Tikinti zamanı kəşf edildi: 2000 illik müharibənin qorxunc səsi
İngiltərənin Norfolk kənd ərazisində tikinti öncəsi aparılan adi qazıntı, tarix səhifələrindən çıxan möhtəşəm bir kəşfə ev sahibliyi edib. Arxeoloqlar, təxminən 2 min il əvvəl hazırlanmış və antik döyüşlərin ən dəhşətli səslərini çıxaran nadir bir döyüş trompetini tapıb.
Qaynarinfo xəbər verir ki, "Carnyx" adlanan bu mis alət Roma İmperiyasına qarşı üsyan edən əfsanəvi döyüşçü kraliça Boudikanın ordusuna aid ola bilər.
Keçən il tapılan və detalları 7 yanvar 2026-da ictimaiyyətlə paylaşılmış bu metal xəzinə yalnız musiqi aləti deyil, həm də Dəmir Dövrü Avropasının hərbi gücünü simvolizə edən nadir parçaları özündə birləşdirir.
Qazıntı zamanı "Carnyx"dən başqa, hərbi birliyi təmsil edən yabanı donuz başlı sancaq, qalxanların mərkəzini bəzəyən beş zərif metal parça və müxtəlif hərbi avadanlıqlar da aşkar edilib. Mütəxəssislər qeyd edirlər ki, Avropada bu cür tapıntılar çox nadirdir, İngiltərədə isə indiyə qədər yalnız üç nümunəsi aşkar olunub.
Dik bir quruluşa malik olan və ucu açıq ağızlı heyvan fiquru ilə bitən bu trompetlər, Kelt tayfalarının döyüş meydanlarında ən xarakterik avadanlıqlarından biri olub. Hətta məlumdur ki, Roma əsgərləri bu dəhşətli səs çıxaran alətləri döyüş qəniməti olaraq yanlarında aparıblar.
Döyüş meydanının əks-sədası laboratoriya yolunda
Xəzinənin tapıldığı bölgə olan Qərbi Norfolk, Miladdan sonra 60-cı ildə romalılara qarşı böyük üsyan başlatmış İceni tayfasının əsas vətəni sayılır. Kraliça Boudikanın rəhbərlik etdiyi bu müqavimət, hər nə qədər məğlubiyyətlə nəticələnsə və İngiltərədə Roma hakimiyyətinin yolunu açsa da, tapılan qalıqlar həmin dövrün müqavimət ruhuna işıq tutur. Araşdırmaıçılar bu trompetin necə səs çıxardığını anlamaq üçün əvvəlcə Şotlandiya Milli Muzeyi tərəfindən hazırlanmış nüsxələri və musiqiçi Con Kenninin ifalarını referans götürürlər. Çıxan səsin düşmən sıralarında qorxu yaratmaq üçün nəzərdə tutulduğu açıq-aydın görünür.
Tapılan bu qiymətli parçalar zədələnməsin deyə, torpaqla birlikdə böyük blok şəklində çıxarılıb. Laboratoriya mühitinə daşınan bu kütlə, hər bir detalı görünənə qədər rentgen və tomoqrafiya taramalarından keçirilir. Qoruma və araşdırma prosesi davam edir, bu kəşfin bütün həyəcanverici detalları isə yaxın günlərdə BBC-nin məşhur arxeologiya proqramında izləyicilərlə paylaşılacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1005 Tarix: 12 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
13:20 27 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu
16:30 0 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki
17:04 0 Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək
14:27 0 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 0