Pekin Trampı Çinə səfərini ləğv etməklə hədələdi
Çin Vaşinqtonun Tayvana yeni silah partiyasının satışını davam etdirəcəyi təqdirdə ABŞ Prezidenti Donald Trampın aprel ayında Pekinə planlaşdırılan səfərini ləğv edə bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" nəşri mənbələrə istinadən məlumat verib.
Mənbələrin məlumatına görə, bəzi ABŞ rəsmiləri hesab edirlər ki, Çin blef edir və Trampın səfəri ləğv olunmayacaq.
Eyni zamanda, bəzi ekspertlərin fikrincə, Tramp Çindən qayıdana qədər Tayvana silah satışını təxirə salacaq.
* ABŞ Çini gizli nüvə sınağı keçirməkdə ittiham edib
"Financial Times" yazıb ki, Tramp administrasiyası dekabr ayında açıqlanan rekord 11.1 milyard dollarlıq silah paketinə əlavə olaraq, Tayvanın satın alması üçün dörd sistemdən ibarət paket hazırlayır. Tayvan "Patriot" raketlərindən əlavə, ABŞ-dən "NASAMs" zenit-raket kompleksi, qabaqcıl "yer-hava" sinifli raketi və iki digər silah sistemini ala bilər. Bir neçə məlumatlı mənbə nəşrə bildirib ki, müqavilənin dəyəri 20 milyard dollara çata bilər.
Qeyd edək ki, Çin Sədri Si Cinpin fevralın 4-də Trampla telefon danışığı zamanı Tayvana silah satışı məsələsini qaldırıb.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin vurğulayıb ki, ABŞ Tayvana silah satışı məsələsinə ehtiyatla yanaşmalıdır.
Xatırladaq ki, dekabrın əvvəlində Tramp administrasiyası Tayvana 11 milyard dollar dəyərində silah satışını elan edib. Paketə "HIMARS" yaylım atəşli reaktiv qurğular, haubitsalar, tank əleyhinə raketlər və hücum PUA-ları (Pilotsuz Uçuş Aparatları - dron) daxildir.
Buna cavab olaraq, Çin hakimiyyəti ABŞ-nin müdafiə sahəsi ilə bağlı 20 şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər elan edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 931 Tarix: 07 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
13:20 27 ABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 130 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 322 TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 447 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 301