Kafe və restoran sahiblərinə BƏD XƏBƏR
Bu ildən etibarən ictimai iaşə sektorunda fəaliyyət göstərən ƏDV ödəyiciləri göstərdikləri xidmətə görə aldıqları ƏDV-nin yalnız 50%-ni dövlət büdcəsinə ödəyəcəklər.
Vergi eksperti Anar Bayramovun sözlərinə görə, səhiyyə sektorundan sonra bu güzəşt ictimai iaşə müəssisələrinə də şamil olunur:
"İctimai iaşə sektorunda ƏDV ödəyicisi ay ərzində müştərilərdən 18% dərəcə ilə ƏDV alacaq, amma dövlətə onun yalnız 50%-ni ödəyəcək. Bu, vergi ödəyicilərini ƏDV vergi rejimindən yayınmamağa stimullaşdırır və dövriyyələrin şəffaflaşmasına təkan verir".
A.Bayramov həmçinin bildirib ki, ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri 2026-cı il yanvarın 1-dən üç il müddətinə nağdsız ödənişlər üzrə sadələşdirilmiş vergi dərəcəsi 8%-dən 6%-yə endiriləcək. Bunun əsas şərti xidmət haqqının POS-terminal vasitəsilə NKA ilə inteqrasiya olunmasıdır.
Bəs bu güzəşt kiçik və orta iaşə obyektlərinin fəaliyyətinə hansı real iqtisadi təsiri göstərəcək: qiymətlərin azalması, xidmət keyfiyyətinin artması, yoxsa sadəcə vergi yükünün yüngülləşməsi ilə məhdudlaşacaq?
Bizim.Media xəbər verir ki, iqtisadçı Xalid Kərimli musavat.com a bildirib ki, restoran və kafelərdə insanlar hələ də əsasən nağd ödəniş etməyə çalışırlar və kartla ödənişlərdən yayınırlar.
Onun sözlərinə görə, tətbiq olunan üçillik müvəqqəti güzəştin əsas məqsədi kafe və ictimai iaşə sektorunu şəffaf fəaliyyətə dəvət etməkdir. Bu dəyişikliklər dövriyyələrin gizlədilməsinə marağın azalmasına yönəlib və nağdsız dövriyyəni artırmaqla vergi bazasını genişləndirməyi hədəfləyir.
X.Kərimli qeyd edib ki, nağdsız dövriyyə üçün nağd ödənişlərlə müqayisədə həm sadələşdirilmiş vergi 8 % dən 6 % yə endirilib, həm də ƏDV nin yalnız 50 % si vergiyə tutulacaq. Məsələn, şirkətin 300 min manatlıq dövriyyəsi varsa və bunun 150 mini nağdsızdırsa, nağdsız hissənin vergi yükü daha aşağı olacaq.
"Əgər iaşə obyekti sadələşdirilmiş vergi rejimi ilə fəaliyyət göstərirsə, nağdsız dövriyyə üzrə sadələşdirilmiş vergi 6 % olmalıdır, 8 % yox. Bu əsas şəffaflığın artmasına səbəb olacaq," - deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, vergidən yayınmaq üçün dövriyyəni gizlətmək cəhdləri olacaq, lakin nağdsız ödənişlərin təşviqi bu tendensiyanı zəiflədə bilər.
Həmçinin o bildirib ki, vətəndaşların kartla ödəmə hüququ tez tez pozulurdu, indi isə kartla nağdsız ödənişlər bundan sonra stimullaşdırılacaq.
"Bu güzəşt 3 illik müddətə tətbiq edilir. Qiymətlərin düşməsi gözlənilmir, yalnız rəqabət və tələb azaldıqda endirim ola bilər" -iqtisadçı fikrini yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1180 Tarix: 14 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 263 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 269 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 199