Kənd məktəblərini bağlamaq: büdcə rahatlığı, milli itki

Kənd məktəblərini bağlamaq: büdcə rahatlığı, milli itki"Az şagirdli kənd məktəblərinin bağlanması və təhsilin notebook və distant mexanizmlərlə əvəzlənməsi texniki optimallaşdırma kimi təqdim edilsə də, mahiyyət etibarilə bu, dövlətin regionlardan sosial, demoqrafik və intellektual geri çəkilməsidir. Bu yanaşma təhsilin keyfiyyətini yüksəltmir, əksinə onu formal, parçalanmış və bərabərsiz edir; kəndləri boşaldır, uşaqları mərkəzə məcburi miqrasiyaya sürükləyir və regional inkişafın əsas dayağı olan məktəb institutunu zəiflədir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 5-ci maddəsinə görə dövlət hər bir vətəndaş üçün yaşayış yerindən asılı olmayaraq bərabər təhsil imkanları yaratmalıdır. "Ümumi təhsil haqqında" Qanunun 3-cü maddəsi isə ümumi təhsilin fasiləsizliyini, əlçatanlığını və sosial ədalət prinsipini əsas götürür. Kənd məktəblərinin bağlanması bu prinsiplərlə birbaşa ziddiyyət təşkil edir, çünki fiziki məktəbin ləğvi təhsili hüquqdan çox imtiyaza çevirir:

"Dövlət statistikasına əsasən son on ildə kənd əhalisi təxminən 8-10 faiz azalıb, kənd məktəblərində şagird sayı isə bəzi regionlarda 15-20 faiz düşüb. Bu azalma məktəblərin bağlanmasının səbəbi yox, nəticəsidir. Məktəb zəiflədikcə ailələr köçür, ailələr köçdükcə məktəbin bağlanması "əsaslandırılır". Nəticədə öz-özünü qidalandıran destruktiv dövr yaranır.

Notebook və distant təhsilin keyfiyyət yaratdığı iddiası beynəlxalq statistikalarla da təsdiqlənmir. OECD və Dünya Bankının araşdırmaları göstərir ki, distant təhsil xüsusilə ibtidai və əsas orta pillədə oxu və riyaziyyat nəticələrini orta hesabla 20-30 faiz zəiflədir. Pandemiya dövründə PISA və TIMSS nəticələri sübut etdi ki, zəif sosial mühitdə yaşayan uşaqlar bu modeldən daha çox zərər görür və təhsil bərabərsizliyi dərinləşir. Azərbaycan reallığında isə internetə çıxış, texniki imkanlar və valideyn dəstəyi baxımından kənd-şəhər fərqi hələ də ciddidir.

Elm və Təhsil Nazirliyinin bu yanaşması təhsili sosial siyasətdən ayıraraq onu sırf maliyyə optimallaşdırmasına çevirir. Regional təhsil idarələri isə prosesi mexaniki icra edir, yerli şərait və uzunmüddətli risklər nəzərə alınmır. Nəticədə inzibati baxımdan rahat, strateji baxımdan isə dağıdıcı qərarlar qəbul olunur. Bu, müəllimlərin işsiz qalmasına, kənd ailələrinin sosial izolyasiyasına və uşaqların erkən yaşdan mərkəzə axınına səbəb olur.

Halbuki dünya təcrübəsi əksini göstərir. Finlandiya, Norveç və Kanada kimi ölkələr az şagirdli məktəbləri bağlamır, əksinə onları regional inkişafın əsas elementi kimi qoruyur, əlavə maliyyə və xüsusi mexanizmlərlə dəstəkləyir. Məktəb yük deyil, strateji obyekt kimi qəbul edilir.

Bu qərar təhsilin məzmununu deyil, formasını dəyişir və bu dəyişiklik keyfiyyət artımı yox, institusional zəifləmə yaradır. Dəyişdirilməli olan məktəbin mövcudluğu deyil, onun modeli, resurs təminatı və müəllim siyasətidir. Kənd müəllimləri üçün xüsusi sosial paketlər, məktəblərarası şəbəkə modelləri və güclü regional təlim mərkəzləri yaradılmalıdır.

Hesab edirəm ki, bu addım nə pedaqoji, nə sosial, nə də strateji baxımdan əsaslandırıla bilər. Bu, qısa müddətli büdcə rahatlığı naminə uzunmüddətli milli inkişafdan imtinadır. Dövlət təhsili yüngülləşdirməməli, gücləndirməlidir; kənddən yox, keyfiyyətsizlikdən imtina etməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1053   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 263
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 269
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.