Zavod çörəklərinə qatqı vurulur? - "1 gün qalanda qıcqırır"

Zavod çörəklərinə qatqı vurulur? - "1 gün qalanda qıcqırır"Zavod çörəklərinin bir çoxu evə gətirildikdən 1 gün sonra qıcqırmağa, kiflənməyə, boyatlamağa başlayır. Ondan fərqli olaraq, evdə sobada yaxud təndirdə bişirilən çörəklər isə qışda otaq temperaturunda günlərlə boyatlamadan qala bilir. Ara-sıra sosial şəbəkələrdə "çörəklərə qatqı maddəsi qatılır", "piylənməyə səbəb olur", "ölümcül fəsadlar yaradır" kimi çıxışlar da eşidirik.

Bəs görəsən, çörəklər hansı şəraitdə bişirilir? Nəyə görə zavod çörəkləri tez boyatlayır? Onlara həqiqətən də sağlamlıq üçün təhlükəli qatqı vurulurmu?

Qida Eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bəzi çörək sexləri vaxt qazanmaq üçün mayanı çox edib, qıcqırtma prosesini qısaldırlar:

"Unun xammal kimi alınması və bişirilməsi çörəyin əsas şərti deyil. İlk növbədə o, laboratoriya keçməli, tərkibi yoxlanılmalı, dəmirin səviyyəsi ölçülməli, bişmə əmsalı müəyyən edilməlidir. Bu proseslərdən sonra unun bişirilməyə uyğunluğunu söyləmək olar. Uyğun olduğu halda o, çoxpilləli ələkdən keçirilərək fiziki çirklənmədən arındırılır. Hansısa metal, daş, taxta qırıntılarının çörəkdən çıxmaması üçün bu prosesin olması mütləqdir. Fiziki çirklənmədən arınan unun tərkibində oksigen artır. Bundan sonra un yoğrulma mərhələsinə gedir. Əgər çörək sexi onu ən az 3 saat fermentasiya edirsə, daha az miqdarda maya vururlar. Nəzərə almaq lazımdır ki, xəmirdə maya az olduqda, həzm sistemində problem olmur, ağırlıq yaratmır.

Xəmir yoğrulandan sonra fermentasiyaya yollanır (qıcqırtma prosesi). Şişəndə ikinci dəfə yenidən yoğrulur və tərkibinə ələkdən keçirilmiş undan əlavə olunaraq, kündələnməyə göndərilir. Kündələr dinlənmə otağında 1 saata qədər mayalandıqdan sonra müəyyən dərəcələrdə sobaya daxil edilir. Bişirilən çörəklər daşıyıcı lent vasitəsi ilə avtomobillərə yüklənib, satışa çıxarılır.

Məsələ ondan ibarətdir ki, çox zaman sahibkarlar mayadan hədsiz istifadə edib, fermentasiya müddətini qısaldırlar. Bunun səbəbi də "vaxt udmaq"dır. 3 saata acıyan xəmirə çox maya qatıb, vaxtı 1 saata endirirlər. Bu zaman ya onun içi xəmir olur, ya kəsdikcə ovulur, ya da 1 gün qalandan sonra qıcqırır. Tövsiyə edirəm ki, kəsəndə məsamələri çox olan çörəkdən istehlak edilsin. Məsamələri olmayan çörəklərin mayası çox olur. 3 saat fermentasiyadan keçmiş, düzgün texnologiya ilə hazırlanıb, uyğun dərəcədə bişmiş çörəklər nə qıcqırır, nə də ki, ovulur".

Ekspert qeyd edib ki, çörəyə qatqı maddəsi qatılması iddiaları absurddur:

"Bəzi mütəxəssislər əsassız çıxışlarla müsahibə verib bildirirlər ki, çörəyin içərisinə "eco pan", "eco plus" kimi qatqı maddələr vurulur. Anlamaq lazımdır ki, xəmirə həmin əlavələr vurulsaydı, onun maya dəyəri yüksələrdi. Bu isə heç bir sahibkara sərf etmir. Uzağı şirin çörəkdə istifadə edərlər, onun da birinin qiyməti çörəkdən bahadır.

Tonlarla çörək bişirən sexə kilolarla "eco pan", "eco plus" lazımdır. Onların qiymətindən xəbəri olmayan, maya dəyərini hesablaya bilməyən, mühasibatlıq savadı olmayan mütəxəssislər nəyin içərisinə nəyin qatılması barədə danışıb, yalan informasiya verməsələr yaxşıdır. "Eco pan" bir çörəyə vurulsaydı, onu ən az 2 manata alardıq.

Çörəyə qatqı qatılır sözünü o qədər təkrarlayacaqlar ki, sahibkarlar bundan sonra qatqı istifadəsinə başlayacaq. Belə olduqda da, çörəyin qiyməti qalxacaq. Xarici ölkələrə məxsus çörəklərə vurulur, məsələn fransız bageti və ya batonu. Onlarda "eco pan", "eco plus" istifadə edilə bilər. Baxmaq lazımdır ki, o çörəklərlərlə zavod çörəklərinin qiymətindəki fərq necədir?!".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan müxalifətindən Paşinyana qarşı yeni açıqlama

"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan mediaya açıqlamasında müxalifətin əsas məqsədinin Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olduğunu bildirib. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Karapetyan bildirib ki, Paşinyan hakimiyyətdən uzaqlaşdırıldıqda

10:52 161
.

"Yaxın Şərqdə geosiyasi maraqların toqquşması da müharibənin uzanmasına səbəb olur" - BƏHRUZ QULİYEV

"ABŞ ilə İran arasında danışıqların bərpa olunacağı, diplomatik prosesin yenidən aktivləşəcəyi ilə bağlı gözləntilərin yarandığı bir vaxtda Vaşinqton və Təl-Əvivdən səslənən yeni hərbi bəyanatlar göstərir ki, regionda vəziyyət hələ də son dərəcə kövrək olaraq qalır. ABŞ rəsmilərinin atəşkəsin v

11:53 177
.

NATO baş katibi: Danışıqlar başlamazdan əvvəl Ukrayna gücləndirilməlidir

NATO-nun baş katibi Marko Rutte Rusiya ilə Ukrayna arasında sülh danışıqları başlamazdan əvvəl Alyansın yerinə yetirməli olduğu əsas vəzifədən danışıb. xəbər verir ki, o, bu barədə Financial Times (FT) qəzetinə müsahibəsində bildirib. Ruttenin sözlərinə görə, NATO-nun əsas vəzifəsi Ukraynanın mümkü

11:01 169
.

Münaqişənin uzanmasının arxasında maliyyə maraqları dayanır

Böyük Britaniya və Baltikyanı ölkələrin Ukraynadakı münaqişənin uzanmasında şəxsi maraqları var. xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Avropa Parlamentinin sabiq latviyalı deputatı Andrey Mamıkin deyib. Mamıkin bildirib ki, Ukraynadakı münaqişə getdikcə daha da kəskinləşir və Baltikyan

11:14 170
.

"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı (SİYAHI)

İyunun 13-də elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Medianın İnkişafı Agentliyi məlumat yayıb. Qaliblər arasında "Qafqazinfo"nun əməkdaşı Lamiyə Məmmədova da var. Onun "Haqsızlıqlar var, təsadüfi insanlar rəhbərli

14:52 143
.

Şengen zonasına giriş yoxlamaları yumşaldıla bilər

Avropa Beynəlxalq Hava Limanları Şurası (ACI Europe) Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə sərnişin axınının pik dövrlərində hava limanlarında biometrik rəqəmsal nəzarət sisteminin müvəqqəti dayandırılması xahişi ilə müraciət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financia

11:35 165
.

Əfqanıstan Pakistana hava hücumlarının edildiyini, İslamabadın isə dronların vurulduğunu bildirdi

Əfqanıstanın Talibanı Pakistan ərazisinə hava hücumları təşkil etdiyini, İslamabad isə qüvvələrinin cənubdakı ehtiyatlarla zəngin Bəlucistan əyalətində dörd ibtidai dronu ələ keçirdiyini və vurduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, çərşənbə axşamı baş verən danışıqlar Cənubi Asiy

12:24 174
.

Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda

Türkiyəli aktrisa Fahriyə Evcenin yeni layihəsi bəlli olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Hamal" adlı serialda baş rola çəkiləcək. Qeyd edək ki, layihənin həm prodüseri, həm də digər baş rol ifaçısı Oktay Kaynarca olacaq. Ekran işi yeni mövsümdə "ATV"d

10:55 219
.

Qadınların pensiya yaşı 65 oldu: Növbəti mərhələdə yaş həddi yenə arta bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Bu gündən etibarən Azərbaycanda qadınlar üçün pensiya yaşı mərhələli artımın tamamlanması ilə 65 yaşa çatıb. Bu dəyişiklik cəmiyyətdə pensiya sistemi və gələcək islahatlarla bağlı müzakirələri yenidən gündəmə gətirib. Eyni zamanda, dünyanın bir sıra ölkələrində əhalinin yaşlanması, ömür uzunluğunun artmas

13:11 257
.

TOP MP3