Ciddi proqramlar geri çəkilir, xəbərlər azaldılır: Televiziya auditoriyası nədən kənarda qalır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Ciddi proqramlar geri çəkilir, xəbərlər azaldılır: Televiziya auditoriyası nədən kənarda qalır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMASon illərdə televiziyalarda ciddi verilişlərin, xüsusilə hüquq və analitik verilişlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Əvvəllər gün ərzində 2-3 saatdan bir yayımlanan xəbərlər, indi artıq gündə yalnız bir dəfə tamaşaçılara təqdim olunur. Bu dəyişiklik izləyicilərin informasiya əldə etmə vərdişlərini və ümumiyyətlə televiziya izləmə mədəniyyətini təsir edir. İnsanlar həm gündəlik xəbərlərdən geri qalır, həm də ciddi və hüquq mövzularını işıqlandıran proqramların azalması səbəbindən məlumat boşluğuna düşür. Televiziya kanallarının bu siyasəti nə dərəcədə məqsədəuyğundur və izləyici üçün hansı nəticələrə gətirib çıxara bilər - bu suallar hazırda aktualdır.
Ciddi proqramlar geri çəkilir, xəbərlər azaldılır: Televiziya auditoriyası nədən kənarda qalır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, məsələyə obyektiv yanaşsaq, yerli televiziya kanallarımızın ciddi verilişlər, operativlik və maarifləndirmə baxımından bir sıra xarici televiziya modellərindən geri qalmasının bir neçə sistemli səbəbi var. Onun sözlərinə görə, ilk növbədə, bu məsələ proqram siyasəti və redaksiya prioritetləri ilə bağlıdır: "Bir çox kanallarda ictimai əhəmiyyətli mövzular uzunmüddətli strategiyanın yox, reytinq yönümlü gündəlik maraqların predmetinə çevrilib. Nəticədə dərin analitik verilişlər, araşdırma jurnalistikası, elmi-maarifləndirici formatlar arxa plana keçir, daha asan istehlak olunan, lakin cəmiyyət üçün real dəyəri az olan kontent önə çəkilir.

İkinci mühüm amil peşəkar kadr məsələsidir. Xarici kanallarda jurnalist, aparıcı və prodüserlər ixtisaslaşmış sahələr üzrə formalaşır: siyasi analitika, iqtisadi jurnalistika, elm, texnologiya, şəhərsalma, ekologiya və s. Bizdə isə çox zaman universal aparıcı modeli üstünlük təşkil edir ki, bu da mövzuların səthi təqdim olunmasına gətirib çıxarır.
Operativlik məsələsində isə problem əsasən texnoloji və təşkilati çevikliklə bağlıdır. Müasir televiziya yalnız efir deyil, eyni zamanda rəqəmsal platforma, sosial media, onlayn xəbər şəbəkəsidir. Bir çox yerli kanallar bu inteqrasiyanı tam təmin edə bilmədiyindən hadisələrə gec reaksiya verir və gündəmi formalaşdırmaq əvəzinə, onu izləmək məcburiyyətində qalır.

Maarifləndirmə aspektinə gəldikdə, burada əsas çatışmazlıq kontentin sadələşdirilməsi ilə səthiləşdirilməsi arasındakı fərqin düzgün müəyyən olunmamasıdır. Maarifləndirici veriliş ağır və darıxdırıcı olmamalıdır, amma eyni zamanda intellektual səviyyəni aşağı salmaqla da kütləyə uyğunlaşdırıla bilməz. Təəssüf ki, bizdə çox vaxt bu balans pozulur.
Cəmiyyət üçün faydalı televiziya kanalının proqram seçimində bir neçə əsas prinsip rəhbər tutulmalıdır. İlk olaraq ictimai maraq kommersiya marağından üstün tutulmalıdır. Reytinq vacibdir, amma bu, maarifləndirmə və ictimai məsuliyyət hesabına olmamalıdır. Analitik və izahlı formatlara üstünlük verilməli, hadisəni sadəcə təqdim edən yox, onu izah edən, səbəb-nəticə əlaqəsini quran verilişlər çoxalmalıdır. Əlbəttə ki, milli reallıqlar və qlobal baxış paralel aparılmalıdır. Yerli problemlər beynəlxalq kontekstlə müqayisəli şəkildə təqdim olunmalıdır.

Digər vacib məqam isə mütəxəssis iştirakı ilə bağlıdır. Mütəxəssislər formal yox, real olmalıdır. Studiyaya dəvət olunan ekspert danışmaq üçün yox, mövzunu açmaq üçün seçilməlidir.
Bütün bu məsələlər tənzimlənərkən gənc auditoriya nəzərə alınmalıdır. Maarifləndirici kontent müasir format, vizual dil və texnologiya ilə təqdim edilməlidir.
Xüsusi diqqət yetirilməli məqam isə seçimdir. Televiziya yalnız əyləndirməməli, cəmiyyətin düşüncə tərzini formalaşdıran, ictimai zövqü yüksəldən və məlumatlı vətəndaş yetişdirən institut funksiyasını daşımalıdır. Bu anlayış dəyişmədikcə, proqramların keyfiyyətində fundamental dönüş gözləmək çətin olacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1161   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 0
.

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki

17:04 0
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 0
.