Tanınmış həkimin kompüterinə dinləmə cihazı qoydurlar - Elmi Tədqiqat İnstitutunda QALMAQAL

Tanınmış həkimin kompüterinə dinləmə cihazı qoydurlar - Elmi Tədqiqat İnstitutunda QALMAQALBakıda həkimin kompüterindən dinləmə cihazı tapılıb. Həkim cihazın görüntülərini Lent.az-a təqdim edib.

Lent.az-a danışan həkim-radioloq Ramil Abdullayevin iddialarına görə hadisə onun çalışdığı yerdə, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda baş verib. Direktor Mətanət Əfəndiyeva ondan tibbi sığortadan əldə olunan gəlirin yarısını tələb etdikdən sonra aralarında problem yaranıb.

"Mən 2019-cu ildən bu institutda çalışıram. Ötən ilin avqust ayında direktor Mətanət Əfəndiyeva məni yanına çağıraraq bildirdi ki, icbari tibbi sığortadan aldığım bonusların yarısını ona verim. Onun bu tələbindən imtina etdikdən sonra bildirdi ki, sənin yerinə pul verib, işə düzəlmək istəyənlər çoxdur. Hadisədən sonra qanunsuz olaraq mənə gün ərzində 25 xəstədən çoxunu müayinə etməmək limiti təyin olundu. Saat 11-12-yə qədər 25 xəstəni yoxlayırdım. Şəhid ailələri, qazilər gəldikdə isə onlara talon vermirdilər ki, direktorun göstərişi var. Xəstələrin Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığortaya şikayətlərindən sonra bu limit üstümdən götürüldü. Oktyabrın 9-da kabinetimdəki kompüterin təmiri zamanı prosessorun içərisindən səs dinləyici qurğu çıxdı. Onu kompüterimə rəhbərlik yerləşdirib. Bundan sonra mənə qarşı təzyiqlər davam etdi, lakin dinləmə cihazı tapıldığını heç kimə bildirmədim. Otağımın iki açarı var, biri məndə, digəri isə təsərrüfat şöbəsinin müdiri Cavanşir Tanrıverdidədir. Bu hadisədən sonra otağımın qarşısına kamera quraşdırdım.

Oktyabrın sonunda məzuniyyətə olarkən, əlavə rentgen həkimi ştatı açıldı və noyabrda saxta müsabiqə əsasında, daha təcrübəli namizədlər olmasına baxmayaraq, şöbə müdiri Şəfiqə Əliyevanın rəfiqəsini işə götürdülər. Bu cür saxta müsabiqələrin, şatatların açılması ilk hal deyil. Dəfələrlə pul alıb, işə adam götürüblər".

Həkim qeyd edir ki, rəhbərlik tərəfindən xüsusi öyrədilmiş şəxs ona hücum edib:

"Dekabr ayının 24-də intizam komissiyasının iclası keçirildi. Mən kabinetə qayıdan zaman rəhbərlik tərəfindən öyrədilmiş, xəstəxananın texniki işçisi Əjdər Əjdərov mənə və atama hücum etdi. Onların məqsədi o idi ki, mən özümü idarə edə bilməyib, həmin adama nə isə müdaxilə edim. Lakin onun mənə yumruq vurmasına, təhqirlər etməsinə baxmayaraq, heç bir şey etmədim. Bilirdim ki, bu bir təxribatdır. Bununla bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət etmişəm".

İşlədiyim dövrdə 5 direktor dəyişib, lakin heç biri ilə belə bir hal yaşamamışam:

"Mətanət Əfəndiyeva 2024-cü ilin yanvar ayında vəzifəyə təyin olunub. 2025-ci ildə müqaviləsi 1 il uzadıldı. Bu il yanvarın 22-də onun müqaviləsi bitir. Direktor vəzifədən çıxana yaxın pul yığmaq, saxta ştatlar açmağı düşünür.

Dekabrın 25-də qanunsuz iclas keçirilərək, qərara alındı ki, mən işdən çıxarılım. Səbəb olaraq, kamera quraşdırmağımı əsas gətirirlər. Həmin iclasdan sonra evə gələndə hipertonik kriz keçirdim, hələ də müalicə alıram. Bülletendə olduğuma görə direktor əmrimi verə bilmir. Baş Prokurorluq. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Əmək Müşfəttişliyi bildirdi ki, bu hal işdən çıxarılma üçün səbəb deyil".

Qarşı tərəfin fikrini öyrənmək üçün Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda baş verib. Direktor Mətanət Əfəndiyevadan da açıqlama aldıq.

Lent.az-a danışan direktor iddiaları təkzib etdi.

"Ramil həkim iclasda işdən çıxarıldığını bildirir, bu yalandır. İclasda heç kim işdən çıxarılmır, orada təkliflər olunur, hər kəs öz fikrini deyir. Görünür, Ramil həkim işçilərin əmrlə çıxarıldığını bilmir. Durduq yerdə ona əmr verə bilmərəm. Onun işdən çıxarılması üçün zərurət yaransa, məsələni nizam-intizam komissiyasına veririk ki, araşdırsınlar. Bura mənim özəl klinikam deyil ki, istəmədiyim insanı işdən çıxarım. Dövlət müəssisəsində kimsə, kimisə işdən çıxara bilər!? Mən də öz həddimi bu qədər aşa biləcək insan deyiləm. Qanunsuz addım atmaram heç vaxt.

Ramil hələ də bizim işçimizdir. İclasdan sonra o özünə xəstəlik vərəqəsi açdırıb. Hadisədən sonra onun səhhətində bəlkə də problem yaranıb. Mənə maraqlı gəlir ki, bu insan hələ də xəstədirsə, səhhətində problem varsa, durmadan sosial şəbəkələrdə videolar paylaşır, xarici ölkələrə informasiya göndərir. Çıxışlarından da xəstə adama oxşamır.

Səs dinləmə cihazına gəldikdə isə, mən həyatımda elə bir cihaz görməmişəm. Təssəvvürümə gətirə bilmirəm ki, prosessorun içərisinə o necə qoyula bilər? Prosessorun açılıb-açılmamasını başqa qurumlardan olan mütəxəssislərə həvalə edib, bilmək olar. Ramil həkim deyir ki, cihaz budur. Gətirib göstərsin, barmaq izlərini yoxlatdıraq, görək bu qurma hadisədir, yoxsa direktor işini-gücünü atıb Ramillə məşğul olub.

Otağın açarına gəlincə isə, onun biri mütləq təsərrüfat müdirində olmalıdır. Ora bizim şəxsi mülkümüz deyil ki, kabinetin qapını bağlayıb, açarı cibimizə qoyub gedək".

Ramil həkimin bonuslarına heç vaxt göz dikməmişəm:

"Şüayla işləyən heç bir həkim normativlərdən qırağa çıxıb, daha çox xəstə qəbul edə bilməz. Limit həddini mən yox, qanun tənzimləyir. Hər həkimin bir günlük iş yükü müəyyənləşib. Biz həkimi o qədər çox işlədə bilmərik ki, o qısa müddətdə öz səhhətindən olsun. Ramil bonus arxasınca qaçan adamdır. Ona izah edə bilmirdim ki, sən cavan adamsan, bu qədər şüalanmağın qadağandır. Bundan əlavə aparat da gücə düşürdü. O, bunların heç birini nəzərə almırdı. Bonusa isə müdriyyət heç bir halda qarışa bilməz, mən də bonusa yaxın duran insan deyiləm. Ona izah edirdim ki, sən xəstəyə niyə tələb olunandan çox nahiyə çəkilişi edirsən? Bunun xəstəyə xeyri yoxdur axı. Ramil həkim də bu hallardan qıcıqlanıb. Məzuniyyətdə ola-ola işə gəlirmiş. Qeydiyyatdakı xanımlara bildirib ki, məni müdriyyət çağırıb. Məzuniyyətdə olan işçini işlədə bilmərik",-deyə direktor fikrini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 986   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi

Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav

19.09.2026 130
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19.09.2026 200
.

ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır

ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr

19.09.2026 146
.

Süni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı

Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın

19.09.2026 134
.

Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"

Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin

19.09.2026 144
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19.09.2026 95
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

00:27 53
.

Bəhruz Quliyev: Separatizmin kitabı bağlanıb, Ermənistan bunu qəbul etməlidir

"2023-cü il sentyabrın 20-si Azərbaycan tarixində yalnız hərbi Qələbə deyil, dövlət suverenliyinin tam bərpası ilə nəticələnən tarixi hadisədir. Həmin gün Azərbaycan Ordusu Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qanunsuz silahlı dəstələri tərksilah etdi, konstitusiya quruluşun

19.09.2026 167
.

Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib

19.09.2026 132
.