Müstəqillik və birləşmə: Güneydə qırılma anı yaxınlaşır?
"İranda baş verən etirazlar Azərbaycanda da ciddi müzakirələr doğurur. Sosial şəbəkələrdə əsas mövzular "etirazların gedişatı", "Güney Azərbaycanın müstəqilliyi" və "Şimalla birləşmə"dir. Rəsmi Bakı isə proseslərə emosional müdaxilə etmir, regional sabitlik, beynəlxalq hüquq və təhlükəsizlik əsasdır".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, Güney Azərbaycanın müstəqilliyi və Şimalla birləşmə ideyaları hazırda daha çox emosional xarakter daşıyır. Etnik ayrılma həlledici səviyyədə deyil, amma etirazlar Azərbaycan cəmiyyətində geniş rezonans doğurur. Tarixi bağlar və şüuraltı yaddaş bu reaksiyanın səbəbidir:
"Tarixi perspektiv göstərir ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra Şimal və Cənub fərqli siyasi laboratoriyalarda formalaşıb. Şimal modern dövlətçilik və hüquqi sistemlə tanış olub, nəticədə ADR və müstəqil Azərbaycan Respublikası qurula bilib. Cənub isə varlıq, kimliyi qoruma və dilin itirilməməsi mühitində yaşayıb; burada müstəqillik arzusu emosional olaraq güclü, amma institusional zəif olub.
Hazırda Güneydə vahid siyasi şüur, strateji xətt və liderlik yoxdur. İnsanlar fərqli riskləri və gələcək ssenariləri öz təcrübəsinə görə qiymətləndirir: bəziləri müstəqilliyi tarixi ədalət kimi görür, digərləri isə xaos riskindən qorxur. Mədəni muxtariyyət tərəfdarları isə siyasi iddialardan çox, dil, təhsil və kimliyin qorunmasına fokuslanır.
Şimal isə əsasən təhlükəsizlik, dövlətçilik və regional məsuliyyət nöqteyi-nəzərindən yanaşır. Problemin mərkəzində təkcə "Güney nə etməlidir?" yox, "Şimal buna necə reaksiya verməlidir?" sualı dayanır.
Nəticə olaraq, nə "Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi", nə də "Bütöv Azərbaycan" utopiya deyil; sadəcə uzunmüddətli və çoxşərtli bir ssenaridir. Xarici güclər Pəhləvi xəttini alternativ kimi önə çıxararsa, bu Güney üçün tarixi qırılma anı ola bilər. Amma müstəqillik avtomatik Şimalla birləşmə demək deyil; real birləşmə üçün uzunmüddətli dialoq, hüquqi və siyasi uyğunlaşma tələb olunur. Əks halda birləşmə yox, milli böhran yaranar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 697 Tarix: 14 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 263 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 269 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 199