Doğulmamış qızlar: Azərbaycanda davam edən təhlükəli tendensiya - PSİXOLOQDAN AÇIQLAMA

Doğulmamış qızlar: Azərbaycanda davam edən təhlükəli tendensiya - PSİXOLOQDAN AÇIQLAMAAzərbaycanda gender bərabərliyi ilə bağlı illərdir aparılan müzakirələrə baxmayaraq, cəmiyyətin dərin qatlarında kök salmış stereotiplər hələ də qalmaqdadır. Xüsusilə ailə daxilində oğlan uşağına üstünlük verilməsi və bu səbəbdən qız uşaqlarının dünyaya gəlməsinin qarşısının alınması ciddi sosial və demoqrafik problem olaraq qalır. Bu tendensiya təkcə fərdi ailə qərarı deyil, həm də gələcəkdə cəmiyyətin sosial balansına və dəyərlər sisteminə təsir göstərə biləcək təhlükəli bir meyldir.
Doğulmamış qızlar: Azərbaycanda davam edən təhlükəli tendensiya - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bizim cəmiyyət daxil olmaqla, eləcə də bəzi cəmiyyətlərdə qadın sayının çoxluğu "artıq yük" kimi göstərilir. Onun sözlərinə görə, halbuki təbiət balanslıdır: "Disbalansı yaradan müharibələr, siyasət, sosial-mədəni manipulyasiya məsələləri, tarixi köklər patriarxal miras düşüncələri olur. Azərbaycan cəmiyyətində hələ də dərinlərdə belə fikir yaşayır; nəsil kişi xətti ilə davam edir, mülk- miras oğlana aiddir, qız isə başqasının evinə gedir və yad sayılır. Bu kimi fikirlərin kökü kənd təsərrüfatı və mülkiyyət modelindən qalma psixoloji arxetipdir.

Ölkədə qanun dəyişir, amma insanların altşüuru dəyişmir. Hələ əsrlərlə oğlan fiqurundan bir illuziya yaradılıb ki, oğlan gücdür, dəstəkdir, dayaq simvoludur, qızlar isə zəif, qərarsız, cehiz xərcləri kimi problem kimi qəbul olunan fikirlər şüuraltında qalaraq, hələ də bu şəkildə davam edir. Halbuki, valideynə ən çox qayğı göstərən də məhz qızlar olur. Məsələn: tarixə nəzər salsaq və müqayisə etsək, tutalım Böyük Britaniya qanunlarına görə ailədə oğlan uşağı yoxdursa, hakimiyyət qıza keçirdi. Bu gün də İngiltərədə cinsiyyətə deyil, gender bərabərliyinə, yəni kim idarə edə bilir hər şey onun üzərinə köçürülür.

Amma tarixən Azərbaycan siyasi sistemində istər mülk, istərsə hakimiyyət heç vaxt qıza keçməyib. Ancaq kişinin qohumlarına keçə bilərdi, hətta istisnalar da olmayıb. Çünki hakimiyyət "ordu" düşüncəsi ilə bağlı olub. Çox oğlan, çox əsgər deməkdir. Bu kütləvi psixologiya sistemi zamanla elə qurulub ki, cəmiyyətdə oğlan uşağının doğulmasının vacibliyini, elə qadınlar özləri qadınlara ötürüb. Amma niyəsini özləri də bilmədən. Sadəcə qeyd etdiyim kimi hələ, əsrlər öncədən oğlan uşaqları bəzi cəmiyyətlərdə illuziyalaşdırıb təqdim olunub. Problemin həll olunması üçün insanlar sadəcə savadlanmalıdır. Valideynin qız uşağının dünyaya gəlməsi ilə bağlı narazıçılığı sadəcə bir savadsızlıq davranışıdır. Təbiət səhv etmir. Təbiətin işi balans yaratmaqdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2312   Tarix: 14 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 263
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 269
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.