"Mədəniyyətin, düşüncən olsun"
Əməkdar artist Ruhəngiz Allahverdiyeva 70 illik yubileyindən danışıb.
Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ad gününə gəlmək istəməyənləri tənqid edib:
"Dedilər ki, kartınız var, pul göndərək. Mən TikTok-da oturmamışam ki, kimsə mənə pul atsın. O pula nə ehtiyacım var? Boş qalan boşqabın içinə qoyardım ki, yəni burada filankəs əyləşməli idi, amma sadəcə pul göndərib? Bu, düzgün deyil. Kimə zəng edirəm, deyir xəstəyəm, burada deyiləm. Heç olmasa bir təbrik et, mədəniyyətin, düşüncən olsun. İnsanları elə-belə yığmırlar.
Mən həmişə sadə olmuşam, amma anladım ki, hər zaman belə olmaq olmur. Ad günümdə ən "balaca" müğənnini belə səhnəyə çıxarmışam. Buradan səslənirəm: ey "bərkgedən müğənnilər", özünüzdənrazı olmayın. Sadə olun. Özünüzdən kiçiklərə, bu gün efirə çıxanlara sayğı göstərin. Onlar da insandır. Onlar da gələcəyin gözəl müğənnisi ola bilər".
R.Allahverdiyeva ləğv etdiyi məclis haqqında isə bunları deyib:
"İki gün ərzində insanlara zəng etdim. Niyə ləğv etdiyimi özüm də bilmirəm. 400-500 nəfər çağırmışdım. Alim Qasımovdan tutmuş bir çox sənətkarlara qədər hamısını. Bir neçə müğənni restorana getmişdi, görmüşdülər ki, heç nə yoxdur. Həm adam çağır, sonra ləğv et, üstəlik hamıya çatdırmadım, düzgün olmadı. Amma yenə də ad günü etmək istəyirəm".
Qeyd edək ki, sənətçi daha sonra başqa bir məclis təşkil edərək ad günü edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mənim yeganə övladım olaraq qalacaqsan"
Xalq artisti Yusif Eyvazov keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiaqonun doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi onunla bağlı paylaşımında onun hər zaman özünün yeganə övladı olaraq qalacağını vurğulayıb. "Kaş bu dünya dəyişməsəydi, sə
06.09.2026 292 Tim Kerrinin ölüm səbəbi məlum oldu
Britaniyalı aktyor Tim Karrinin ölüm səbəbi açıqlanıb. Axşam.az xəbər verir ki, aktyorun ölüm haqqında şəhadətnaməsində onun koronar arteriya xəstəliyindən vəfat etdiyi qeyd olunub. Sənəddə 2012-ci ildə keçirdiyi insult və böyrək xərçəngi də ölümə təsir edən əlavə amillər kimi göstərilib. Qeyd edək ki
05.09.2026 258 "Ona reklam lazım idi, o məni yalandan istədi..." - Nigar Tofiq
Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin toyu təxirə düşüb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, Nigar Xan Qaraxanoğlu adlı gənclə nişanını qaytarıb. Məsələ ilə bağlı açıqlama verən müğənni qarşı tərəfin öz reklamı üçün ondan istifadə etdiyini bildirib:. "Ona saf və təmi
12.09.2026 616 CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar
ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind
18.09.2026 148 Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi
ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc
10.09.2026 384 Evində narkotik maddə, spirtli içki şüşələri aşkarlanıb - Fotolar
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıç vəfat edib. Axşam.az-ın məlumatına görə, 51 yaşlı aktyorun ölümü ilə bağlı aparılan ilkin istintaq araşdırmaları zamanı evindən narkotik maddə tapılıb. Mənzildə həmçinin spirtli içki şüşələri və siqaret bükmək üçün istifadə edilə
06.09.2026 617 Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13.09.2026 379 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Müğənninin görüntüsü çox bəyənilib. Ona xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik:
13.09.2026 813 Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...
Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ
06.09.2026 792