Azərbaycan daşıyıcılarının rəqabət qabiliyyətini zəiflədən amillər açıqlanıb
Tranzit təminatı ödənişləri, məsafədən asılı yol rüsumları, yanacaqla bağlı məhdudiyyətlər, eləcə də əlavə texniki baxış prosedurları nəticə etibarilə eyni istiqamətli nəqliyyat dəhlizlərində Azərbaycan daşıyıcılarının rəqabətliliyini zəiflədir.
Bunu "Report"a müsahibəsində "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin prezidenti Həbib Həsənov bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı logistika xərclərinin azalmasına, yeni marşrutların açılmasına, daşımaların həcminin və yük axınlarının artmasına şərait yaradır: "Bu dəhliz Avropa ilə Orta Asiya arasında yüklərin daşınmasında Azərbaycan daşıyıcıları üçün əlavə imkanlar formalaşdırır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə beynəlxalq avtomobil daşımaları və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin xərclərinin azalmasına, daşımaların sürətlənməsinə və Azərbaycanın tranzit potensialından istifadə səviyyəsinin yüksəlməsinə mühüm töhfə verəcək. Bu dəhliz Avropa ilə Orta Asiya arasında yükdaşımalar üçün əlavə və alternativ marşrut kimi çıxış edərək mövcud nəqliyyat yollarının diversifikasiyasını təmin edəcək. Zəngəzur dəhlizinin "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri ilə inteqrasiyası Avropa-Asiya ticarət əlaqələrində onun strateji əhəmiyyətini daha da artıracaq".
H.Həsənov vurğulayıb ki, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzrə fəaliyyət göstərən Azərbaycanın milli avtomobil daşıyıcıları bəzi istiqamətlərdə şərtlərin tam paritet əsasda tətbiq olunmaması ilə üzləşirlər: "Bu isə eyni nəqliyyat dəhlizləri və marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılar arasında rəqabət mühitinə birbaşa təsir göstərir. Belə ki, ayrı-ayrı ölkələrdə tranzit rüsumlarının, yol vergilərinin, texniki və inzibati tələblərin fərqli qaydada tətbiq olunması milli daşıyıcılarımızın daşımalar üzrə maya dəyərinin artmasına səbəb olur. Tranzit təminatı ödənişləri, məsafədən asılı yol rüsumları, yanacaqla bağlı məhdudiyyətlər, eləcə də əlavə texniki baxış prosedurları nəticə etibarilə eyni istiqamətli nəqliyyat dəhlizlərində Azərbaycan daşıyıcılarının rəqabətliliyini zəiflədir".
O əlavə edib ki, bəzi sərhəd-keçid məntəqələrində mövcud olan yüklənmə və prosedur fərqlilikləri daşımaların operativliyinə təsir göstərir: "Bu da milli daşıyıcılarımızın planlaşdırma imkanlarını məhdudlaşdıran amillər sırasındadır. Bununla yanaşı, Azərbaycan ərazisindən tranzit keçən xarici avtomobil nəqliyyat vasitələri üçün sadələşdirilmiş və şəffaf prosedurların tətbiqi, riskəsaslı nəzarət mexanizmləri və rəqəmsal həllər tranzit daşımaların fasiləsizliyinə xidmət edir və yük axınlarının daha stabil şəkildə hərəkətini təmin edir. Hesab edirik ki, beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəli və dayanıqlı inkişafı baxımından bu cür praktiki və balanslı yanaşmaların tərəfdaş ölkələrdə qarşılıqlı əsasda tətbiqi, eləcə də vahid, şəffaf tranzit qaydalarının formalaşdırılması eyni istiqamətli dəhlizlər üzrə fəaliyyət göstərən bütün daşıyıcılar üçün daha ədalətli rəqabət mühiti yarada bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 608 Tarix: 10 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
00:33 134 İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19.09.2026 120 Almaniya və Oman Hörmüz və Bab-əl-Məndəb boğazlarındakı vəziyyəti müzakirə ediblər
Almaniyanın xarici işlər naziri Yohan Vadeful omanlı həmkarı Bədr əl-Busaidi ilə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. "Report" xəbər verir ki, bu barədə Vadeful "X" sosial şəbəkəsində yazıb. "Mənim həmkarım, Omanın xarici işlər naziri Bədr əl-Busaid
19.09.2026 152 Bəhruz Quliyev: Separatizmin kitabı bağlanıb, Ermənistan bunu qəbul etməlidir
"2023-cü il sentyabrın 20-si Azərbaycan tarixində yalnız hərbi Qələbə deyil, dövlət suverenliyinin tam bərpası ilə nəticələnən tarixi hadisədir. Həmin gün Azərbaycan Ordusu Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qanunsuz silahlı dəstələri tərksilah etdi, konstitusiya quruluşun
19.09.2026 168 Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19.09.2026 137 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19.09.2026 138 Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
00:23 125 Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub. xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqla
19.09.2026 163 Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
00:27 132