Meksika Trampın açıqlamalarından sonra ABŞ ilə əməkdaşlığı gücləndirmək istəyir
Meksika Prezidenti Klaudia Şeynbaum ABŞ Prezidenti Donald Trampın narkokartellərə qarşı quru əməliyyatı keçirilməsini nəzərdən keçirməyə hazır olması ilə bağlı açıqlamaları fonunda Birləşmiş Ştatlarla təhlükəsizlik sahəsində qarşılıqlı əlaqəni gücləndirmək niyyətini bəyan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şeynbaum gündəlik mətbuat konfransında bildirib.
"Biz ABŞ ilə əməkdaşlığı gücləndirmək istəyirik, buna görə də mən xarici işlər naziri Xuan Ramon de la Fuentedən lazım olduqda ABŞ dövlət katibi Marko Rubio ilə görüşməsini xahiş etdim", - siyasətçi deyib.
Dövlət başçısı vurğulayıb ki, Meksika və ABŞ-nin artıq birgə işçi qrupu fəaliyyət göstərir:
"Söhbət əlaqələrin daha da gücləndirilməsindən, məlumat mübadiləsindən, o cümlədən ləğv edilən laboratoriyaların sayı barədə gedir ki, onlarda bütün məlumatlar olsun. İşlədiyimiz çərçivədə koordinasiyanı daha da gücləndirmək istəyirik".
"Başqa bir ssenarini nəzərdən keçirmək istəmirik. Əksinə, biz məhz bu formatda işləməyi davam etdirmək niyyətindəyik ki, ABŞ ilə əlaqələndirmə hər iki tərəfdən suverenliyin və Meksikanın ərazi bütövlüyünün qorunması çərçivəsində daha da güclənsin", - Şeynbaum əlavə edib.
Daha əvvəl "Fox News"ə müsahibəsində ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatlara keçəcəklərini bildirib. Onun fikrincə, Meksika kartellər tərəfindən idarə olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 799 Tarix: 11 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav
19.09.2026 134 GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...
Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər
00:15 120 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
00:28 116 Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub
Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il
19.09.2026 156 Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19.09.2026 138 Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19.09.2026 133 İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19.09.2026 120 Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
00:27 132 İrakli Kobaxidze: Gürcüstanda 1600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib
Gürcüstanda 1 600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanda 1 600 məcburi köçkün ailəsi yeni, tam təmirli mənzillərlə təmin olunacaq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimind
19.09.2026 135