"Məlhəm" hospitalı ilə yazar ailəsi arasında borc mübahisəsi böyüyür

"Məlhəm" hospitalı ilə yazar ailəsi arasında borc mübahisəsi böyüyürYazar Ulucay Akifin bacısı Gülənay Məmmədovanın Bakıda yerləşən "Məlhəm Beynəlxalq Hospital"da dünyaya gətirdiyi körpənin səhhətindəki problemlər kəskin olaraq qalır.

Qaynarinfo Ulucay Akifə istinadla xəbər verir ki, körpənin müalicə prosesi hazırda da davam edir.

Yazarın verdiyi məlumata görə, uşaq artıq üç aydan çoxdur evə buraxılıb, lakin səhhəti ilə bağlı problemlər qalmaqdadır. həkimlər müalicənin uzun illər davam edə biləcəyini bildirir, eyni zamanda körpənin tam sağlamlığına qovuşacağı ilə bağlı dəqiq proqnoz vermirlər.

Məsələ 2025-ci ilin oktyabrında baş verən doğuş hadisəsindən sonra ictimailəşmişdi. Gənc yazar, Ulucay Akif bacısı Gülənay Məmmədovanın Bakıda yerləşən "Məlhəm Beynəlxalq Hospital"da ilk övladını dünyaya gətirdiyini, lakin doğuş zamanı həkim səhlənkarlığı nəticəsində körpənin ağır vəziyyətdə doğulduğunu iddia etmişdi. Onun sözlərinə görə, körpənin beynində ciddi zədələnmə və sinir sistemi problemləri aşkarlanıb, aparılan müayinələrdən sonra həkimlər vəziyyətin son dərəcə ağır olduğunu bildiriblər. Ailə bununla bağlı prokurorluğa müraciət etdiklərini açıqlamışdı.

Ulucay Akif həmin vaxt hospital rəhbərliyini məsuliyyətdən yayınmaqda ittiham etmiş, hamiləlik dövründə mümkün risklər barədə ailəyə məlumat verilmədiyini bildirmişdi. Onun iddiasına görə, doğuşdan sonra problemin səbəbi kimi göbək ciyəsi ilə bağlı arqumentlər irəli sürülüb, lakin bu hallar daha əvvəl aparılan müayinələrdə məlum olub və ailə bu barədə rəsmi şəkildə xəbərdar edilməyib.

Hazırda isə tərəflər arasında mübahisə yeni mərhələyə keçib. Ulucay Akifin son açıqlamasına görə, körpənin müalicəsi ilə bağlı xəstəxana-ev-həkim arasında davamlı gediş-gəlişlər var, fizioterapiya, müayinələr və dərman xərcləri ailə üçün ciddi maliyyə yükü yaradıb. Bildirilir ki, bu müddət ərzində 25 min manatdan artıq vəsait xərclənib və xərclərin bir hissəsi bank krediti hesabına qarşılanıb.

Eyni zamanda, ailə ilə "Məlhəm Beynəlxalq Hospital" arasında hüquqi mübahisə yaranıb. Ulucay Akifin sözlərinə görə, hospital onları məhkəməyə verərək təxminən 14 min manat borcun ödənilməsini tələb edir. Ailə isə doğuş üçün ödənişin edildiyini təsdiqləyən qəbzlərin məhkəməyə təqdim olunduğunu, yalnız körpənin doğuşdan sonra hospitalda qaldığı müddət üçün ödəniş etmədiklərini bildirir. Bunun səbəbi kimi isə baş verənlərə görə məsuliyyəti həkim və hospitalın daşıdığını bildirir.

Şikayətçi tərəf həmçinin bildirir ki, məsələ ictimailəşdikdən sonra hospital rəhbərliyi və doğuşu həyata keçirən həkim Pərvin Xəlilova tərəfindən media və sosial şəbəkələrdə ödəniş tələb olunmayacağı ilə bağlı açıqlamalar verilib. Həmin açıqlamaların və videomaterialların məhkəməyə sübut kimi təqdim edildiyi qeyd olunur.

Ulucay Akif prokurorluğa və məhkəməyə təqdim edilən materiallarda doğuşdan sonra tibbi müdaxilələrin gecikməsi, pediatrın dərhal cəlb edilməməsi, kompüter tomoqrafiyasının bir neçə gün sonra aparılması və bəzi sənədlərin doğuşdan sonra imzaladılması kimi məqamların da yer aldığını bildirib. Onun sözlərinə görə, bu faktlar tibbi səhlənkarlıq iddiasını əsaslandırır.

"Burada uzunçuluq edib sizi də yormaq istəmirəm. Dediyim kimi, bütün faktlarımızı məhkəmə və prokurorluğa təqdim etmişik. Xəstəxana rəhbərliyinin bu qeyri-insani davranışını isə heç cür qəbullana bilmirəm. Yəni həkimlər, xəstəxanalar üçün insana münasibət budur? İnsan onlar üçün sadəcə ət parçasıdır? Sadəcə gəlir mənbəyidir? Sən həm kiminsə uşağını bu hala sal, ailəyə faciə yaşat, həm də bu heçnəymiş kimi bir də məhkəməyə verib əlavə pul almağa çalış? Puldan başqa dəyər yoxdu sizin üçün? Gecə başınızı yastığa necə rahat qoyub yatırsınız? Məni, həqiqətən də, çox təəccübləndirir, məyus edir belə şeylər. İnsana və insanlığa, həmçinin ölkəyə olan inamımı azaldır. Amma yenə də müvafiq hüquq orqanlarının bütün bu baş verənləri ədalətli qiymətləndirəcəyinə ümid edirəm və inanıram"- deyə Ulucay Akif bildirir.

Hazırda faktla bağlı prokurorluqda araşdırma aparıldığı, eyni zamanda mülki qaydada məhkəmə prosesinin davam etdiyi bildirilir. Hospital tərəfindən son iddialarla bağlı rəsmi açıqlama verilməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

11:31 185
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

14:10 129
.

Rubio Danimarka ilə Qrenlandiya üzrə razılaşmanın detallarını açıqlayıb

Danimarka Qrenlandiyanın təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmədiyi üçün ABŞ-la razılaşmağa gedib. "Report"un məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib. "Danimarka və Qrenlandiya anlayırlar ki, Qrenlandiyay

18:00 0
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

00:15 242
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

18:10 0
.

Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll

10:45 174
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

00:17 313
.

Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi

Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla

11:15 164
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

12:00 153
.