Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?

Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı bir sıra ölkələr ciddi qərarlar qəbul etməyə başlayıb. Bu istiqamətdə qanunvericilik səviyyəsində ilk addımı Avstraliya atıb. Fransa da analoji qərar verməyə hazırlaşır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İnternet və sosial media olmadan müasir dünyanı təsəvvür etmək mümkün deyil. Lakin bu resurslar rahat və əlçatan olsa da, xüsusilə yetkinlik yaşına çatmayanlar üçün ciddi risklər də daşıyır. Virtual dünya uşaq və yeniyetmələrə xüsusilə güclü təsir göstərir. Gec də olsa, artıq dünya ölkələri həyəcan təbili çalmağa başlayıb.

Qadağanı dəstəkləyən ilk Avropa ölkəsi

Fransada 15 yaşdan kiçik bütün yetkinlik yaşına çatmayanların sosial mediaya girişini qadağan edən qanun layihəsi hazırlanıb. Layihə Assambleyada təsdiqləndikdən sonra Senat (Fransa parlamentinin yuxarı palatası) tərəfindən nəzərdən keçiriləcək və Prezident Emmanuel Makron tərəfindən imzalanacaq. Bunun 1 sentyabr 2026-cı ildə baş verəcəyi gözlənilir. Nəhayət qəbul edilərsə, Fransa sosial mediaya giriş üçün yaş həddi müəyyən edən ilk Avropa ölkəsi olacaq. Hansı platformaların məhdudiyyətlərə məruz qalacağı hələ dəqiqləşdirilməyib, lakin məlumdur ki, qanun layihəsi təhsil resurslarına və "Vikipediya" kimi onlayn ensiklopediyalara təsir göstərməyəcək. Digər məsələlərlə yanaşı, orta məktəbdə mobil telefonların istifadəsinin də qadağan edilməsi təklif edilir. Təşəbbüs Prezident Emmanuel Makron tərəfindən fəal şəkildə dəstəklənir. O bildirib ki, Fransa uşaqlarının beyinləri nə Amerika platformaları, nə də Çin alqoritmləri tərəfindən manipulyasiya edilməməlidir.

Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?

Hamı bu təşəbbüsü dəstəkləmir

Lakin hamı bu təşəbbüsü dəstəkləmir. Tənqidçilər qadağanı çox radikal adlandırır və bunun fərdi azadlığı poza biləcəyini, əsas problemləri həll etməyəcəyini iddia edirlər. Bəzi uşaqların müdafiəsi assosiasiyaları hesab edir ki, platformalar sadəcə girişi məhdudlaşdırmaq əvəzinə, istifadəçi təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır. Uşaqların psixi sağlamlığı ilə bağlı narahatlığın arxasında siyasi məsələlər də dayanır. Məsələn, sosial şəbəkələrin əksəriyyətinin xarici şirkətlərə məxsus olması. Onların əlində istifadəçilər haqqında böyük həcmdə məlumat, həmçinin insanın hansı məzmunlu materialları görəcəyinə təsir etmək imkanı var.

Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?

Məhdudiyyətlər bu ay təsdiqlənəcək?

Qanun layihəsinin müəlliflərindən biri, keçmiş baş nazir və prezidenti dəstəkləyən "Renessans" partiyasının baş katibi Qabriel Attal senatorların məhdudiyyətləri fevralın ortalarına qədər təsdiqləyəcəyinə ümid edir. Bu halda onlar yeni tədris ilinin əvvəlində - 1 sentyabrda qüvvəyə minəcək. Avropada ənənəvi olaraq bəzi platformaların Aİ-nin Rəqəmsal Xidmətlər Haqqında Qanununa (Digital Services Act, DSA) əməl etməkdən imtina etməsi də narazılıq doğurur. İlin əvvəlində "X" sosial şəbəkəsi ilə bağlı qalmaqal alovlanıb. Bu, orada generasiya edilmiş pornoqrafik məzmunlu şəkillərin, o cümlədən buna icazə verməyənlərin görünüşündən istifadə etməklə yaradılan təsvirlərin peyda olması ilə əlaqədar idi.

Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?

Qanun layihəsinin tənqidçisi, sol partiya "Təslim olmayan Fransa"dan olan parlament deputatı Arno Sen-Marten qadağanı "rəqəmsal paternalizmın bir forması" adlandırıb və bunun texnologiyaların mənfi təsirinə "həddindən artıq sadələşdirilmiş" reaksiya olduğunu qeyd edib.

Avstraliya nümunəsi

Qeyd edək ki, əslində Fransa Avstraliyanın nümunəsini götürüb. Avstraliya dünyada 16 yaşdan kiçik uşaqlara və yeniyetmələrə sosial mediadan istifadəni qadağan edən ilk ölkə olub. Məhdudiyyətlər 10 dekabr 2025-ci ildə qüvvəyə minib və 16 yanvar 2026-cı il tarixinə qədər İnternet Təhlükəsizliyi Komissarlığının ofisi platformaların 4.7 milyon yetkinlik yaşına çatmayan şəxsin hesabını blokladığını bildirib. Hakimiyyət orqanları dünyada 16 yaşdan kiçik istifadəçilər üçün onlayn platformalara qoyulan ilk qadağanı "qürur" adlandırır. İT nəhəngləri isə onun effektivliyinə şübhə ilə yanaşır. Məhdudiyyətlərdən təsirlənən məşhur platformalar arasında "Instagram", "Facebook", "TikTok", "YouTube", "Reddit", "Snapchat", "Threads", "Twitch", "X" və "Kick" var. Lakin zəif moderasiyaya görə tez-tez tənqidlərə baxmayaraq, "Roblox" kimi bəzi xidmətlər əlçatan olaraq qalır. Qanunun qüvvəyə minməsindən cəmi bir ay sonra media orqanları avstraliyalı yeniyetmələrin yeni qaydalara necə uyğunlaşdıqlarını anlamaq üçün sorğu keçiriblər və təsirin fərqli olduğunu aşkar etdilər.

Uşaqları təhdid edən qlobal təhlükə - Sosial şəbəkələr qadağan ediləcək?

Effektiv yaş yoxlama mexanizmi hazırlanır

Media məlumatlarına görə, Aİ səviyyəsində artıq effektiv yaş yoxlama mexanizminin hazırlanması üzərində iş aparılır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen daha əvvəl sosial şəbəkələrə giriş üçün ümumavropa minimum yaş həddinin tətbiq edilməsinin lehinə çıxış edib. Bununla yanaşı, o, mümkün nəticələrin ekspert qiymətləndirilməsinin zəruriliyini vurğulayıb. Avropa Komissiyasının rəsmi nümayəndəsi Tomas Renye bildirib ki, 2026-cı ilin əvvəlində uşaqların sosial şəbəkələrdən istifadəsi məsələləri üzrə məsləhət qrupunun yaradılması planlaşdırılır.

Dünyada daha hansı nümunələr var?

Yeri gəlmişkən, ABŞ-də federal qanun sosial media və onlayn xidmətlərə valideynlərin razılığı olmadan 13 yaşdan kiçik uşaqlardan şəxsi məlumatlar toplamağı qadağan edir. Praktikada bu o deməkdir ki, 13 yaşdan kiçik uşaqlar böyüklərin iştirakı olmadan rəsmi olaraq qeydiyyatdan keçə bilməzlər. Çində isə hakimiyyət orqanları smartfonlar və tətbiqlər üçün xüsusi "uşaq rejimi" tətbiq edib. Bu rejim uşaqların onlayn nə qədər vaxt keçirə biləcəyini, hansı xidmətlərə çıxışı olduğunu və cihazlarından hansı saatlarda istifadə edə biləcəklərini müəyyənləşdirir. Platformaların özləri də məhdudiyyətlər tətbiq edir: "TikTok", "Facebook", "Snapchat" da daxil olmaqla əsas sosial media və onlayn xidmətlər rəsmi olaraq yalnız 13 yaşından etibarən qeydiyyata icazə verir. Rusiyada hazırda uşaqların sosial mediaya çıxışına ciddi qadağa qoymaq planı yoxdur, lakin bu cür təşəbbüslər bəzən müzakirə olunur. Artıq Türkiyə hökuməti də uşaqları rəqəmsal və sosial media platformalarının potensial zərərlərindən qorumaq məqsədilə yeni müdafiə mexanizmi hazırlayır.

Belə görünür ki, Avstraliyada atılan addım və Fransada davam edən məhdudiyyətlər tək bir ölkənin qərarı yox, qlobal bir prosesin başlanğıcıdır. Artıq hər bir ölkə təhlükənin ciddiliyini başa düşür və profilaktik addımlar atmağa başlayır. Bu məhdudiyyətlər effektiv olacaqmı - bunu zaman göstərəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 611   Tarix: 07 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

17:10 100
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

10:35 160
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

13:00 158
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

00:31 576
.

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi

ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma

12:40 159
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

13:40 154
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

17:50 97
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsind

11:07 158
.

Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb

Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumat

18:24 7
.