə, şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qəbul edilməklə mənəvi zərər əsası yaradacaq. Məsələn, sağlamlıq vəziyyəti, fiziki çatışmazlığı, nikahdan kənar uşağının olması, nikahdankənar münasibətləri barədə həqiqi məlumatların (yazışmaların, foto, video və qanunla qorunan digər fərdi məlumatlar) özünə pis niyyətlə bildirilməsi.

Bundan başqa Ali Məhkəmə yeni qərarla şəxsin mənzilinə, işçiyə ayrılmış xidməti otağa, rəflərinə, iş masasına, kompüterinə, şəxsin çantasına, cibinə onun razılığı, habelə müvafiq qanuni əsas olmadan daxil olmanı da şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirib. Plenum qərarından sonra artıq şəxsin heyvanlarına, bitkilərinə zərər vurması da mənəvi zərər əsası kimi qəbul edilə biləcək.

Bu hüquqların pozulması cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq, mülki məsuliyyətə səbəb olacaq.

Şəxsi və ailə sirri təşkil edən məlumatları yaymış şəxslərlə bərabər bu məlumatın saxlanılmasına məsul olan şəxslər, qurumlar, idarə və müəssisələr, iş yerlərinin kadrlar sistemində mövcud olan işçilərə (digər əsasla xidmət göstərən şəxslərə) dair məlumatları və insan resurslarını idarə edən məsul şəxslər, işəgötürənlər, klinikalar, mobil operator şəbəkələri, banklar və vətəndaşlara xidmət göstərən digər müəssisələr, dövlət orqanları, sosial şəbəkə platformaları, hüquqi və fiziki şəxslər də məlumatların qanunazidd şəkildə kənar şəxslərə əlçatanlığını təmin edən şəxs kimi məsuliyyət daşıyacaqlar.

Çünki, onlar göstərdikləri xidmətlə bağlı özlərində (informasiya sistemlərində) olan fərdi məlumatları qorumağa borcludurlar, həmin məlumatların yayılmamasına, habelə şəxsin razılığı və ya qanuni əsaslar olmadan onun elektron hökumət portalında mövcud olan baza məlumatlarına daxil olunmamasına məsuldurlar, göstərilənlərin əksi şəxsi toxunulmazlıq hüququna müdaxilə hesab edilir.

Belə məlumatların yayılmasına şəxsin öz razılığı varsa, mülki məsuliyyət yaranmır. Razılıq açıq şəkildə ifadə edilməli, qanuna və ya əxlaqa zidd olmamalıdır. Şəxs öz razılığını həm yazılı, həm də şifahi formada verə, yaxud davranışı ilə və ya susaraq göstərə bilər. Məsələn, şəxs sosial şəbəkədə onun barəsində razılığı alınmadan edilmiş paylaşımı bəyənib və altından pozitiv rəy yazıbsa, razılıq vermiş hesab olunur.

Bundan başqa, məlumatlar ictimaiyyətə açıq olubsa və ya şəxsin özü onu ictimaiyyətə açıqlayıbsa, buna görə heç kəs məsuliyyət daşımır. Məsələn, bir şəxs internet resursunda əlaqə məlumatlarını, həyatını, xəstəliyini, gördüyü işləri, iş ortaqlarını və sairi paylaşırsa, bu şəxsin özünün həmin məlumatları ictimaiyyətə açıqlaması hesab edilir. Bu məlumatların sonradan başqa şəxslər tərəfindən olduğu kimi yayılması mülki məsuliyyət yaratmır.

Dövlət orqanlarının və digər şəxslərin şəxsi və ailə sirri təşkil edən məlumatları yayması qanunla müəyyən edilmiş hallarda mümkündür. Məsələn, axtarışda olan şəxsin tapılması məqsədi ilə hüquq mühafizə orqanlarının şəxsin fotoşəkli, geyimi, boyu, yaşı cinsi və sair məlumatı paylaşması pozuntu hesab edilmir.

Yayılmış məlumatlar cəmiyyətin maraq dairəsindədirsə, bu da mülki hüquq pozuntusu hesab edilmir. Publik şəxslərin davranışları, qərarları və fəaliyyəti cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsir etdiyindən onların şəxsi həyatı da ictimai nəzarətə açıq olmalıdır.

Bu zaman yayılma ictimai marağı aşmamalıdır. Məsələn, jurnalist yerli özünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyən lüks mənzil və avtomobillərə sahib olması, habelə uşağının anadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir. Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar şəxsi məlumat olsa da, cəmiyyətin legitim maraq dairəsinə daxildir, bu məlumatın yayılması pozuntu hesab edilə bilməz. Lakin, uşağın fiziki qüsurlu olması ilə bağlı məlumatlar şəxsi və ailə həyatına hüquqazidd müdaxilə hesab olunacaq, çünki, həmin şəxsin publik vəzifələrinin icrası baxımından hər hansı ictimai maraq kəsb etmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 817   Tarix: 09 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 322
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 249
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14.11.2026 311
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.