Dünyada gecə turizmi üçün ən yaxşı şəhər

Dünyada gecə turizmi üçün ən yaxşı şəhər2026-cı ildə gecə turizmi üçün dünyanın ən yaxşı şəhəri kimi Roma elan olunub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İtaliyanın paytaxtı Roma reytinqdə əlli məşhur turizm istiqamətini geridə qoyaraq birinci yeri tutub. Mütəxəssislər izah edirlər ki, "gecə turizmi" dedikdə sərin vaxtlarda, axşam və gecə saatlarında keçirilən, qeyri-adi təəssüratlar üzərində qurulan səyahətlər nəzərdə tutulur. Bir çoxları bunu dərhal astroturizmlə ulduz müşahidələri, "qaranlıq səma" qoruqları və kosmik hadisələrlə əlaqələndirsə də, anlayış əslində daha genişdir.

Gecə turizminə axşam və gecə şəhər turları, gün batımından sonra məşhur görməli yerlərin ziyarəti, gecə muzeyləri, mədəni tədbirlər, açıq havada kinogöstərişlər və hətta alaqaranlıqda keçirilən safari turları daxildir. Qeyd olunur ki, son bir il ərzində bu istiqamət səyahət sahəsində nəzərəçarpacaq trendə çevrilib.

Baqaj saxlanması platforması Radical Storage dünyanın 50 şəhərini dörd əsas meyar üzrə təhlil edib:

gecə təəssüratları və fəaliyyətlər (gecə ekskursiyalarının və tədbirlərin sayı) - 40 faiz;

təbii amillər (işıq çirklənməsi səviyyəsi və gün işığının orta müddəti) - 40 faiz;

təhlükəsizlik (yerli sakinlərin qiymətləndirməsinə görə gecə gəzintilərinin təhlükəsizliyi) - 10 faiz;

nəqliyyat (gecə nəqliyyatının əlçatanlığı və qiyməti) - 10 faiz.

Məqalədə qeyd olunur ki, nəticədə 2026-cı ildə gecə turizmi üçün ən yaxşı şəhər gözlənilmədən Roma olub. İtaliya paytaxtı 10 mümkün baldan 6,07 ümumi indeks toplayıb və xüsusilə "təəssüratlar" kateqoriyasında 9,2 balla yüksək nəticə göstərib. Roma turistlərə 305 gecə turu təklif edir və onların bir çoxu səyahətçilər tərəfindən yüksək qiymətləndirilir. Bu turlara Kolizey ətrafında axşam gəzintiləri, açıq havada kinoseanslar, gecə bazarları və gün batımından sonra keçirilən mədəni tədbirlər daxildir.

2026-cı ildə gecə turizmi üçün dünyanın ən yaxşı 10 şəhəri siyahısı belədir:

Roma, İtaliya

Amsterdam, Niderland

Tromso, Norveç

Rovaniemi, Finlandiya

Tokio, Yaponiya

Dubay, Birləşmiş Ərəb Əmirlikləri

London, Böyük Britaniya

Paris, Fransa

Marakeş, Mərakeş

Ko Panqan, Tailand


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 845   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 263
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 269
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.