Zavod çörəklərinə qatqı vurulur? - "1 gün qalanda qıcqırır"

Zavod çörəklərinə qatqı vurulur? - "1 gün qalanda qıcqırır"Zavod çörəklərinin bir çoxu evə gətirildikdən 1 gün sonra qıcqırmağa, kiflənməyə, boyatlamağa başlayır. Ondan fərqli olaraq, evdə sobada yaxud təndirdə bişirilən çörəklər isə qışda otaq temperaturunda günlərlə boyatlamadan qala bilir. Ara-sıra sosial şəbəkələrdə "çörəklərə qatqı maddəsi qatılır", "piylənməyə səbəb olur", "ölümcül fəsadlar yaradır" kimi çıxışlar da eşidirik.

Bəs görəsən, çörəklər hansı şəraitdə bişirilir? Nəyə görə zavod çörəkləri tez boyatlayır? Onlara həqiqətən də sağlamlıq üçün təhlükəli qatqı vurulurmu?

Qida Eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bəzi çörək sexləri vaxt qazanmaq üçün mayanı çox edib, acıtma prosesini qısaldırlar:
Zavod çörəklərinə qatqı vurulur? - "1 gün qalanda qıcqırır""Unun xammal kimi alınması və bişirilməsi çörəyin əsas şərti deyil. İlk növbədə o, laboratoriya keçməli, tərkibi yoxlanılmalı, dəmirin səviyyəsi ölçülməli, düşmə əmsalı müəyyən edilməlidir. Bu proseslərdən sonra unun bişirilməyə uyğunluğunu söyləmək olar. Uyğun olduğu halda o, çoxpilləli ələkdən keçirilərək fiziki çirklənmədən arındırılır. Hansısa metal, daş, taxta qırıntılarının çörəkdən çıxmaması üçün bu prosesin olması mütləqdir. Fiziki çirklənmədən arınan unun tərkibində oksigen artır. Bundan sonra un yoğrulma mərhələsinə gedir. Əgər çörək sexi onu ən az 3 saat fermentasiya edirsə, daha az miqdarda maya vururlar. Nəzərə almaq lazımdır ki, xəmirdə maya az olduqda, həzm sistemində problem olmur, ağırlıq yaratmır.

Xəmir yoğrulandan sonra fermentasiyaya yollanır (acıtma prosesi). Bu prosesdən ikinci dəfə yenidən yoğrulur və tərkibinə ələkdən keçirilmiş undan əlavə olunaraq, kündələnməyə göndərilir. Kündələr dinlənmə otağında 1 saata qədər mayalandıqdan sonra müəyyən dərəcələrdə sobaya daxil edilir. Bişirilən çörəklər daşıyıcı lent vasitəsi ilə avtomobillərə yüklənib, satışa çıxarılır.

Məsələ ondan ibarətdir ki, çox zaman sahibkarlar mayadan hədsiz istifadə edib, fermentasiya müddətini qısaldırlar. Bunun səbəbi də "vaxt udmaq"dır. 3 saata acıyan xəmirə çox maya qatıb, vaxtı 1 saata endirirlər. Bu zaman ya onun içi xəmir olur, ya kəsdikcə ovulur, ya da 1 gün qalandan sonra qıcqırır. Tövsiyə edirəm ki, kəsəndə məsamələri çox olan çörəkdən istehlak edilsin. Məsamələri olmayan çörəklərin mayası çox olur. 3 saat fermentasiyadan keçmiş, düzgün texnologiya ilə hazırlanıb, uyğun dərəcədə bişmiş çörəklər nə qıcqırır, nə də ki, ovulur".

Ekspert qeyd edib ki, çörəyə qatqı maddəsi qatılması iddiaları absurddur:

"Bəzi mütəxəssislər əsassız çıxışlarla müsahibə verib bildirirlər ki, çörəyin içərisinə "eco pan", "eco plus" kimi qatqı maddələr vurulur. Anlamaq lazımdır ki, xəmirə həmin əlavələr vurulsaydı, onun maya dəyəri yüksələrdi. Bu isə heç bir sahibkara sərf etmir. Uzağı şirin çörəkdə istifadə edərlər, onun da birinin qiyməti çörəkdən bahadır.

Tonlarla çörək bişirən sexə kilolarla "eco pan", "eco plus" lazımdır. Onların qiymətindən xəbəri olmayan, maya dəyərini hesablaya bilməyən, mühasibatlıq savadı olmayan mütəxəssislər nəyin içərisinə nəyin qatılması barədə danışıb, yalan informasiya verməsələr yaxşıdır. "Eco pan" bir çörəyə vurulsaydı, onu ən az 2 manata alardıq.

Çörəyə qatqı qatılır sözünü o qədər təkrarlayacaqlar ki, sahibkarlar bundan sonra qatqı istifadəsinə başlayacaq. Belə olduqda da, çörəyin qiyməti qalxacaq. Xarici ölkələrə məxsus çörəklərə vurulur, məsələn fransız bageti və ya batonu. Onlarda "eco pan", "eco plus" istifadə edilə bilər. Baxmaq lazımdır ki, o çörəklərlərlə zavod çörəklərinin qiymətindəki fərq necədir?!".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1225   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 269
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik

00:07 336
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 231
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 236
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14.11.2026 281
.