Metroda yeni gediş haqqı - NECƏ ÖDƏNƏCƏK?

Metroda yeni gediş haqqı - NECƏ ÖDƏNƏCƏK?2026-cı ildə Bakı metrosu yeni dövrə keçəcək. Gedişhaqqı sərnişinin qət etdiyi məsafəyə görə ödəniləcək.

Publika.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişikliklərindən danışarkən bildirib. Rəis əlavə edib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir:

"Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər".

Bəs metroda məsafəyə görə gediş haqqı necə hesablanacaq?

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı "Musavat.com"a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda tariflərin differensiallaşdırılması bir çox ölkələrdə, xüsusilə Avropada uzun illərdir tətbiq olunur:

"Bu modelə əsasən sərnişin neçə stansiya və ya neçə kilometr yol qət edirsə, ödəniş də buna uyğun hesablanır. Ən çox istifadə olunan yanaşmalardan biri pilləli tarif sistemidir. Qısa məsafə qət edən sərnişin minimal ödəniş edir, məsələn 2-3 stansiya üçün daha aşağı tarif tətbiq olunur. Məsafə uzandıqca gedişhaqqı da tədricən artır. Bu zaman mərkəzi ərazilərdə hərəkət edən sərnişinlə daha uzaq məsafəyə gedən sərnişinin ödədiyi məbləğ arasında fərq yaranır. Adətən mərkəzdə yaşayanlar şəhərin kənar ərazilərində yaşayanlarla müqayisədə daha az ödəniş edirlər. Lakin burada düzgün planlaşdırma aparılmalıdır ki, sosial balans pozulmasın və müəyyən narazılıqlar yaranmasın".

Ekspert onu da qeyd edib ki, alternativ olaraq zona üzrə tarif modeli də tətbiq edilə bilər:

"Məsələn, Bakı Metropoliteni yaxın, orta və uzaq zonalara bölünə bilər. Mərkəzi zonalarda qiymətlər daha ucuz, uzaq zonalarda isə fərqli ola bilər. Texniki baxımdan ən vacib məqam hesablamanın necə aparılacağıdır. Sərnişin metroya daxil olarkən kartını oxudur, çıxışda da yenidən oxudur. Sistem avtomatik olaraq neçə stansiya keçdiyini və ya hansı zonalardan istifadə etdiyini müəyyən edir və müvafiq məbləği kart balansından çıxır. Sərnişin seqmentləri də nəzərə alına bilər. Tələbələr, pensiyaçılar və digər həssas qruplar üçün xüsusi güzəştlər tətbiq oluna bilər. Eyni zamanda gündəlik və intensiv istifadə edən sərnişinlər üçün endirimli və ya sabit paketlər təklif etmək mümkündür. Bu sistemin əsas üstünlüyü ədalətli tarif prinsipinə əsaslanmasıdır: az yol gedən az, çox yol gedən isə daha çox ödəyir. Bu yanaşma metronun real xərclərinin daha dəqiq hesablanmasına, uzaq xətlərin maliyyə yükünün balanslaşdırılmasına və daha müasir, çevik tarif siyasətinin formalaşmasına imkan verər. Mexanizmin bu il ərzində hazırlanması mümkündür. Lakin bütün hallarda sosial tarazlığı qoruyan mexanizmlər mütləq şəkildə nəzərə alınmalıdır".

Dünya ölkələrində metro və ümumilikdə ictimai nəqliyyatda gedişhaqqının hesablanması şəhərin ölçüsünə, nəqliyyat şəbəkəsinin quruluşuna və sosial siyasətə uyğun olaraq fərqli modellərlə tənzimlənir. İnkişaf etmiş ölkələrdə əsas məqsəd həm ədalətli ödəniş mexanizmi yaratmaq, həm də sosial balansı qorumaqdır.

Bir çox ölkələrdə gedişhaqqı sərnişinin qət etdiyi məsafəyə əsaslanır. Bu model xüsusilə Yaponiya, Cənubi Koreya və Sinqapur kimi ölkələrdə tətbiq olunur. Sərnişin metroya daxil olarkən və çıxarkən kartını oxudur, sistem avtomatik olaraq neçə kilometr və ya neçə stansiya yol getdiyini hesablayır və ödənişi buna uyğun çıxır. Bu yanaşma "az gedən az, çox gedən çox ödəsin" prinsipinə əsaslanır.

Avropa ölkələrinin əksəriyyətində isə zona üzrə tarif modeli geniş yayılıb. London, Paris, Berlin kimi şəhərlərdə metro şəbəkəsi bir neçə zonaya bölünür. Sərnişinin keçdiyi zonaların sayına görə gedişhaqqı müəyyən edilir. Adətən mərkəzi zonalarda qiymətlər daha ucuz, şəhərin kənar ərazilərinə doğru isə daha yüksək olur. Bu sistem həm şəhərdaxili hərəkəti tənzimləyir, həm də uzun məsafəli xətlərin maliyyə yükünü balanslaşdırmağa imkan verir.

Bəzi ölkələrdə vahid tarif modeli saxlanılır. Məsələn, Moskva və İstanbul metrosunda sərnişin hansı məsafəni qət etməsindən asılı olmayaraq eyni məbləği ödəyir. Bu model sadə və rahat olsa da, qısa məsafə gedən sərnişinlər üçün həmişə ədalətli hesab edilmir.

Digər geniş yayılmış yanaşmalardan biri zaman əsaslı tarif sistemidir. Bu halda sərnişin müəyyən vaxt intervalı üçün bilet alır və həmin müddət ərzində istənilən sayda ictimai nəqliyyat vasitəsindən istifadə edə bilir. Bu model Praqa, Roma və Barselona kimi şəhərlərdə tətbiq olunur və xüsusilə tez-tez nəqliyyatdan istifadə edənlər üçün sərfəlidir.

Bütün bu modellərlə yanaşı, əksər ölkələrdə tələbələr, pensiyaçılar, əlillər və digər həssas qruplar üçün endirimlər, aylıq və illik abonementlər tətbiq olunur. Yəni, dünya təcrübəsi göstərir ki, tarif sistemi təkcə iqtisadi deyil, eyni zamanda sosial amillər nəzərə alınmaqla formalaşdırılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1478   Tarix: 11 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video

Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini

00:44 272
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını

00:11 306
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

13:30 0
.

Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları

15:30 0
.

Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır

2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is

17:10 0
.