Məktəbdə dava niyə bitmir? Problem şəxslərdə yox, sistemdədir
"Müəllimlə zauç arasında baş verən açıq münaqişələrin ictimailəşməsi təsadüfi deyil. Bu hallar məktəb idarəetməsində illərdir yığılıb qalmış institusional böhranın üzə çıxan formasıdır. Problemin səbəbi ayrı-ayrı şəxslər yox, müəllimi icraçıya çevirən, təşəbbüsü boğan avtoritar idarəetmə modelidir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, "Ümumi təhsil haqqında" Qanun məktəbin kollegiallıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmasını tələb etsə də, praktikada bir çox məktəbdə idarəetmə hələ də şaquli və nəzarətçidir. Direktor və zauçlar pedaqoji lider deyil, hesabat icraçısı kimi çıxış edir. Bu isə müəllimin peşə müstəqilliyini sıxışdırır və konfliktləri qaçılmaz edir:
"Araşdırmalar göstərir ki, müəllimlərin 40-50 faizi əsas stress mənbəyi kimi məhz rəhbərliklə münasibətləri göstərir. Beynəlxalq TALIS tədqiqatları isə sübut edir ki, kollegial mühitin güclü olduğu məktəblərdə həm müəllim məmnuniyyəti, həm də şagird nəticələri daha yüksəkdir. Deməli, bu münaqişələr şəxsi məsələ deyil, təhsilin keyfiyyətinə birbaşa təsir edən sistem problemidir.
Elm və Təhsil Nazirliyi sağlam mühitdən danışsa da, real işlək mexanizmlər yoxdur: mediativ strukturlar zəifdir, müstəqil şikayət mexanizmləri işləmir, regional idarələr isə çox vaxt problemi həll etmək əvəzinə ört-basdır edir. Nəticədə münaqişələr hüquqi müstəviyə yox, sosial şəbəkələrə daşınır.
Bu vəziyyət "sərt cəza" ilə bitməyəcək. Həll yolu yalnız idarəetmə fəlsəfəsinin dəyişməsidir: direktor və zauçlar inzibati nəzarətçi yox, pedaqoji lider kimi hazırlanmalı, müəllimin peşə statusu gücləndirilməli və məktəbdaxili konfliktlərin institusional həlli mexanizmləri yaradılmalıdır. Əks halda bu qalmaqallar bitməyəcək, sadəcə forması dəyişəcək - və yenə də uduzan şagird və cəmiyyət olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 671 Tarix: 14 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 263 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 269 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 199