Bir ildə 7 dəfə əməliyyat olunduğunu deyən xəstə şikayətçidir - Həkimdən açıqlama

Bir ildə 7 dəfə əməliyyat olunduğunu deyən xəstə şikayətçidir - Həkimdən açıqlama"Modern Hospital"ın baş həkimi Taryel Ömərov dedi ki, Azərbaycanda təkrar mədəkiçiltmə əməliyyatlarını yalnız özü edir və 73 uğurlu nəticəsi var. Amma bu gün onun əməliyyatı nəticəsində mədəm yoxdur, əmək qabiliyyətimi isə itirmişəm..."

Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Anar İsazadə müraciət edib.

Zərərçəkmiş olduğunu deyən A.İsazadə bildirib ki, Taryel Ömərovun etdiyi əməliyyat bir həftə sonra fəsadlara səbəb olub: "Bu mənim ikinci əməliyyatım idi, ilk dəfə 2017-ci ildə başqa həkimə etdirmişdim. Uğurlu oldu, çəkim 160 kiloqramdan 90-a düşmüşdü. Hər şey normal idi. Lakin bir müddət sonra çəkimə nəzarəti itirdim və kökəlməyə başladım. Buna görə də 2023-cü ildə Taryel Ömərova mədəkiçiltmə əməliyyatı etdirdim. Ancaq çox keçməmiş hərarətim qalxdı. Rentgen etdilər və dedilər ki, "hər şey qaydasındadır". Lakin zaman keçdikcə vəziyyətim ağırlaşırdı. Bir neçə gün davam edən analiz, rentgen və KT cavablarında müəyyən oldu ki, bu, ağciyərin ikitərəfli pnevmoniyasıdır.

Taryel Ömərovla yenidən görüşdüm və bütün problemlərin onun etdiyi əməliyyatdan sonra başladığını bildirdim. Lakin həkim bunu üstündən atdı, bütün bunların onun əməliyyatına heç bir aidiyyəti olmadığını dedi və qida boruma stent qoydurmağı məsləhət gördü. Bir neçə dəfə stent qoyuldu və çıxarıldı. Daha sonra mənə deməsələr də, məlum oldu ki, əməliyyat nahiyəsində fistul (dəlik-bir-birinə bağlı olmayan iki orqan, toxuma, damar arasında yaranan anormal, tüp şəklində kanal/əlaqə yoludur) açılıb, tikiş tutmayıb və qəbul etdiyim qida diafraqmanın üstünə yığılmağa başlayıb".

Vətəndaş həmçinin qeyd edib ki, 2024-cü ilin dekabr ayında təcili əməliyyata götürülüb: "Bağırsağımı 40 sm açaraq birbaşa qida boruma birləşdirdilər. Bununla da problem həll olundu. Düzdür, artıq mədəm yoxdur. Hər şeyi yeyə bilmirəm, ağrılarım olur və ciyərim zədəlidir. Lakin ölüm təhlükəm yoxdur".

Bir ildə 7 dəfə əməliyyat olunduğunu deyən xəstə şikayətçidir - Həkimdən açıqlamaŞikayətçi iddia edib ki, analiz nəticələrini Türkiyə və Almaniyadakı mütəxəssislərə göndərib, onlar da problemlərin səbəbini Taryel Ömərovun etdiyi əməliyyatda görüblər: "Bütün həkimlər birmənalı olaraq, bunun Taryel Ömərovun işi ilə bağlı olduğunu dedilər. Bir il altı aydan çox əziyyət çəkdim. Əmək qabiliyyətimi itirdim, işləyə bilmədim. 2024-cü il ərzində 17 dəfə narkoz alıb, 7 dəfə əməliyyat olunmuşam, 12 dəfə KT çəkilib. Rentgenin, qəbul etdiyim antibiotiklərin sayını itirmişəm. Bilirəm ki, bunların hamısı bir neçə ildən sonra başqa fəsadlar və xəstəliklər yaradacaq".

Anar İsazadə müalicə müddəti ərzində 70 mindən çox xərci çıxdığını qeyd edib: "2024-cü ilin dekabrında məhkəməyə müraciət etdim. Taryel Ömərov və "Modern Hospital"dan əməliyyat və müalicələrimə görə xərclədiyim 70 min, əmək qabiliyyətimi itirdiyimə görə 50 min və sağlamlığıma dəymiş ziyana görə əlavə 50 min AZN iddia tələbi verdim. Məhkəmə prosesi keçirildi, lakin xeyrimə qərar qəbul edilmədi. Yenidən işi Apellyasiya Məhkəməsinə vermişəm. Hər kəs bilməlidir ki, bu həkimin işi necə fəsadlara yol açır".

Bir ildə 7 dəfə əməliyyat olunduğunu deyən xəstə şikayətçidir - Həkimdən açıqlamaİddiaları aydınlaşdırmaq məqsədilə bariatrik metabolik cərrah Taryel Ömərovla əlaqə saxladıq. O saytımıza cavab olaraq iddiaları təkzib edib: "Anar bəy bizdən öncə başqa bir mərkəzdə əməliyyat olunub, ancaq arıqlamamışdı. Onun bacısını da mən əməliyyat etmişəm. Biz onda ikinci dəfə mədəkiçiltmə edərək səhvi düzəltdik. Əməliyyatdan 1 həftə sonra ağrıların olmasına dair iddialar əsassızdır. 3 aydan bir yoxlanışları olub, hər şey qaydasında idi. Bacısı bildirmişdi ki, Anarda ağciyər pnevmoniyası var və müalicə alır. Müalicələr, analizlər və sənədlər bizim sübutlarımızdır. İki dəfə məhkəməni qazanmışam, Tibbi Ekspertiza Analitik Mərkəzi də bunu əsaslandırıb. Pasiyentin qida borusunda 2 mm-lik dəlik aşkarlanıb. Mən əməliyyatı qarın boşluğunda etmişəm. Bu, necə ola bilər?

Əgər mədədə deşik olsaydı, əməliyyatdan sonra yaxın bir həftə ərzində sağalmazdı, hətta həyatını itirərdi. Biz onun problemini daim nəzarətdə saxlamışıq. Mədəsinə stent qoyduq, sağaltdıq. Lakin o, qida vərdişlərini düzəltmədiyi üçün davamlı olaraq fərqli problemləri yaranırdı. Dəfələrlə fərqli klinikalara yönləndirdim. Köməklik göstərdik, ən son onu başqa bir həkimə yönləndirdim və problemi həll oldu. Bundan sonra isə o, pulunun geri qaytımasını tələb etdi. Hansı əsasla?!

Bu hal bir daha təkrarlanarsa, reputasiyama xələl vurmaq maddəsi ilə Anar İsazadəni məhkəməyə verəcəyəm. Pasiyent sadəcə şantaj yolu ilə pul almaq istəyir. İddialar əsassızdır".

Taryel Ömərov, həmçinin qeyd edib ki, pasiyent şikayətlə bağlı əməliyyatdan 7 ay sonra müraciət edib: "Dünya protokollarında da öz əksini tapıb ki, pasiyent bir əməliyyatdan sonra maksimum 3-4 ay müddətində şikayət edə bilər, bundan daha uzun müddət keçdikdə hər hansı bir fəsad və şikayətdən müraciət etmək əsassızdır. Edilən şikayətin icra olunmuş cərrahi əməliyyatla heç bir əlaqəsi yoxdur".

Məsələnin araşdırılması ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, qeyd edilən əməliyyatın üzərindən 4 aydan çox vaxt keçdiyi üçün İnzibati xətanın müddəti bitib: "Sözügedən əməliyyat ümumi cərrahiyyə əməliyyatları sırasındandır. "Modern Hospital"ın bu əməliyyatı keçirmək üçün lisenziyası mövcuddur. Əməliyyatı icra edən həkim Taryel Ömərovun da adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində var, həmçinin cərrah kimi çalışması üçün müvafiq sertifikatı mövcuddur. Cərrah Taryel Ömərovun fəaliyyəti ilə bağlı bu vaxtadək AEM-ə heç bir rəsmi şikayət daxil olmayıb.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 38.1 bəndinə müvafiq olaraq İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək qüvvədə olması, göstərilən fakt ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada Mərkəz tərəfindən uyğun tənbeh tədbirinin icrası üçün məhdudiyyət yaradır. Belə olan halda, vətəndaş təsdiqedici sənədlərlə prokurorluğa müraciət etməlidir. Lakin, vətəndaş son 4 ay müddətində təkrar olaraq həkimin qəbulunda olubsa, həkim müayinəsindən keçibsə və bunu təsdiq edən hansısa sənəd varsa, bu sənədlərlə birgə Analitik Ekspertiza Mərkəzinə rəsmi olaraq müraciət edə bilər. Bu zaman məsələ AEM tərəfindən ciddi araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək.

Vətəndaşların sağlamlığına zərər vurulması, yaxud səhlənkarlıq halları barədə hüquqi qiymət yalnız məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 116-cı maddəsi (tibbi yardım göstərilməsinin qaydalarını pozma) və 314-cü maddəsi (səhlənkarlıq) tibbi fəaliyyət zamanı yol verilən qanun pozuntularına görə məsuliyyət nəzərdə tutur.

Bununla əlaqədar, sağlamlığına zərər dəymiş vətəndaşlara məsələ ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyini almaq və aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

Həmçinin, "Mülki Məcəllə"nin 1097-ci maddəsinə əsasən, sağlamlığa vurulmuş zərərin ödənilməsi məhkəmə qaydasında tələb edilə bilər. Ölüm faktı varsa, bu zaman məsələnin araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir.

Azərbaycan Respublikasının "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanununa əsasən, lisenziyalı özəl tibb müəssisələrinə nəzarət Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar, təsdiqedici sənədlər olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır.

Nəzarət tədbirləri zamanı fakt öz təsdiqini tapdıqda, nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür. Təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1081   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 0
.

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki

17:04 0
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 0
.