Qış aylarında dərslər bu saatda BAŞLAYA BİLƏR

Qış aylarında dərslər bu saatda BAŞLAYA BİLƏRSon zamanlar geniş müzakirə olunan məsələlərdən biri də qış aylarında dərslərin bir saat gec başlamasıdır. Valideynlər səhər saat 8-də dərs başlayanda havanın hələ qaranlıq olmasından narahatdırlar. Məlumdur ki, hər kəs evinə yaxın məktəbdə təhsil almır. Rayon və kənd yerlərində isə qaranlıq havada dərsə getmək daha təhlükəli olur.

Əvvəllər saatlar yay və qış vaxtına uyğun olaraq irəli və ya geri çəkildiyi üçün bu cür problemlər yaranmırdı. Şagirdlər və müəllimlər qış aylarında əziyyət çəkmirdilər, dərslər isə hava aydınlaşdıqdan sonra başlayırdı. Lakin artıq bir neçə ildir ki, saatlar irəli-geri çəkilmir və buna görə də oxşar çətinliklər yaranır.

Mütəxəssislər hesab edirlər ki, qış mövsümündə dərslərin başlanma vaxtının saat 9:00-a keçirilməsi təhsilin daha təhlükəsiz və effektiv təşkilinə mühüm töhfə verə bilər.

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb. Mütəxəssisin fikrincə, dərslərin qış aylarında saat 9-da başlaması mümkündür:

"Təbii ki, qış aylarında hava daha erkən qaralır. Xüsusilə də dekabrın 22-23-də qış fəsli daxil olarkən ilin ən uzun gecəsi qeydə alınır və bu dövrdə hava xeyli erkən qaralır. Səhər saatlarında isə günəş şüalarının düşməsi daha gec baş verdiyi üçün təbii olaraq, şagirdlərin dərsə başlama vaxtı hələ qaranlıq vaxta təsadüf edir. Bu vəziyyət təxminən bir ay, bəzən isə bir ay yarım müddətində davam edir. Yəni demək olar ki, fevral ayının əvvəllərindən etibarən havanın tədricən işıqlandığını müşahidə edirik.

Lakin məsələ ondadır ki, şagirdlərin qaranlıq şəraitdə təhsil müəssisələrinə getməsi, üstəlik onların əksəriyyətinin məktəblərə yaxın ərazilərdə deyil, uzaq məsafələrdən daşınması müəyyən narahatlıqlar yaradır. Bu narahatlığın aradan qaldırılması üçün müəyyən bir dövr ərzində - məsələn, bir aylıq və ya 40 günlük müddət üçün dərslərin saat 09:00-da başlanması mümkündür. Hətta dekabr, yanvar və fevral aylarında dərslərin bu saatda başlanmasının tətbiq edilməsi də mümkündür.

Doğrudur, bu tətbiq şəhər mühitində həyata keçirildiyi halda nəqliyyat sıxlığının daha uzunmüddətli olmasına gətirib çıxara bilər. Bölgələrdə isə belə bir problemlə üzləşməyəcəyik. Amma paytaxtda bu qərar tətbiq olunduğu təqdirdə, şagirdlər daha işıqlı şəraitdə təhsil müəssisələrinə gedə biləcəklər ki, bu da onların təhlükəsizliyinin daha yaxşı təmin olunmasına səbəb olar".

Elçin Əfəndi həmçinin vurğulayıb ki, dərslərin saat 8-də və ya 9-da başlamasının təhsilin effektivliyinə birbaşa təsir göstərmir:

"Ola bilsin ki, bu dəyişiklik müəyyən qədər davamiyyətə təsir etsin və ya gecikmə hallarının artmasına səbəb olsun. Lakin təsir məhz bu məqamlarla məhdudlaşır. Effektiv təhsil metodları dərsin bir saat tez və ya gec başlamasından asılı deyil.

Ümumilikdə isə dərslərin qış aylarında saat 9-da başlaması müəyyən edilsə, burada ciddi bir problem yaranmaz. Hava hələ tam işıqlanmadığı üçün şagirdlər bəzən yuxulu vəziyyətdə olur və tam ayıla bilmirlər ki, bu da müəyyən qədər təsir göstərə bilər. Amma eyni zamanda, erkən saatlarda oyandıqları üçün beyinlərinin daha "təmiz" vaxtı olur və dərs prosesinə daxil olduqları zaman bilik və bacarıqları yenə də mənimsəyə bilirlər.

Lakin gündüz vaxtının daha işıqlı olması, xüsusilə də birbaşa təhlükəsizlik baxımından baxdıqda, dərslərin saat 9-da başlamasının zəruri olduğunu demək olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4508   Tarix: 11 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video

Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini

00:44 272
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını

00:11 306
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

13:30 0
.

Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları

15:30 0
.

Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır

2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is

17:10 0
.