Portağal tələbatı artır, yerli istehsal isə yerində sayır: Niyə idxaldan asılıyıq?

Portağal tələbatı artır, yerli istehsal isə yerində sayır: Niyə idxaldan asılıyıq?Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 12,13 milyon ABŞ dolları dəyərində 14 min 539 ton portağal idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 faiz, kəmiyyət baxımından isə 22 faiz çoxdur. Hesabat dövründə Azərbaycan İrandan 7,56 milyon dolları dəyərində 10 min 80 ton portağal idxal edib ki, bu da əvvəlki illə müqayisədə dəyər baxımından 21 faiz, kəmiyyət baxımından isə 27 faiz azalma deməkdir. Cənubi Afrika Respublikasından idxal dəyər ifadəsində 68 faiz artaraq 2,1 milyon dollara, kəmiyyət baxımından isə 65 faiz artaraq 1 min 856 tona çatıb. Misirdən idxalın dəyəri 13 faiz artaraq 1,78 milyon dollar təşkil etsə də, kəmiyyət baxımından 11 faiz azalaraq 1 min 615 ton olub. Türkiyədən portağal idxalı həm dəyər, həm də kəmiyyət baxımından 41 faiz azalaraq müvafiq olaraq 684,52 min dollar və 977,4 ton təşkil edib. Çindən idxal isə dəyər ifadəsində 20 dəfə, kəmiyyət baxımından 267 dəfə artıb və faktiki həcm cəmi 5,33 ton olub. Ümumilikdə 2024-cü ildə Azərbaycana idxal edilmiş 23,2 min ton portağalın 74,6 faizi İranın payına düşüb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Portağal tələbatı artır, yerli istehsal isə yerində sayır: Niyə idxaldan asılıyıq?

Niyə idxaldan asılıyıq?

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, portağal idxalının artımına daxili istehlakın artması, əhalinin sağlam qidalanmaya marağının yüksəlməsi, sitrus meyvələrinin ilboyu tələbat məhsuluna çevrilməsi, yerli istehsalın mövsümi və məhdud olması, eləcə də saxlama və logistika infrastrukturunun zəifliyi ilə bağlıdır. Bəzi hallarda idxal məhsullarının yerli məhsuldan daha ucuz başa gəlməsi də bazarda idxala üstünlük verilməsinə səbəb olur: "Portağal idxalının əsas hissəsi ənənəvi olaraq İranın payına düşür. İrandan idxal olunan məhsulun həcmi əvvəlki ilə nisbətən 27 faiz azalsa da, bu ölkə hələ də Azərbaycanın portağal bazarında əsas təchizatçı mövqeyini qoruyur. Bu da bazar təhlükəsizliyi baxımından riskli hesab olunur. İdxal strukturunda diqqətçəkən dəyişikliklərdən biri Cənubi Afrika Respublikasından portağal idxalının kəskin artmasıdır. Artım əsasən mövsümi amillərlə izah olunur. Cənubi yarımkürədə portağalın yığım dövrü Azərbaycanın bazarda istehlakın yüksəldiyi vaxtla üst-üstə düşür. Bundan əlavə, Cənubi Afrika məhsullarının keyfiyyəti və uzunməsafəli daşınmalara davamlılığı idxalçıların bu bazara marağını artırır. Misirdən portağal idxalı dəyər baxımından artsa da, kəmiyyət baxımından azalıb ki, bu da məhsulun orta qiymətinin yüksəlməsi və daha keyfiyyətli sortlara üstünlük verilməsi ilə əlaqələndirilir. Türkiyədən idxalın həm həcm, həm də dəyər baxımından azalması isə bu ölkədə daxili tələbatın artması, istehsal xərclərinin yüksəlməsi və ixracın alternativ bazarlara yönəldilməsi ilə izah olunur. Statistikada ən çox diqqət çəkən məqamlardan biri Çindən portağal idxalının 267 dəfə artmasıdır. Lakin bu göstərici ilk baxışda böyük artım təsiri bağışlasa da, faktiki həcm cəmi 5,33 ton təşkil edir. Bu artım əsasən sınaq xarakterli idxal, spesifik sortlara maraq və alternativ təchizat mənbələrinin test edilməsi ilə bağlıdır. Praktik baxımdan Çin hələlik Azərbaycan üçün portağal bazarında ciddi paya malik deyil".

Portağal tələbatı artır, yerli istehsal isə yerində sayır: Niyə idxaldan asılıyıq?

"Daxili istehsal ümumi tələbatın 20 faizini ödəyir"

N.Əzizlinin fikrincə, hazırkı şəraitdə Azərbaycanda portağal üzrə daxili istehsal ümumi tələbatın təxminən 20 faizini ödəyə bilir: "Portağal əsasən Lənkəran-Astara bölgəsində yetişdirilsə də, əkin sahələrinin məhdudluğu, intensiv bağçılıq texnologiyalarının zəif tətbiqi və məhsuldarlığın aşağı olması istehsalın genişlənməsinə mane olur. Bu isə bazarda idxaldan asılılığı artırır. İdxalın artması yerli fermerlər üçün də müəyyən risklər yaradır. Ucuz idxal məhsulları ilə rəqabət aparmaq çətinləşir, bazara çıxış imkanları məhdudlaşır və istehsalın gəlirliliyi azalır. Xüsusilə subsidiya mexanizmləri və bazarın qorunması yetərli olmazsa, bu, fermerlərin sitrusçuluğa marağının azalmasına səbəb ola bilər. Azərbaycanın cənub bölgələri portağal istehsalı üçün nisbətən əlverişli iqlim və torpaq şəraitinə malikdir. Lakin şaxta riski, torpaq duzluluğu, yüksək rütubət və xəstəliklər bu sahəni riskli edir. Bu səbəbdən portağal istehsalı yüksək texnologiyaların tətbiqini, elmi yanaşmanı və sığorta mexanizmlərini tələb edir".

Portağal tələbatı artır, yerli istehsal isə yerində sayır: Niyə idxaldan asılıyıq?

"Portağala tələbat artıb"

İqtisadçı-ekspert Asif İbrahimov da düşünür ki, əvvəllər portağal hər evdə geniş istifadə olunan məhsul olmasa da, hazırda ona olan tələbat artıb. Bu, həm də meyvə şirələrinin hazırlanmasında portağaldan daha çox istifadə olunması ilə bağlıdır. Bu səbəbdən idxal qaçılmazdır: "Portağal tez xarab olan məhsul olduğu üçün çəki itirmə və quruma riski yüksəkdir. Yaxın məsafə logistika baxımından İranı əsas təchizatçıya çevirir və bazarın təxminən 70-80 faizi bu ölkənin payına düşür. İranda hər hansı problem yarandıqda isə idxalçılar alternativ ölkələrə üz tuturlar. Dünya üzrə əsas portağal ixracatçıları Misir və Cənubi Afrika Respublikasıdır. Bu ölkələrin məhsulları həm görünüş, həm də qiymət baxımından rəqabətqabiliyyətli sayılır".

A.İbrahimov bildirib ki, sitrus meyvələri ölkəmizdə əsasən cənub bölgəsində yetişdirilir. Həmin ərazilərdə daha çox mandarin, feyxoa, limon və çay plantasiyalarına üstünlük verilir:

Portağal tələbatı artır, yerli istehsal isə yerində sayır: Niyə idxaldan asılıyıq?

"Portağal istehsalının geniş yayılmamasının əsas səbəbi torpaq sahələrinin məhdudluğu və məhsulun gec bar verməsidir. Belə ki, portağal ağacı 4-6 ildən sonra məhsul verir və bu da fermer üçün iqtisadi baxımdan sərfəli hesab olunmur. Buna görə də fermerlər daha tez gəlir gətirən məhsullara, məsələn, limona üstünlük verirlər. Bu səbəblərdən dövlət dəstəyi olsa belə, yaxın perspektivdə portağal üzrə daxili istehsalın kəskin şəkildə artması real görünmür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 785   Tarix: 08 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 322
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 447
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 301
.