Üzünüzü dəsmalla qurulamayın - Tez qocalırsınız

Üzünüzü dəsmalla qurulamayın - Tez qocalırsınızDuşdan və ya üzümüzü yuduqdan sonra üzü dəsmalla qurulamaq bir çoxumuzun uşaqlıqdan öyrəşdiyi vərdişdir. Amma mütəxəssislər bu davranışın dərimiz üçün zərərli olduğunu bildirirlər. Çoxları isə bunun üz dərisinə necə təsir etdiyini heç düşünmür.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gözəl üz dərisi ilə dəsmal bir-birinə uyğun gəlmir.

İlk baxışda bunda qorxulu heç nə yoxdur kimi görünür, lakin reallıqda hamam dəsmalı bakteriyalarla dolu olur. Biz də onu təmizlənmiş üzümüzə toxundurduqda həmin bakteriyalar asanlıqla dərimizə keçir. Nəticə isə xoş olmaya bilər: sızanaqlar yarana, məsamələr tıxana bilər.

Hətta üz üçün ayrıca dəsmal istifadə edənlər də çox vaxt onu hər gün yuyub dəyişmir. Bir həftə ərzində dəsmalın üzərində o qədər bakteriya toplanır ki, sonradan üzdə yaranan "sürprizlərə" təəccüblənməyə dəyməz. İdeal halda üz üçün dəsmal hər istifadədən sonra dəyişdirilməlidir.

Bundan başqa, tüklü dəsmal üz dərisi üçün həddindən artıq kobuddur. Bu isə dəridə xırda zədələrə, qıcıqlanmaya və hətta qırışların yaranmasına səbəb ola bilər. Burada paradoksal bir vəziyyət də ortaya çıxır: dəsmalı bakteriya yığılmasın deyə nə qədər tez-tez yusanız, o bir o qədər sərtləşir və dərini daha çox zədələyir.

Bu da üz üçün dəsmaldan birdəfəlik imtina etməyə əsas verən daha bir mühüm səbəb sayılır.

Lakin məsələ bununla bitmir. Əgər hər gün üzü dəsmalla qurulayırsınızsa, bir müddət sonra başqa bir narahatlıqla da qarşılaşa bilərsiniz: üz dəriniz daha yağlı ola bilər. Çünki dəsmal dərinin təbii yağlarını da təmizləyir. Halbuki həmin yağlar dərinin sağlam qalması üçün vacibdir. Orqanizm bunu kompensasiya etmək üçün piy vəziləri vasitəsilə daha çox yağ ifraz etməyə başlayır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 826   Tarix: 25 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.