Neftin qiyməti 30-40 dollara düşə bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Neftin qiyməti 30-40 dollara düşə bilər? - İQTİSADÇIDAN AÇIQLAMADünyada gedən proseslər, ABŞ-ın Venesuelaya hücumu və Nicolas Maduronun həbsi, eyni zamanda Yaxın Şərq böhranı və İrandakı etirazlar neftin qiymətinin ucuzlaşmasına səbəb olur. Bloomberg, The Financial Times, The Wall Street Journal kimi Qərb media quruluşları neftin qiymətinin 2026-cı il ərzində 30-40 dollar səviyyəsinə düşəcəyini proqnozlaşdırırlar. Bəs görəsən həqiqətəndə bu il ərzində neftin qiyməti kəskin şəkildə ucuzlaşa bilərmi?
Neftin qiyməti 30-40 dollara düşə bilər? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, neftin qiymətinin ucuzlaşacağı dəqiqdir. Onun sözlərinə görə, ucuzlaşmanın səbəbi həm neft bolluğudur, həm Venesuela ətrafında hadisələr yəni Amerikanın faktiki olaraq Venesuela neftinə əl qoymasıdır: "Amma daha siyasi səbəblərdə var. Donald Tramp ucuz neft streategiyasını Rusiyaya təzyiq vasitəsi kimi düşünür. Həmdə Noyabrda Amerikada ara seçkiləri keçiriləcək. Konqresin və Senatın tərkibinin formalaşması üçün yeni seçkilər keçiriləcək. Amerika seçicisi üçün ən vacib intiqator benzin qiymətləridir. Benzin ucuzlaşanda hakimiyyətdə olan partiyanın nümayəndələrinin seçilmək üçün daha çox şansı yaranır. Bundan başqa Amerika avtomobil ölkəsi olmaqla yanaşı, həmdə yükdaşımaların 70%-i avtomobillərlə həyata keçirilir.

Benzinin və Dizelin qiymətinin düşməsi təbiiki inflyasiyayada təsir edəcək, yəni qiymətlərin aşağı düşməsinə səbəb olacaq ki, buda Trampə və onun komandasına əlavə səs və xal gətirə bilər. Amma neftin qiymətinin birdən-birə 30-40 dollara düşməsi inandırıcı deyil. Çünki bu Amerika istehsalçılarınada ziyandır. Amerikada neft istehsalıçıları var və Amerika bu gün dünyada bir nömrəli neft istehsalıçısıdır. Amerikada gündəlik ortalama 13,5 barrel neft istehsal olunur. Bu göstərici Səüdiyyə Ərəbistanı və Rusiyadanda çoxdur. Amerikada istehsalçıların maya dəyəri hardasa 45 dollar civarındadır.

Ona görədə qiymətlərin birdən-birə 30-40 dollara düşməsi Amerikada yüzlərlə neft hasilatçısının bonkrot olmasına səbəb ola bilər. Amerikanın əlində elə rıçaq varki, neftin qiymətini tənzimləyə bilir. Ona görədə mən neftin qiymətinin 30-40 dollara düşəcəyinə inanmıram. Olsada bu bir neçə günlük yəni müvəqqəti ola bilər. Neftin qiymətinin ortalama 50-55 dollar olması ehtimalı daha yüksəkdir. Yəni indiki qiymətlərdən 10-12 dollar aşağı olması mümkündür ki, buda həm istehsalçılara, həmdə istehlakçılara sərf edir. Azərbaycana gəldikdə isə bizim icmal büdcəmiz 65 dollardan götürülüb.

Yəni neftin qiyməti neçiyə olursa olsun, neft fondundan nə qədər nəzərdə tutulubsa yəni səhv etmirəmsə 13-14 milyard dollar vəsait var o vəsait büdcəyə köçürüləcək. Bizim icmal büdcəmizdə problem yaranacaq. Eyni zamanda idxal-ixrac əməliyyatlarında problem yaranacaq. Yəni əgər neftin qiyməti ucuzlaşacaqsa, mənfi saldo yaranacaq. Bizim makro iqtisadi göstəricilərə və ÜDM-in artım tempinə, yəni Azərbaycanın makro rəqəmlərinə ciddi mənfi təsir göstərəcək təbiiki".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 765   Tarix: 12 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 0
.

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki

17:04 0
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 0
.