İmkansızı bacarıb, sağ qaldılar: Sonlarını başqa səbəb gətirdi
Yüz milyonlarla il ərzində üç böyük kütləvi yox oluşdan sağ çıxan ammonoidealar Yer kürəsini sarsıdan son böyük fəlakəti də adlamağı bacarmış kimi görünür. Bəs okean kimyası normallaşdığı və rəqibləri aradan qalxdığı halda, bu dözümlü canlılar nə üçün cəmi 200 min il ərzində tamamilə yoxa çıxıb?
Qaynarinfo xəbər verir ki, elm dünyası okeanların ən məşhur qədim sakinlərindən olan ammonoideaların taleyi ilə bağlı təəccüblü bir faktla üz-üzə qalıb. Uzun illər bu qabıqlı yumşaqbədənlilərin dinozavrlarla eyni vaxtda, nəhəng bir meteoritin Yerə çarpması nəticəsində məhv olduğu düşünülürdü. Lakin yeni araşdırma göstərib ki, ammonoidealar böyük fəlakətdən sağ çıxmağı bacarıb. Tədqiqat nəticələri sübut edir ki, bu canlılar fəlakətdən sonra boşalan okeanlarda yeni bir hökmranlıq qurmağa çox yaxın olsalar da, naməlum səbəbdən son anda tarix səhnəsindən siliniblər.
Bəs yüz milyonlarla il okeanlara hökm edən bu canlılar ən böyük fəlakəti adladıqdan dərhal sonra niyə yox olub?
Polşa Elmlər Akademiyasından professor Marçin Maxalski və onun komandası Danimarkanın Stevns Klint bölgəsində apardıqları araşdırmalar zamanı gözlənilməz nəticələr əldə edib. Əhəngdaşı qatları arasında tapılan ammonoidea fosilləri bu canlıların dinozavrların məhv olduğu məşhur "K-Pg" sərhədindən sonra da ən azı 200 min il okeanlarda yaşamağa davam etdiyini göstərir.
Əvvəllər bu tip tapıntılar "köhnə fosillərin səhvən yeni qatlara qarışması" kimi izah edilirdi. Lakin bu dəfə vəziyyət fərqlidir. Araşdırılan nümunələrin demək olar ki, hamısı qabıqlarının bütöv halda həmin dövrə aid süxurların içərisinə həkk olunan sübut edən izlər daşıyır. Hətta bəzi növlərin fəlakətdən sonra yaşayış sahələrini daha da genişləndirdiyi müəyyən edilib.
Nə üçün nautiluslar qaldı, ammonoidealar isə yox oldu?
Ammonoideaların məhv olması ilə bağlı ən böyük sual işarəsi onların qohumları olan nautilusların bu gün də mövcudluğunu davam etdirməsidir. Hər iki qrup oxşar həyat tərzinə malik idi. Məlumdur ki, meteorit çırpılmasından sonra okeanlar turşulaşıb və kalsium qabıqlı canlılar kütləvi şəkildə məhv olub. Lakin araşdırmalar göstərir ki, okean kimyası normallaşdıqdan on minlərlə il sonra belə ammonoidealar hələ də sağ olub. Bu fakt onların "turşulaşma səbəbindən məhv olduğu" fikrini böyük ölçüdə təkzib edir.
Tədqiqatçılar ammonoideaların taleyini elmi ədəbiyyatda "Dead Clade Walking" (yeriyən ölü qrup) kimi tanınan fenomenlə izah edirlər. Bu termin böyük bir təhlükəni adlayan, lakin aldığı zərbələr səbəbindən zəifləyərək qısa müddət sonra yox olan canlı qrupları üçün istifadə olunur. Ammonoidealar da okeanların yeni hakimi olmağa namizəd olsalar da, ehtimal ki, ekosistemdə qida zəncirinin qırılması və ya hələ aşkarlanmayıb olan başqa bir ekoloji dəyişiklik səbəbindən "üzən ölülərə" çevriliblər.
340 milyon il ərzində üç böyük kütləvi yox oluşdan sağ çıxmış bir növün, okeanlar tamamilə onların ixtiyarına qaldığı bir dövrdə niyə birdəfəlik məhv olduğu hələ də dəqiq cavabını tapmayıb. Lakin bir həqiqət dəyişməz qalır: ammonoidealar düşünüldüyü kimi ani bir partlayışla deyil, sakit və sirli bir vidalaşma ilə tarixə qovuşub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 838 Tarix: 08 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki
17:04 0 Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 199 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 139 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 306 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 281 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193