Kürd dövləti ideyası: qarşısı alınmaz proses, yoxsa idarəolunan risk?

Kürd dövləti ideyası: qarşısı alınmaz proses, yoxsa idarəolunan risk?"İranda etiraz aksiyalarının davam etdiyi bir dövrdə region üçün əsas məsələlərdən biri kürdlər üzərindən gedən proseslərdir. Etirazlardan istifadə edən İran kürdləri siyasi, sosial və hərbi baxımdan daha aktiv mövqe tutmağa başlayıblar. Bir müddət əvvəl hökumətə müxalif yeddi kürd təşkilatı birgə bəyanat yayaraq etirazlara dəstək verdiklərini açıqlayıb. Bəyanatda İlam, Kirmanşah və Loristan əyalətlərində repressiyaların artması, etirazçılara atəş açılması sərt şəkildə pislənib".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turazn Rzayev bildirib.

O, qeyd edib ki, həmin təşkilatlar yanvarın 8-də Kürdüstan əyalətində və kürdlərin yaşadığı digər bölgələrdə ümumi tətil elan olunmasına çağırış ediblər. Say baxımından türklər və farslardan az olsalar da, İran kürdləri resurs, təşkilatlanma və xarici dəstək baxımından daha əlverişli mövqedədirlər:

"Kürd məsələsi region ölkələrinin, xüsusilə Türkiyə və İranın uzun illər apardığı yanlış siyasətlər fonunda qarşısı alınması çətin olan bir prosesə çevrilib. Hazırda beynəlxalq səviyyədə tanınmış kürd dövləti mövcud olmasa da, İraqın şimalında və Suriyanın şimal-şərqində kürdlər de-fakto idarəetmə strukturları yaradıblar. İranda isə bu proses hələ ilkin mərhələdədir.

Türkiyədə vəziyyət fərqlidir. PKK-nın silahlı fəaliyyəti zəifləsə də, kürdlər ölkənin siyasi, sosial, elmi və mədəni həyatında fəal iştirak edirlər. Bu isə kürd təsirinin təkcə hərbi yox, sosial və strateji xarakter daşıdığını göstərir.

Proseslərdə xarici faktor da mühüm rol oynayır. ABŞ və xüsusilə İsrail regionda kürd dövlətinin yaranmasına maraq göstərir. İsrail üçün bu, İranın qərb cinahında təzyiq mexanizmi və ərəb millətçiliyinin zəiflədilməsi vasitəsi kimi qiymətləndirilir. Eyni yanaşma Güney Azərbaycan məsələsində də müşahidə olunur. Bununla belə, Təl-Əviv bu cür strukturların gələcəkdə öz maraqlarına qarşı çevrilə biləcəyini də nəzərə alır.

Subyektiv qənaətim ondan ibarətdir ki, kürd dövlətinin yaranması artıq qarşısı alınmaz bir prosesdir. Lakin bu prosesin Türkiyə və İranın ərazi bütövlüyünə ciddi zərər verməsinin qarşısını müəyyən qədər almaq mümkündür. Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi arzuolunan olsa da, İrandan Kürdüstanın ayrılması bölgə üçün daha dərin və uzunmüddətli münaqişələrin başlanğıcı ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 875   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 263
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 269
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.