Azim Abasov: "Pul kütləsində artım hər zaman iqtisadi inkişafı təmin etmir"
Azərbaycanda ÜDM-in formalaşmasında monetar amillər - xüsusilə pul kütləsinin həcmi, bank kreditləri və maliyyə resurslarının real sektora yönəldilməsi mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Azim Abasov müəllifi olduğu və "Audit" jurnalında dərc edilən elmi tədqiqatda bildirib.
Onun fikrincə, pul kütləsinin artımı hər zaman iqtisadi artımı təmin etmir və düzgün tənzimlənmədikdə inflyasiya risklərini artıra bilər: "Pul təklifi real sektorun istehsal imkanları ilə uzlaşdırılmadıqda, maliyyə resursları əsasən istehlak və idxala yönəlir ki, bu da qiymət artımını sürətləndirir, əhalinin real gəlirlərini azaldır və iqtisadi artım tempini zəiflədir".
Məqalədə bank sektorunun iqtisadiyyatda artan rolu da təhlil edilib. Qeyd olunub ki, kredit resurslarının istehsal və investisiya yönümlü sahələrə istiqamətləndirilməsi ÜDM-in artımını stimullaşdırır, istehlak yönümlü kreditləşmənin genişlənməsi isə makroiqtisadi sabitlik üçün risk yarada bilər.
Müəllifin fikrincə, monetar siyasətin fiskal siyasətlə uzlaşdırılması, pul kütləsinin optimal səviyyədə saxlanılması və kredit mexanizmlərinin real sektorun ehtiyaclarına uyğun qurulması davamlı iqtisadi artım üçün əsas şərtlərdir.
Araşdırmanın nəticələrinə əsasən, balanslaşdırılmış monetar siyasət inflyasiyanın cilovlanmasına, maliyyə sabitliyinin qorunmasına və uzunmüddətli iqtisadi artımın təmin olunmasına töhfə verə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 719 Tarix: 10 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 281 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 288 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 0 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki
17:04 0 Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları
15:30 0 ABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 130 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117