"Bad Bunny"dən 16 milyon dollar tələb olunur
Taynali Serrano Rivera adlı gənc qadın musiqiçi məşhur reper "Bad Bunny"ni məhkəməyə verib.
Axşam.az xəbər verir ki, bu barədə "Rolling Stone" məlumat yayıb. O, səsinin icazəsiz şəkildə istifadə edildiyini iddia edərək 16 milyon dollar təzminat tələb edib.
Riveranın sözlərinə görə, "Bad Bunny"nin "Solo de Mi" və "EoO" adlı mahnılarında onun səsləndirdiyi "Mira, puñeta, no me quiten el perreo" ifadəsi yer alıb. İspan dilində olan bu ifadə "Bax, lənət, məndən perreonu (reggeton üslubunda rəqs) alma" kimi tərcümə olunur.
İddiaçı bildirir ki, həmin ifadəni 2018-ci ildə "Bad Bunny"nin uzunmüddətli prodüseri Roberto Rosadonun xahişi ilə səsləndirib. Həmin vaxt Taynali və Rosado Aresibo şəhərində yerləşən Interamerikan Universitetində birgə təhsil alıblar.
Serrano Riveranın sözlərinə görə, ona bu səs yazısının kommersiya məqsədləri üçün istifadə oluna biləcəyi barədə məlumat verilməyib. O vurğulayıb ki, heç bir müqavilə imzalamayıb və səsinin mahnılara daxil edilməsinə razılıq verməyib.
Rivera hesab edir ki, səsyazma şirkəti "Rimas Entertainment", Roberto Rosado və "Bad Bunny" onun şəxsi həyatın toxunulmazlığı hüququnu pozduqlarına görə kompensasiya ödəməlidirlər.
İddia ərizəsində qeyd olunur ki, sözügedən ifadə zamanla məşhurlaşıb və artıq "Bad Bunny" ilə assosiasiya olunur. Riveranın iddiasına görə, musiqiçi bu ifadəni konsertlərində səsləndirir və merch (atributika) satışında istifadə edir.
Cavabdeh tərəflərin nümayəndələri hələlik Riveranın iddialarına münasibət bildirməyiblər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 "Həmin Xalq artistlərinə pullar vermişəm"
Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım
16.09.2021 1964 "O səs Türkiyə"nin münsifləri açıqlandı
Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq
15.09.2021 2403 Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO
Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı
16.09.2021 4875 "Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz
17.09.2021 5564