AYB-yə üzvlük dayandırıldı
Azərbaycan Yazıçılar Birliyinə üzvlük dayandırılıb.
BiG.AZ xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.
"Hazırda üzvlüyə qəbul keçən ilin sonlarından dayandırılıb. Lakin əvvəlki tarixdə müraciət edənlərin sənədlərinə baxılır. İmtina edilənlər də var, qəbul olunanlar da. Qəbul komissiyası işləri 2027-ci ildə keçiriləcək AYB-nin qurultayına qədər dayandırılıb. Səbəb müraciət çoxluğudur. Üzvlük haqqını ödəməyənlər təlimata uyğun olaraq Birlikdən kənarlaşdırıla bilər, amma təşkilat hər zaman bu məsələdə həmişə humanist mövqe tutub", - AYB sözçüsü söyləyib.
O əlavə edib ki, hazırda AYB-nin 2500 nəfərdən çox üzvü var:
"Bir nəfər üzv üçün 15 manat illik üzvlük haqqı müəyyən edilib. Hər hansı dövr üçün üzvlük pulundan yığılan məbləğ haqda informasiya maliyyə şöbəsində olur. Bu barədə hesabat vermək mənim səlahiyyətimdə deyil. 1990-cı illərdən illik üzvlük haqqını ödəməyənlər var idi. Açıqlaya bilmirəm, lakin külli miqdarda pul idi. 2020-ci ilə qədər olan borcların hamısı silindi. 5 il ötüb, yenə ödəməyənlər var. 15 manatı verməyən, deməli, təşkilatın nizamnaməsinə hörmətlə yanaşmır. Ödəniş etməyənlərlə bağlı bu il fevralın 1-i qəti qərar veriləcək. O vaxta qədər möhlət verilib".
Xəyal Rza üzvlük haqqını ödəməyənlər arasında vəfat etmiş şəxslərin olması barədə iradlara da cavab verib:
"Siyahımızda olan yazıçı vəfat edərsə, "vəfat etmiş üzv" kimi daim qeydiyyatda qalır. O ki qaldı vəfat edən haqda bizim qeydlərimizə, onu mərhumun ailə üzvləri məlumat verməlidir. Biz haradan bilək ki, kim nə zaman vəfat etdi? Məsələn, Amin Avey 2020-ci ildə pandemiya dövründə Almaniyada vəfat edib. Onun adının siyahıda qalması texniki xəta ilə bağlı olub".
Sonda o qeyd edib ki, Birliyə üzvlük haqqının məbləğində artım gözlənilmir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 737 Tarix: 14 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 263 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 269 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 199