Reabilitasiya Mərkəzindən qaçan Nəsimi Nəbizadə ilə bağlı yeni faktlar ÜZƏ ÇIXDI
Tanınmış teleaparıcı, əməkdar jurnalist Nəsimi Nəbizadənin reabilitasiya mərkəzindən qaçması və sonradan geri qaytarılması cəmiyyətdə ciddi suallar doğurdu. Onu yenidən normal həyata qaytarmaq istəyən mərkəzdən niyə qaçdı və müalicə olunmaq istəməyən şəxsi məcburi, məhkəmə qərarı olmadan geri qaytarmaq mümkündürmü?
Məsələ ilə bağlı N.Nəbizadənin müalicə aldığı "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla əlaqə saxladıq.
Bizim.Media-ya hadisə ilə bağlı danışan C.Salmanov vurğulayıb ki, N.Nəbizadə mərkəzdən deyil, restorandan qaçıb və hələ də mərkəzdə deyil:
"Yanlış məlumatlar dolaşır ki, onu məcburi geri qaytarıblar. Bu mərkəzə nə gəliş, nə də gediş məcburi deyil. Sadəcə müalicə kursu 6 aydır, son ayları isə psixoloqlarla görüşlərdir ki, insan özündə səbr, iradə və dözüm formalaşdırsın. Nəsiminin cəmi 2 ayı qalmışdı, 4 ayda çox böyük irəliləyiş əldə etmişdik. Bütün günü bağlı qapılar arxasında qalmamışıq.
Dəfələrlə gəzintilərdə olmuşuq, səfərlərə çıxmışıq. Hadisə baş verən gün darıxdığını dedi və şəhərə gəzməyə çıxdıq. Sonra restoranda əyləşdik. Əlimi yumağa getdim, qayıdanda Nəsimini görmədim. Düz 4 saat onu orda gözləmişəm ki, bəlkə qayıda... Sonra xəbər gəldi ki, Sarayda evlərindədi, hətta marketdən itinə yem alıb".
Sosial şəbəkələrdə çağırış etməsinə gəlincə, mərkəz rəhbəri dedi ki, bu, onu dilə tutmaq üçün idi:
"Özümlə keçmiş aludəçilərdən bir neçəsini apardım, onların arasında Nəsiminin çox hörmət etdiyi şəxslər də var. Dedim birlikdə dilə tutub gətirək. Bəlkə yenə sağlam düşüncəyə gətirə bildik. Burada heç bir şou xarakteri yoxdur. Bizim məqsədimiz odur ki, köhnə vərdişinə qayıtmasın, öz əməyinə heyifdir. Amma evində tapa bilmədik. Hazırda harada olduğunu da bilmirik".
C.Salmanov onu da diqqətə çatdırdı ki, teleaparıcının məcburi dindar olunması xəbəri də yalandır. O özü namaz qılmaq istədiyini demişdi.
Həm ona, həm də digər arzulayan imanlı şəxslərə namaz qılmaq üçün şərait yaradılmışdı.
"Hətta Həcc ziyarətinə də getmək istədiyini bildirmişdi. Ona söz vermişdim ki, sağal səni ziyarətə aparacam. Nəsimiyə maşın hədiyyə olunmuşdu. Könlünə yatan bir xanımla da yaxın zamanlarda evlənəcəkdi. Yenidən narkotik istifadə etməyibsə, hələ ümid var", - deyə mərkəz rəhbəri əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1040 Tarix: 09 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 281 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 288 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 0 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki
17:04 0 Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları
15:30 0 ABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 130 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117