Dərsliklərin rəqəmsallaşdırılması təklif edildi: Uşaqlar üçün faydaları və riskləri
Deputat Ceyhun Məmmədov dərsliklərin rəqəmsallaşdırılması ilə bağlı təklif irəli sürüb. O bildirib ki, dərsliklərdə mövcud olan səhvlərin aradan qaldırılması və digər texniki məsələlərin elektron formatda həlli daha asan və səmərəlidir. Deputatın sözlərinə görə, bu yanaşma həm də xərclənən vəsait baxımından da daha sərfəlidir.
Vətəndaşlar isə məsələyə fərqli mövqedən yanaşırlar.
"Kitablar da lazımdır. Amma müasir dövr üçün rəqəmsal kitablar daha yaxşı metoddur", - onlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib: "Mən rəqəmsal kitabların əleyhinəyəm. Bu, uşaqlara zərər verir, onlarda tənbəllik yaradır".
Ceyhun Məmmədov bildirib ki, hər il dövlət büdcəsindən milyonlarla manat yeni dərsliklərin nəşrinə ayrılır: "Zaman keçdikcə bu dərsliklər yararsız hala düşür və yenidən çap olunması əlavə maliyyə vəsaiti tələb edir. Həmçinin dərsliklərdə səhv aşkarlandıqda onların yenidən nəşri də əlavə xərc yaradır. Bu sahədə əsas çətinliklər maliyyə yükü, dərsliklərin davamlı çapı və şagird çantalarının ağırlığı ilə bağlıdır".
Elm və Təhsil Nazirliyindən isə qeyd edilib ki, ümumtəhsil pilləsi üzrə dərsliklərin rəqəmsallaşdırılması təşəbbüsünə 2014-cü ildən etibarən mərhələli şəkildə başlanılıb: "Hazırda ümumtəhsil pilləsinin bütün səviyyələri üzrə dərsliklərin rəqəmsal nüsxələri www.e-derslik.edu.az portalında mövcuddur. Eyni zamanda dərsliklərin elektron versiyaları www.trims.edu.az saytında da yerləşdirilib".
Vurğulanıb ki, bu dərsliklərə istənilən vaxt onlayn baxmaq, eləcə də onları elektron cihazlara yükləyərək oflayn rejimdə istifadə etmək mümkündür. Bununla yanaşı, müvafiq fənlər üzrə dərsliklər multimedia elementləri ilə zənginləşdirilib və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 746 Tarix: 01 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
11:45 138 Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
11:15 151 Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
14:40 0 Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
12:00 136 Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
00:29 653 Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
11:55 168 Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
12:10 124 Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
10:37 142 Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti
00:07 225