Yeni gömrük rəsmiləşdirilməsi gəlir - Xaricdən alış-veriş edənlərə XƏBƏRDARLIQ

Yeni gömrük rəsmiləşdirilməsi gəlir - Xaricdən alış-veriş edənlərə XƏBƏRDARLIQ2026-cı il iyunun 1-dən etibarən Azərbaycanda elektron gömrük xidmətlərindən istifadə qaydalarında əhəmiyyətli dəyişikliklər qüvvəyə minir. Yeni tələblərə əsasən, vətəndaşlar "SmartCustoms" və "e.customs.gov.az" sistemlərinə fərdi identifikasiya nömrəsi (FİN) və parol vasitəsilə daxil ola bilsələr də, "Elektron Ticarət Bəyannaməsi" xidmətindən yalnız "Asanİmza", "SİMA" və ya "myGov/QR" identifikasiya vasitələri ilə istifadə edə biləcəklər.

İndiyədək bəzi hallarda ayrı-ayrı şəxslər və şirkətlər başqasının adına məhsul sifariş edib gömrük rəsmiləşdirilməsini həyata keçirə bilirdilər. Yeni qaydalara görə isə yalnız sifarişi verən və məhsulun real alıcısı olan şəxs öz elektron identifikasiyası ilə bəyannaməni təsdiqləyə biləcək. Bu, elektron ticarətdə şəffaflığı artırmaqla yanaşı, kölgə mexanizmlərinin qarşısının alınmasına xidmət edəcək.

Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, yeni qayda daha çox yaşlı nəslə təsir göstərə bilər:
Yeni gömrük rəsmiləşdirilməsi gəlir - Xaricdən alış-veriş edənlərə XƏBƏRDARLIQ"Bu dəyişikliklər müəyyən çətinliklər yaradacaq və bu da xaricdən onlayn alış-verişin azalmasına təsir edə bilər. Xüsusən yaşlı nəsil üçün bu proseslər daha çətin olacaq. Gənclərin isə yeni tətbiqlər vasitəsilə sifariş verməkdə ciddi problemlə üzləşəcəyini düşünmürəm. Müəyyən problemlər ölkədən valyuta axınının və sifarişlərin azalmasına da qismən təsir göstərə bilər".

İqtisadçı qeyd edib ki, pərakəndə satışla məşğul olan şirkətlər onlayn platformalarla rəqabət aparmağı bacarmalıdır:

"Sifarişlərin bu qədər artmasının əsas səbəbi yerli pərakəndə satış mağazalarında qiymətlərin baha olmasıdır. İnsanlar xaricdən alış-verişi daha sərfəli hesab edirlər. Pərakəndə satışla məşğul olan şirkətlər anlamalıdırlar ki, artıq onlayn ticarət dövründə yaşayırıq və bu reallığa uyğunlaşmalı, onlayn platformalarla rəqabət aparmağı bacarmalıdırlar. Yəni məhdudiyyətlər tətbiq etməklə deyil, normal rəqabətli mühitdə fəaliyyət göstərməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1173   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 269
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik

00:07 336
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 231
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 236
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14.11.2026 281
.